Sενιης

Sενιης
@sevincoruclu
Sapere aude ☥
Görəsən çağırsam, gələrmi Ceyran?..
Puan vermedi·194 syf.··
2024 23. kitabı
·
7 günde okudu
·
Okunma: 13 Haziran 2024 19:27
Mənim əziz canımçün (Diləfruz deməli), insanı yormayan, sadə, ancaq bəsitləşdirilməyəcək qədər də hadisələrin nəticəsini oxucu üçün maraqlı edən kitab idi. Kitabın ortalarında artıq sonu haqqında müəyyən fikirlərim var idi, birazı, təxəyyül etdiyim kimi də oldu, ancaq bəzi hadisələri fərqli gözləyirdim.Sonu da biraz məyus etdi. Bir deyim vardır "Yanındakı ilə yaşar, ağlındakı ilə ölərsən" deyə.Onu xatırlatdı mənə.. Anamla birlikdə mütaliə etdik.Oxuyarkən, personajları analiz edərək irəliləyirdik, bəzən əyləndik, bəzən də əsəbləşdik. Həzz aldığım bir oxuma təcrübəsi oldu. Tövsiyəni də, Vəfa Hafiz xanımdan almışdım.Tekrar təşəkkür edirəm❦
Edebiyat
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma
Reklam
9/10
·208 syf.··
2023 81. kitabı
Kitab haqqında fikirlərimə keçmədən öncə Bertrand Russell kimi bir şəxsiyyəti bu qədər gec tanımış olmanın verdiyi təəssüf hissini sizlərlə bölüşmək istəyirəm.Yaşadığı dönəmə damğa vurmuş, olduğu hər sahədə reforma səbəb olmuş tam bir intelektualdır Bertrand Russell.1872-ci ildə İngiltərədə aristokrat ailədə dünyaya gəlmiş,riyaziyyatçı,filosof,ictimai xadimdir.1902-ci ildə riyaziyyatdakı "Çoxluqlar" haqqında yazılmış Gottlob Frege'nin kitabındakı təzadları tapmış,sonradan "Russell paradoksu" olaraq adlandırılan riyazi məsələnin əsasını qoymuşdur.Riyazi sahədən nəaliyyətləri bununla da bitmir. Birinci dünya müharibəsində pasifist çıxışlarına görə,dəfələrlə həbs olunmuş,buna baxmayaraq yaşamı boyunca savaşa qarşı çıxmış,kifayət qədər təqibçisi olmuşdur.Bu adam eyni zamanda International War Crimes Tribunal(Russell məhkəməsi)nin qurucusudur.Bu qədəri yetərli olar,indi keçək kitaba)) Kitabda yazarın həddən artıq rasional olduğu hissələr var,hansı ki,oxuyarkən "Bu qədər rasional olmağa gərək varmı?" deyə düşündüm. •Qadın və kişinin evlilikdən kənar romantik deməyək də seksual münasibətlərinin olmasının normal qəbul edilməsini və bunun boşanma səbəbi olmaması gərəkdiyi kimi bir fikri var (səh.150) •Uşaqlara cinsiyyət haqqında doğru məlumat verilməsinin önəminə toxunur hansı ki,məncə həqiqətən də vacib məsələlərdən biridir (səh.66) •Yevgenika(öjeni) haqqında razılaşdığım fikirləri var (səh. 164) Bütün olaraq kitaba baxdığımızda dəyərli məlumatlara,fərqli baxış bucağına sahibdir.Bəyəndim.
Evlilik ve AhlakBertrand Russell · Cem Yayınevi · 2005503 okunma
Psixologiya janrında oxuduğum ən yaxşı kitablardan
9/10
·184 syf.··
2023 73. kitabı
·
5 günde okudu
·
Okunma: 07 Ağustos 2023 11:06
Özümü dərindən analiz etməyə başladığım bu günlərdə "İnsan olmaq" kitabının qarşıma çıxması.. Həyatımın hər stadiyasında yenidən oxumaq istəyəcəyim kitab oldu.Kitab, 1986-da çap olunmasına baxmayaraq, Engin Gençtanın tərif etdiyi yaxın coğrafiyamızdakı cəmiyyət anlayışı hələ də öz gerçəkliyini qoruyur(çox ümidqırıcı). Yazar, psixologiyanın "Devlər"inin Sigmund Freud, Erich Fromm, Alfred Adler, Carl Gustav Jung fikirlərini o qədər yaxşı mix. edib, öz analizleri ile möhkemləndirib ki,heyran olmamaq əldə deyil. Tövsiyə edilir.
Psikoloji
İnsan OlmakEngin Geçtan · Metis Yayınları · 202533,4bin okunma
Yeraltı ədəbiyyatının lordu Bukowski!
Puan vermedi·268 syf.··
2023 64. kitabı
·
3 günde okudu
·
Okunma: 05 Temmuz 2023 16:38
Kitablarını hər kəsə tövsiyə edə bilməyəcəyim yazar. Kitablarını çətinliklə bitirdiyim yazar.Bəzi filmlər olar, yaxşıdır ama müəyyən səhnələrə göre kiməsə tövsiyə edə bilmərsən.Bukowiskinin kitabları da elədir. "Ekmek arası" kitabı ilə birlikdə 3 kitabını oxumuşam və Qadınlar kitabını kəsinliklə tövsiyə etmirəm)) Bu kitabı, otobiyografidir.Məncə Bukowskiyə bu kitabla başlamaq daha yaxşı olar. Ata problemləri ve dəri xəstəliyi haqqında digər kitablardan məlumatım var idi amma bu kitabda nə qədər dərin problemlər olduğunu anladım.
Otobiyografi
Ekmek ArasıCharles Bukowski · Metis Yayınları · 20228,2bin okunma
Are u serious Kierkegaard?
Puan vermedi·279 syf.··
2023 56. kitabı
·
13 günde okudu
·
Okunma: 11 Haziran 2023 21:15
Søren Aabye Kierkegaard (1813-1855) danimarkalı teoloq,filosof. Kitabdan bəhs etmədən öncə onu deyə bilərəm ki, fəlsəfəsini anlamaq üçün həyatını nəzərdən keçirilməsi gərək.. çünki fəlsəfəsi individualdır.İki əsas hadisə fəlsəfəsinə yön vermişdir. 1.Anasının,ardından bacı və qardaşlarının,sonra da atasının ard-arda vefat etməsi. 2.Dost dəvətində tanış olduğu Regine.. Regine Olsen'ə evlilik təklifi edir,Regine də qəbul edir. Bir il sonra isə (bəyimiz) qərar verir ki, əslində Regine'yi sevmirmiş. Məktub yazır,üzüyü də qoyur içinə..Regine məktubu oxuyan qaçır Kierkegaardın evinə ama bəyimiz onu tərsliyib deyir: -Nau Nau.. i don't love you Nə isə Kierkegaard seçimindən xoşbəxt bir şəkildə yaşayır ama və lakin 1-2 il sonra öyrənir ki, Regine evlənib.Necə olursa,Allahın hikməti.. Søren peşman olur düşür küçələrə ki, Regineee...Regineee Ama son peşmanlıq nəyə yarar :)) Kitabda Ya/Ya da olsun ferqli başlıqlarda olsun Sørenin evlilik,din,can sıxıntısı kimi temalar haqqındakı fikirlerini görürük.Dəyərli bir filosofdur oxumağa dəyər..fəlsəfə üçün sevgidən imtina edib. Kitablarını oxuyaq, anlayaq ki,boşuna fedakarlık etmiş olmasın.
Felsefe
Kahkaha Benden YanaSoren Kierkegaard · Ayrıntı Yayınları · 2021785 okunma
Reklam