1830-cu ildə yazılmasına baxmayaraq, insanların pula, sərvətə münasibəti baxımdan bugünkü günümüzlə də kifayət qədər səsləşən bir əsərdir. Jan-Ester van Qobsek adlı qoca bir sələmçi haqqında vəkil Dervilin bildikləri və xatirələri şəklində çatdırılır oxucuya. Kitab 1969-cu il nəşri olduğundan, tərcüməsi zəif gəldi mənə. Amma türkcə oxuduğum nəşrlə müqayisədə bəzi yerlər bizim dildə daha yaxşı ifadə olunmuşdu.
O, oyuncağı pul və qızıl olan qoca bir uşaqdır.
Bəzən Qobsek baba sizi həyatda hər şeyin həllinin pulda, qızılda olduğuna elə inandırır ki, vəkil Dervil kimi siz də öz-özünüzdən soruşacaqsınız
"Doğrudanmı, hər bir şeyi həll edən puldur?"
Qoca sələmçi Qobsekin dedikləri bizim cəmiyyət üçün də xarakterikdir. Qobsek deyir ki, camaatın baxdığı teatrlar əsl teatr deyil. Əsl teatr burda, mənim zirzəmimdə göstərilir. Bu, həqiqi teatrdı və bu teatrın bir tək tamaşaçısı var, o da Qobsekin özüdü. Yəni, Balzakın yazdığına görə, o adamlar ki müsamirələrdə bahalı paltarlarda gəzirlər, bahalı karetaları var, onlar bu zahiri təmtarağa görə qoca sələmçinin qarşısında yalvarıb alçalmaqdadırlar.
"Şöhrət düşkünlüyü yalnız qızıl selləri ilə təmin edilir. Bizim arzu və həvəslərimizin həyata keçməsi üçün vaxt, maddi yardım və yaxud zor işlətmək lazımdır. Qızıl isə hər bir şeyi mümkün edir, hər bir şeyi həqiqətə çevirir.
Yalnız xəstələr, yaxud dəlilər axşamlarını kart oyunu ilə çürütməkdə, bir neçə quruş udub-udmamaq iztirabı ilə çırpınmaqda səadət görə bilərlər.
Yalnız gicbəsərlər, heç bir zaman irəlicədən təyin edilə bilməyəcək hadisələri idarə etmək üçün vaxtlarını siyasi məqsədlərə həsr etməklə, özlərini insanlıq üçün faydalı hesab edə bilərlər.
Yalnız boş və sarsaq adamlar, vəhşi heyvanlar öz qəfəslərində gəzindiyi kimi, bir az daha geniş məsafədə hər gün gəzib