Bu kitabın mövcudluğu həm sevindirici, həm də məyus edici bir haldır. Şadlıq səbəbidir ki, qadınlar haqqında araşdırılır, oxunur, yazılır, layiq olduqları yer üçün mübarizə aparılır, kədərləndiricidir o səbəbdən ki, hələ də qadınlar cinsiyyətlərinə, dəri rənginə görə qınanır, incidilir, insan haqq və hüquqlarından məhrum olunurlar.
Kitabı yalnız qızlar yox, həmçinin oğlanlar da oxumalıdır. Yatmazdan öncə oxuyacağınız bu bir səhifəlik hekayələr sizi tarixdə gəzdirəcək, neçə-neçə həyat dəyişdirəcək kəşflərin məhz qadınlar tərəfindən olduğunu sizə pıçıldayacaq. Neçə-neçə böyük üsyanların arxasında incə qəlbli qadınların dayandığını öyrənəcəksiz.
Çox kədərlidir ki, tarixboyu, xüsusilə də patriarxal cəmiyyətdə kişilərin qadınların nə ola biləcəyi, kim ola biləcəyi, kiminlə ailə həyatı qurması barədə rəy bildirmək, hətta qərar vermək kimi iqtidarında olduğuna inanılıb və bu hekayələr bu kimi yazılmamış qanunların pozulması üçün sizi ruhlandıracaq!
Xoş mütaliələr!