Öncəliklə deməliyəm ki, kitabın ad seçimi çox uğurludur və elə mən də kitabı məhz adına görə oxudum, yazıçını daha əvvəl tanımırdım. Yazıçının dilini çox bəyəndim, kitab axarlıdır. Əvvəl yavaş tempdə ilərləsə də sonlara doğru işlər qızışır. Bildirmək istəyirəm ki, kitabın özünə məxsus doğmalığı var. İstər baş qəhrəmanımız, istər Cengiz, istərsə də 41 barı, bir sözlə əsər obrazlarından məkanlarına kimi oxuduqca çox doğmalaşır. Dedektiv janrında əsərləri oxumağı çox sevməsəm də bu əsəri bəyəndim və davam kitabını da oxuyacağam.