Dünyalar savaşı - Herbert Uells
Kitab marsdan gələn yadplanetlilər ilə insanlar arasında olan müharibədən bəhs edir. Hadisələrin gedişatı, və obrazların təsviri kafidir, insanda təccüb hissi oyadır, bunu xüsüsi ilə qeyd edim, kitabda ən çox təccübləndiyim məqam yadplanetlilərin ölümü idi. Kitabın əvvəlindən bəri, fikirləşirdim görəsən bunları hansı silahla öldürəcəklər, ancaq işin sonu məni təccübləndirdi. Düzdür bu haqda yazıçı ipucu vermişdi ancaq hadisələrin irəlləyişi insanı çaşdırırdı.
Və son olaraq da, bunu qeyd edim ki, kitab bu mövzü ilə bağlı yazılan ilk kitab olduğu üçün yetərincə uğurlu olub. Yəni o dövr üçün belə bir kitab həqiqətən çox yeni idi. Ancaq ümümi olaraq məsələyə yanaşsaq kitab o qədərdə maraqlı deyildi.
Kitaba verdiyim bal: 32 bal - (100 ballıq şkalada)