Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Avqust ayında oxumağı planlaşdırdığım kitablar:
1.Piraye(Canan Tan)
Piraye
Piraye
✅ İncələməsi #136133525 2.Ben masumum (Kübra Oktay)
Ben Masumum
Ben Masumum
✅ İncələməsi 3.Şahzadə və dilənçi (Mark Tven)
Şahzadə və Dilənçi
Şahzadə və Dilənçi
✅ İncələməsi #136946024 4.Ölümü özün seç (Çingiz Abdullayev)
Ölümü Özün Seç
Ölümü Özün Seç
✅ İncələməsi #133365520 5.Yeni cəngavər qadınların qəbiləsi (Çingiz Abdullayev)
Yeni Cəngavər Qadınların Qəbiləsi
Yeni Cəngavər Qadınların Qəbiləsi
✅ İncələməsi #136946318 6.Kod adı sakallı (Akif Bektaş)
Kod Adı Sakallı
Kod Adı Sakallı
✅ İncələməsi #136946606 7.Hacı Murad(Lev Tolstoy)
Hacı Murad
Hacı Murad
✅ İncələməsi #136947288 8.Qılınc və qələm (Məmməd Səid Ordubadi)
Qılınc və Qələm
Qılınc və Qələm
✅ İncələməsi #136834402 9.Xudafərin körpüsü (Fərman Kərimzadə)
Xudafərin Körpüsü
Xudafərin Körpüsü
✅ İncələməsi 10.Kimyagər (Paulo Coelho)
Kimyagər
Kimyagər
✅ İncələməsi #136350727 Görək bu qədəri çatdıra bilərikmi,yoxsa daha da artırarıqmı?
Ərəblər bizə yalnız din gətirdilər,mədəniyyət gətirmədilər.
Reklam
761 syf.
8/10 puan verdi
·
7 günde okudu
Qılınc və Qələm
Həcmi böyük olan əsərlərə qarşı qorxu olur çox vaxt, oxumağa çəkinir, cəsarət etmirik uzun zaman. Ya sona qədər oxumağa səbrim çatmazsa, ya yarımçıq qoyaramsa... Özüm üçün deyirəm, ən nifrət etdiyim şeylərdən biridir kitabı yarımçıq oxumaq. Bu günə qədər cəmi bircə əsəri yarım qoymuşam, tamamlamağı da düşünmürəm, bunun da müəyyən səbəbləri var.
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005194 okunma
Ürəkdə sevgi də elədir. Onu məhv etmək üçün insanı öldürmək və qəlbi parçalamaq lazımdı.
Sayfa 233Kitabı okudu
"Sülh müqavilələrinin gücü qılıncların itilənməsi qurtarana qədərdir."
Keçmişini bilməyən, bu gününü dərk edə bilməz həqiqəti bayağı olduğu qədər də acıdır. Qoçaqlar illərlə qılınc və qələm çaldılar... nəticədə keçmişindən xəbərsiz manqurd nəsil yetişdi...
Sayfa 5 - Ön sözKitabı okudu
Reklam
Hökmdarları diz çökdürəcək yeganə bir qüvvə olmuşsa və varsa,o yalnız xalqın birliyidir.
Keçmişini bilməyən bu gününü dərk edə bilməz həqiqəti bayağı olduğu qədər də acıdır. Qoçaqlar illərlə qılınc və qələm çaldılar... nəticədə keçmişindən xəbərsiz manqurd nəsil yetişdi. Lakin elə həmin nəslin özünü-özgəni, böyüyünü-kiçiyini, xilaskarını-xəyanətkarını tanımaq istəyi, xoşbəxtlikdən, sonsuzdur.
761 syf.
8/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Tariximizi bilək...
Spoil ola bilər... Bu əsəri mənə tövsiyə etdiklərində tarixi əsərdir ağır olar falan deyə yükləsəm belə oxumadım. Avqust ayında bəlkədə artıq vaxtıdır deyə oxumağa qərar verdim çünki 1 il idi ki, gecikdirirdim.Və əsəri oxuduqdan sonra düşündüm ki,tarixçi üçün o qədərdə ağır bir əsər deyilmiş...Yəni olmamalı imiş... :)) Əsərdə Atabəylər dövlətinin
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005194 okunma
Reklam
Bəxtiyar Vahabzadənin Anım günü. . Dəyərli Azərbaycan şairi Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarında,1934-cü ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində 1942-1947 illərdə Filologiya fakultəsində təhsil almışdır. Bədii yaradıcılığa 1943-cü ildə ilk şeiri “Ana və Şəkil” şeirini çap etdirməklə başlamışdır. 1960-2003 illəri arasında qələmə aldığı “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Rəqabət”, “Dar ağacı” kimi pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram teatrında tamaşaya qoyulmuşdur. O həmçinin tənqidçi ədəbiyyatşünas olaraq fəaliyyət göstərmişdir. Bəxtiyar Vahabzadə Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin və Ağsaqqallar Şurasının üzvü idi. Şair “Qırmızı Əmək bayrağı” və “İstiqlal” ordenləri, Azərbaycan Dövlət Mükafatı ilə təltif olunmuşdur. Yaradıcılığının möhtəşəm əsərlərindən biri olan “Gülüstan” poemasına 1958-ci ildə həyat vermişdir. Birbaşa Sovet İttifaqını ittiham edən əsərlərini Sovet İttifaqı dağıldıqdan sonra “Sandıqdan səslər” adıyla çap etdirmişdir. O 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın, 20 poemanın və yüzlərlə məqalənin müəllifidir. Dahi Azərbaycan şairi uzun çəkən xəstəlikdən sonra 13 fevral 2009-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Bir xalqın dəyərini ancaq onun şeir və ədəbiyyatının dəyəri ilə müqayisə etmək və ölçmək olar.
Cəbhədə qılınca,məclisdə gözəl və dəyərli nitqə malik olanlar qəhrəmandır.
Ərəb və yəhudi alimlərinin islam dininə uyğunlaşdırdıqları din fəlsəfələrini,xəlifələr bütün islam dünyasına yaymağa və nəşr etməyə çalışmışlar.Buna görə də islam xalqında dini düşüncə,siyasi və mədəni düşüncələrə qalib gəlmişdir.
Əvvəl iranlılar,sonra da ərəblər Azərbaycan xalqının birliyini pozmaq üçün cürbəcür təriqətlər yaratdılar.
211 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.