Felsefe Sorunları

6,5/10  (2 Oy) · 
8 okunma  · 
2 beğeni  · 
598 gösterim
“Dünyada akıl sahibi hiçbir insanın kuşku duyamayacağı kadar kesin bir bilgi var mıdır?” Russell, felsefenin her filozof tarafından ele alınan bu temel sorusu çerçevesinde gelişen bu klasik yapıtında,doğruluk ve gerçeklik sorunsalı bağlamında, doğrular ve şeyler üzerine bilgimizi, bu bilgiye ulaşmanın yollarını sorguluyor. Ayrıca varlık ve maddenin doğası, idealizm, tümdengelim, felsefi bilginin değeri ve sınırları üzerine görüşlerini de incelikli bir biçimde sunuyor.
  • Baskı Tarihi:
    1994
  • Sayfa Sayısı:
    130
  • ISBN:
    9757942065
  • Orijinal Adı:
    The Problems Of Philosophy
  • Çeviri:
    Vehbi Hacıkadiroğlu
  • Yayınevi:
    Kabalcı Yayınları
  • Kitabın Türü:

Russelldən oxuduğum ilk kitab.Fəlsəfənin bugünkü yeri və dəyəri haqqında həmçinin fəlsəfə və onun problemlərinin ümumi təhlili baxımında faydalı oldu.

Kitaptan 6 Alıntı

Siz öncə,nəyinsə doğru olub-olmadığını düşünürsüz,sonra düşüncənizin doğruluğunu yoxlayırsız,ancaq çox vaxt da düşündüyünüz doğru çıxmır.

Felsefe Sorunları, Bertrand Russell (Sayfa 153 - Qanun)Felsefe Sorunları, Bertrand Russell (Sayfa 153 - Qanun)

Materiyanın mövcudluğu
Bütün biliklərimiz gərək bizim instinktiv inamımızın üzərində qurulsun,birdən belə bir inam inkar olunarsa,onda biliklərimiz də yoxa çıxacaqdır.Ancaq bizim instinktiv inanlarımızın bəzisi başqaları ilə müqayisədə onlardan daha güclüdür;bizim bir sıra vərdiş və aşılanma ilə bağlı olan inamlarımız da özlərini instinktiv inam kimi tanıtmaq istəsələr də,ancaq onların instinktiv inam sayılması aldanışdan başqa bir şey deyildir.

Felsefe Sorunları, Bertrand Russell (Sayfa 24 - Qanunm)Felsefe Sorunları, Bertrand Russell (Sayfa 24 - Qanunm)

İnduksiya haqqında
Yer kürəsi onun fırlanma sürətini pozan hansısa böyük bir kosmik cisimlə toqquşarsa,onda sabah günəşin çıxması ilə bağlı inam yalana çevrilə bilər,ancaq bu hadisənin baş verməsi hərəkət qanunlarını və qravitasiya qanununu dəyişə bilməz.Belə yekcinsliklərin (eynitipliliyin) tapılması elmin gördüyü işdir,onun tapdığı hərəkət qanunlarında və qravitasiya qanununda istisnalara yer yoxdur.Elmin bu yöndəki axtarışlarında çox uğurlu sonuclara gəlib çıxa bilmişdir və bu yekcinsliklərin indiyədək həmişə özünü doğrultduğunu etiraf etməliyik.

Felsefe Sorunları, Bertrand Russell (Sayfa 60 - Qanun)Felsefe Sorunları, Bertrand Russell (Sayfa 60 - Qanun)

Apriori biliyi necə qazanmaq olar
Ziddiyyətlər qanunu düşüncələr haqqında deyil,nəsnələr haqqında danışır və baxmayaraq ki,Ziddiyyətlər qanununa inamın özü də düşüncədən ibarətdir,ancaq bu qanunun özü düşüncə deyil,dünyada olan nəsnələrlə bağlı faktlardan təşkil olunmuşdur.

Felsefe Sorunları, Bertrand Russell (Sayfa 85 - Qanun)Felsefe Sorunları, Bertrand Russell (Sayfa 85 - Qanun)

Universallıqlar dünyası
Məhz universallığa xas olan spesifik mövcudluq çoxlu insanları onun mental (əqli) olması düşüncəsinə gətirib çıxarmışdı.

Felsefe Sorunları, Bertrand Russell (Sayfa 94 - Qanun)Felsefe Sorunları, Bertrand Russell (Sayfa 94 - Qanun)

Həqiqət və yalan
Yəni biz nə iləsə tanış oluruqsa,o elə bizim tanıdığımız kimi olur.Biz öz tanışlığımızdan yanlış nəticələr çıxara bilərik,ancaq tanışlığımızın özü yanlış olmur.Beləliklə də nəsnələrlə tanışlıqda dualizm olmur.Ancaq həqiqət haqqındakı biliklərdə dualizm vardır.

Felsefe Sorunları, Bertrand Russell (Sayfa 113 - Qanun)Felsefe Sorunları, Bertrand Russell (Sayfa 113 - Qanun)