Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Məni gözəl xatırla,bunlar son misralar, Fərz et ki,bir külək idim,əsib keçdim həyatından... Ya da bir yağmur,sel oldum çöllərdə Sonra torpaq çəkdi suyu canına... Yox olub getdim,bəlkə röya idim səninçün Oyandın ve mən bitdim...
farzet ki, bir rüzgârdım, esip geçtim hayatından ya da bir yağmur sel oldum sokağında
null
Reklam
Əbədiyyət Nəğməsi
Bu dumanlı dağın başı mən olsam, Dibinin ağlayan daşı mən olsam, Hal bilən, dil bilən qara gözlərin Qələmim deyir ki, qaşı mən olsam, Ellərin ürəyi kövrəkləşəndə, Dolu gözlərinin yaşı mən olsam, Bəzi adamları bilməyim deyə, Hisslərim korşalıb, naşı mən olsam, Bir sərxoş ölümün əlindən düşüb Nə zaman qırılan kaşı mən olsam, Şair yeni - yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq!
Sayfa 175Kitabı okudu
Yine o bağ olaydı, yine o kumlu sahil, Sular öteydi dil-dil. Saçın kimi kıvrılan, dalgalara dalaydım, Dalıp ilham alaydım. Endamını hevesle, kucaklarken dalgalar, Kalbimde kasırgalar, Fırtınalar coşaydı, kıskanclıklar doğaydı, Beni hirsim boğaydı. Cumup alaydım seni dalgaların elinden, Yapışaydım belinden. Hayalimiz yüzeydi, sevda denizlerinde, Lepeler üzerinde İlhamımın yelkeni, zerrin saçın olaydı, Sular hırçın olaydı.
Yaşa könül!
Ah, bu uzun sevda yolu Vurulurmu başa, könül! Nişan aldım, kaman atdım, Dəydi oxum daşa, könül! Bir od düşdü buluduna, Yandı könül eşq oduna, Qaldın hicran umuduna, Ey qırılan şişə könül! Tərlansan, göydən enməzsən, Bu torpaqda sevinməzsən, Mən dönərəm, sən dönməzsən, Yaşa, könül, yaşa, könül!
Reklam
BULUDLAR
Ey coşqun gəncliyim, ey havalı quş, Oxuduğum şərqi dinlənməz olmuş. Ey şeir yazmaqla keçən günlərim, Siz ki ən vəfalı günlərimsiniz. Baxıb buludlara gülümsəməkçin, Sevgi nəğmələri bəstələməkçin
Al bayrak, ay yıldız
Günəş ipək tellərinin sarımtraq rəngini Səhər çağı dalğa-dalğa hər tərəfə yayırkən Gətirirəm xəyalıma bir al bayraq rəngini. Düşünərək derəm, bu da, əvət bir sabah erkən Bir dünyanın göylərində günəş kimi hər səhər Parlayaraq ölkələrə sərpəcəkdir şəfəqlər. Kiçik quşlar cəh-cəh vurub qonurkən ağaclara Hər bir nəğmə qardaşlaşmaq səsləridir sanıram. Şən gecələr ay işığı düşürkən yamaclara Şuraların ellərdəki kölgəsini anıram. Dilbər sular dalğasına dənizlərdə, göllərdə Oxuyaram yeni həyat sevdasilə çırpınan, Əskiliyə üsyan edən könülləri hər zaman. Yorğun-arğın karvanilə səhralarda, çöllərdə Bəzi gecə yarı yolda qalanları dinlədim, - Hankı şeydir yolçulara nicat verən? - söylədim. Birağızdan dedilər ki, dan yeri, dan ulduzu! Sordum, bundan gözəli yoxmu parlayanların? Dalğalandı qarşımda o vaqıt bu diyarın Al bayrağa sığınmış könül açan ulduzu.
Məni gözəl xatırla...
Məni gözəl xatırla Bunlar son misralar Fərz et ki, bir külək idim, əsib keçdim həyatından. Ya da bir yağmur, sel oldum çöllərdə Sonra torpaq çəkdi suyu canına Yox olub getdim, bəlkə röya idim səninçün Oyandın və mən bitdim.
O səni unutdu, sən unutmadın, Yaşa, məhəbbətim, yaşa, ürəyim!
Sayfa 190
Reklam
İçində bəslədiyi müvəbbəd qüdrətilə Bir quşsa qanad açdı ağ çadralı göylərə.
KÜLƏKLƏR (1929)
Hər səhər, hər axşam, hər axşam, hər səhər Çox zaman sərsəri küləklər bixəbər Bir yaxın dost kimi qapımı döyərlər, Küləklər, küləklər, bəstəkar küləklər, Dünyanı dolaşan bəxtiyar küləklər! Bəziniz qorxulu, bəziniz qorxusuz, Bəziniz duyğulu, bəziniz duyğusuz, Bəziniz uyqulu, bəziniz uyqusuz, Küləklər, küləklər, ey sərin küləklər, Sizdə var qoxusu hər yerin, küləklər!   Ey çılğın küləklər, nəşəniz daşarkən, Bağların şehindən mey sorub coşarkən, Nalqıran dağları atlayıb aşarkən, Məni də alınız, uçayım dağlara, Könlümdə nə varsa, açayım dağlara!   Gurlayın, ilhamım, sənətim gurlasın! Fırtınam, qasırğam, qüdrətim gurlasın! Şimşəyim parlasın, zülmətim gurlasın! Ey məni sərazad bəsləyən küləklər, Bir dağın başından səsləyən küləklər!
Bana sorarsanız size derim ki: Azerbaycan edebiyatının, 1930'lu yıllarda en değerli ve en verimli şairlerinden biri, Mikail Müşfik idi. Bu kanaate, onun üç cilt halinde yayımlanan bütün şiirlerini okuduktan sonra vardım.
Sayfa 218 - Türk Edebiyatı Vakfı YayınlarıKitabı okudu
Mikayıl Müşviq
Mən ki bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı? Dünyaya sığmayan şair könlümü Köksümdən çıхarıb oynatmadınmı?  Mən ki nəğmə dеyib bənövşələrdən Pеşəm zövq almaqdı bir şuх dilbərdən, Məndən uzaq gəzib, dolanıb hərdən, Qəlbimi sıхmağa can atmadınmı?!  Min hicran könlümü alanda ələ, Zərrəcə halıma yanmadın bеlə. Müşfiqin qəlbini tеz alıb ələ Onu röyalardan oyatmadınmı?!
Ey div addımlarilə yüksələn diyar, Fikrini xalqımın zövqilə parlat! Çünki mən deyiləm yalınız müqəssir, Məni dərdə salmış o köhnə əsr.
514 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.