Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
560 syf.
7/10 puan verdi
·
Beğendi
The poppy war seriyasının 3-cü kitabı. Bu kitab 3-cü müharibədən sonra başlayan vətəndaş müharibəsindən bəhs edir. İlk kitabda sevdiyim bəzi personajlar bu kitabda antipatiya yaratdı məndə. İlk kitabdan qat qat daha çox müharibə üzərində yazılıb, bu xüsusiyyətini çox da bəyənmədim çünki müharibə və döyüş planı çox marağımı çəkən mövzular deyil. Əsas qəhrəman Rinin character developmenti isə çox əla olub məncə. Ilk kitabdan fərqli olaraq, nə etdiyini bilən bir qız görürük bu dəfə.
Ejderha Cumhuriyeti
Ejderha CumhuriyetiR.F. Kuang · İthaki Yayınları · 2022463 okunma
192 syf.
8/10 puan verdi
·
4 günde okudu
"Ölən Dünyam"
İsmayıl Şıxlının qələmini oxuyarkən onun gerçək bir Azərbaycan yazıçısı olduğunu məncə hər kəs hiss edir. Böyük Ədibin üz tutduğu mövzular, yaratdığı dialoqlar oxucunu özünə heyran edir. Mill adət-ənənələrimizdən, namusdan, əxlaqdan, özləmlə yad edilən köhnə ailə mühitindən insanı valeh edəcək bir şəkildə danışan İsmayıl Şıxlı "Ölən
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021233 okunma
Reklam
·
Puan vermedi
İngilis ədəbiyyatının ən çox oxunan daha bir yazarın əsəri dilimizə çevrildi. Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 075,7bin okunma
188 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Edam, məhkum, azadlıq
Adətən, klassik ədəbiyyat dahilərinin iri həcmli əsərlərini oxumazdan əvvəl daha kiçik həcmli əsərlərilə “tanış oluram”. Bu mənə yazıçının dəst xəttini anlamaqda, onun üslubunu, dünyagörüşünü tanımaqda çox kömək olur. Bir növ “yazıçı ilə ilkin tanışlıq” kimi. Əsər edama məhkum olunan bir şəxsin öz həyatını danışması ilə başlayır. Demək olar ki, dialoqa çox az rast gəlinən əsərdə biz əsasən baş qəhrəmanın fikirlərini oxuyuruq. Əsər boyunca baş qəhrəman elə hey danışır, bir mövzudan digərinə adlayır, öz daxili dünyası ilə bizə nəyisə izah etməyə çalışır. “Bu insan bizə nə demək istəyir? Günahı nədir? Hansı səbəbdən edama məhkum olunub? Edam cəzası ləğv olunacaqmı?” – kimi sualları düşünməyə “məcbur” olursan. Davamı: ramidseyfullayev.com/2021/03/17/mehk...
Edama Məhkumun Son Günü
Edama Məhkumun Son GünüVictor Hugo · Parlaq imzalar · 0120,3bin okunma
160 syf.
7/10 puan verdi
·
4 günde okudu
"YALAMA QƏHRƏMANLARI"
"YALAMA" sənədli povesti Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 350 qəhrəman əsgər haqqındadır. Tarix 1920-ci ilin aprel ayı, Qafqaz cəbhəsinin komandanı Tuxaçevski XI qırmızı ordunun Azərbaycana daxil olması barədə hələ aprelin 21-də qərar verir. 72 minlik sovet ordusuna qarşı son damla qanlarına qədər vuruşan vətən övladları haqqında müəllif tarixi-siyasi hadisələr işığında bədii bir dillə danışır. Yazıçı Əliağa adlı qəhrəman gənc Azərbaycan zabitinin simasında həmin qəhrəmanların gerçək məhəbbətlərinin vətən olduğunu izah etməyə çalışır. Onların hər birinin ailələri, həyatda dəyərli gördükləri hər bir şey, elə vətənin bir parçasıdır. Vətən sadəcə dağ, daş, səfalı torpaqlar və neft deyil. Vətən bunların hamısını birləşdirən insandır. O insan vətən üçün yaşamağa da ölməyə də hazır olmalıdır. Amma onlar ölmədilər. Hər birini adları ilə tanımasaq belə onların əziz xatirələrini hörmətlə anır hər birinin vətənə və millətə göstərmiş olduqları sədaqətlərini təqdir edirik.
Yalama
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201735 okunma
208 syf.
·
Puan vermedi
SPOİLER Oxumağa dəyməz, heyif mənim vaxtımdan. Çox maraqlı giriş olur mangaya. Hansı ki, baş qəhrəman beyin "nakli" olur. Amma sadəcə bu. 4 cild mangada heç bir plot twist və s.yoxdur. Əvvəlcədən təxmin edilən kitabı o zaman oxumaq olar ki, ən azından senaryo primitiv olsa da senaryo anlatma "biçimi" daha fərqli, rəngarəng, özünəxas olsun. O özünəxaslıq da yox idi. Oxumayın, oxutdurmayın. Mən bir səhv idi Redditdə Kingdom mangasının yanında görüb başladım oxumağa.
Heads, Band 4
Heads, Band 4Keigo Higashino · Carlsen · 20075 okunma
Reklam
239 syf.
5/10 puan verdi
·
11 günde okudu
King"in ilk kitabı olan "Carry" də baş qəhrəman Carry White adlı qeyri-adi güclərə malik bir qızdır. Carry öz yaşıdları tərəfindən təhqirlərə məruz qalan və günü gəldikdə ona edilənlərin qisasını hər kəsdən alan biridir. Dindar anasından və xaricdən gördüyü kobud münasibətlə daxili psixologiyası pozulan Carry ilə tanış olmaq məncə hər bir oxucu üçün maraqlı olar. Kitab qorxu janrında olub
Stephen King
Stephen King
"ə şöhrətin qapılarını açan ilk əsəridir. Kitabın ilk nəşrindən artıq 50 il ötür.
Göz
GözStephen King · Altın Kitaplar · 20216,4bin okunma
208 syf.
8/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Oxuyun.
Kitabların 90 faizini türk dilində oxuyuram. Öz dilimizdə mütaliəyə ehtiyac duyduq da isə sadəcə tərcümə olmayanlara üstünlük verirəm. Ölümündən 5 ay öncə yazıb bitirdiyi kitabı elə Şıxlının qələmiylə tanışlığıma vəsilə oldu. Ümumi bir süjet xətti olmasa da(elə düşünürəm), hər fəsil günümüzdə də aktual olan qeyri-sağlam münasibətləri tənqid edirdi. Mənə xoş gələn isə, evdə valideynlərimin öz valideynləri, qohumları ilə olan münasibətlərini kitabdakı obrazların əlaqələrindən anlamağın oldu. Hər zaman rəhmətlik nənəmin bütün qohumlar arasındakı ağsaqqal obrazını düşünürdüm. Deyirdilər ki, onun sözü qanun idi. Kitabda da Güllü nənə eynən belə idi və bunun sayəsində bir xanımın bir ailədə kişidən necə daha hörmətli olmasını anlamış oldum. Tək maraqlı gələn məsələ bu olmadı, çox idi, sadəcə sadalasam bitməz. Ən çox da toxunan o dövrdə azad fikirli, inkişafa açıq insanların Sovet rejimiylə məhv edilməsi oldu. Ən ağırı isə buların Sovetin iti, küçüyü olmuş içimizdəki qeyrətsizlər tərəfindən edilməsi idi. Yolda Fətullayev kimi... Bəyənmədiyim tək hissə, qəhrəman kimi verilən Çapıq Əmrahın elm öyrətmək eşqiylə yanan müəllimi öldürməsi oldu. Günahsızca... Bunun ən azı el-obanın qəhrəmanı olan bir qaçaq tərəfindən edilməsi düzgün deyildi. Sevə-sevə oxudum. Çox da sevdim. Çünki elmi şəkildə bildiyim tariximlə bədii şəkildə tanış olmuş oldum. Düşünürəm ki, xarici ədəbiyyatların bir çoxundan, xüsusilə insanların yerə-göyə sığdıra bilmədiklərindən daha əla idi.
Ölən Dünyam
Ölən Dünyam
İsmail Şıhlı
İsmail Şıhlı
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011233 okunma
175 syf.
·
Puan vermedi
Sevdiyi qadın istədi deyə qumara başladı, qumar səbəbindən sevdiyini itirdi. Əvvəlcə sevdiyini itirdi, sonra həyatını, həyatın məqsədini və mənasını. Həyatı ilə qumar oynayan bir müəllim. Yox, yox canı qarşılığında oynamırdı, az pul qoyub çox pul götürürdü. Çox pul qoyanda isə az. Həyatı ilə qumar oynayırdı deyirəm çünki pul onun üçün nəsə ifadə
Qumarbaz
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201868,6bin okunma
432 syf.
·
Puan vermedi
Öz həyatınızı bir insan cildində təsvir etsəydiniz, xarici görünüşcə necə biri olardı? Təsəvvür edin ki, bir gün həyatınız insan olaraq qarşınıza çıxır. Nə düşünürsünüz, o necə biridir? Gözəl və ya yaraşıqlı yoxsa eybəcər? Həyat sizə özüylə bağlı sizin də bildiyiniz amma görməzdən gəldiyiniz həqiqətləri çatdırır. Həyatınız qaydasındadırsa, onun
Xoşbəxt Çağlarım
Xoşbəxt ÇağlarımCecelia Ahern · Qanun Nəşriyyatı · 20231 okunma
Reklam
517 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
“Martin Eden bir bireyciydi, bense bir sosyalist. İşte bu yüzden ben yaşamaya devam ediyorum ve işte bu nedenle Martin Eden öldü. Bu kitap bireyciliğe bir saldırıdır. Martin Eden, başkalarının ihtiyaçlarının farkına varmayan gerçek bir bireycidir. Hayalleri kaybolduğunda, uğrunda yaşayacağı hiçbir şey kalmaz”
Martin Eden
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202390,9bin okunma
408 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 saatte okudu
Elxan Elatlı və yenə mən. Ötən illərə nisbətən Elxan Elatlının qələmini daha az bəyənirəm ki, bunun da əsas səbəbi dünya ədəbiyyatına daha çox açılmağımdır. Yenə də bir günə bitirdiyim kitab oldu Mövzuya gəldikdə Əsərin baş qəhramanı Elturan olsa da psixoloji roman olan "Qazinin Ölümü" özündə cəmiyyətin çirkabını, saxta mənəviyyatı ifşa
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202261 okunma
315 syf.
·
Puan vermedi
"Murov Qatralı" dan sonra oxuduğum növbəti kitab oldu-"Komandir"... Kitab bizə veriləndə 2021-ci ilin yay ayları idi.Hər cümləsini yaşayaraq,hiss edərək oxudum.Nə yalan deyim kitabı bitirdikdən sonra,sonuncu səhifədə yazılan cümlələrini "Hardasa uzaqlarda insan seli çırpınır,dalğalanır,uğuldayır, ağuşuna aldığı üç rəngli qayığı sağa-sola yellədə-yellədə tanış bir ünvana aparırdı..." unutmamaq üçün dəfələrlə,ağlayaraq oxudum.Bəlkədə çoxuna təsir etməz amma mənim iliklərimə qədər təsir etdi.Çünki,məndə yaşamışam... İncələməsinə gəldikdə Kitab çox gözəl üslubda,təmiz dildə yazılıb.Belə kitablar sayəsində,Qəhrəman qardaşlarımızı unutmayacağımıza çox əminəm...
Komandir
KomandirŞərif Ağayar · CBC Nəşriyyatı · 202013 okunma
144 syf.
10/10 puan verdi
·
12 günde okudu
Məhəmməd Əmin Rəsulzadə - Əsrimizin Siyavuşu
1920-ci ildə bolşevik istilasından qaçarkən iki nəfər Lahıcda saxlanmaq məcburiyyətində qalmışdı. Qonaq olduqları evin kiçik kitabxanasında bu iki şəxsdən birinin diqqətini Firdovsinin “Şahnamə”si çəkir və ev sahibindən icazə istəyib oxumağa başlayır. Ən çox marağını cəlb edən isə “Siyavuş” dastanı olur. Əvvəldən də bu dastana aşina olmasına
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 024 okunma
396 syf.
10/10 puan verdi
·
Beğendi
Şiddətli spoiler var
Elxan Elatlıdan oxuduğum ən mükəmməl əsər deyə bilərəm. İkinci Dünya Müharibəsində partizan hərəkatında Fransa prezidenti Şarl De Qolla çiyin-çiyinə vuruşmuş qəhrəman, mərd, qorxmaz Azərbaycan oğlu! Öz igidliyi ilə Fransada ad salsa da sovetlər qədrini bilmir, onu vətən xaini elan edirlər. Bu qədər qəhrəmanlıqlardan sonra başına belə bir şey gəlməsi məni 1 həftədən çox öz təsirində saxladı. Oxuyun bu kitabı, oxuyun, oxutdurun
Armed Mişel
Armed MişelElxan Elatlı · TeasPress · 2020160 okunma
357 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.