Geoge Orwell-dən oxuduğum üçüncü kitabdı. Kitab 23 məqalədən ibarətdir. Məqalələr ədəbiyyat, ədəbiyyatın məruz qaldığı təsirlərdən bəhs edir. Bundan əlavə məqalələrdə siyasi nüanslar da yer alıb. Yazıçının müşahidələri və düşüncələri düşündürücü idi. Yaşadığı dövrün yazıçılarından, kitablarından, şeirlərindən və siyasi dövrün ədəbiyyata olan təsirlərindən bəhs edib. Nə qədər çox yazıçını tanıyırsınızsa, bir o qədər həvəslə oxuyacağınız kitab olacaq. Həmçinin, yazıçının "Heyvanıstan" kitabını oxuyanlar, bu kitabda həmin kitabı nəşr edərkən çəkdiyi çətinlikləri qeydə aldığı məqaləni oxuya bilərlər.
Bu kitabı oxuyarkən həmin dövrdə yaşayıram kimi hiss etdim. Həmin dövrdə yaşayırdım və Geoger Orwellə söhbət edirdim, sanki. Möhtəşəm hiss idi. 165 səhifəlik kitabı tez bitirməmək üçün əlimdən gələni etdim. Kitabda altından xətt çəkdiyim cümlələr çox oldu.