Hәddәn artıq mәnә hörmәt edib, maraq göstәrәn Seyid ilә birlikdә evә qayıtdıq.
Özümü ailәm vә dostlarımın arasında sanırdım. Belә ki, “Seyid ilә bir ay birlikdә qalsam hökmәn şiә olaram”-deyә, düşündüm. O, gözәl әxlaqı, tәvazökarlığı vә sәciyyәvi hәrәkәti ilә mәni özünә cәlb etmişdi. Hәr dәfә üzünә baxanda gülür vә “bir istәyin varmı?”-deyә, soruşurdu.