Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
408 syf.
9/10 puan verdi
·
3 günde okudu
Öləm Dünyam
Ölən Dünyam əsəri qədər məni təsirləndirən az əsər olmuşdu. Ümumiyyətlə İsmayıl Şıxlının dili o qədər gözəl və axıcı idi ki, birdəfəyə oxuyub qurtarmaq olurdu . Həm Ayrılan Yollar, həm də Ölən Dünyam çox gözəl və təsirli əsərlər idi.
İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cild
İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cildİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 200561 okunma
352 syf.
9/10 puan verdi
·
15 saatte okudu
Mukemmel eser
"Ne yatacak evi, ne yiyecek ekmeği, ne yanan bir ateşi, ne de ona yönelmiş bir sevgi vardı; yine de keyfi yerindeydi, çünkü özgürdü…” Yalnız fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən görkəmli simalarından sayılan Viktor Hüqo özünün parlaq istedadının məhsulu olan əsərləri ilə bəşər bədii fikri tarixini zənginləşdirmişdir. Hüqonun tükənməz yaradıcılıq aləmində “Səfıllər” romanının xüsusi çəkisi var. Ölməz ədibin sahilsiz kədərinin ayrılmaz parçası olan bu şah əsəri hər bir insana mənəvi cəhətdən zənginlik qazandıracaq qüdrətə sahib romandır.
Sefiller
SefillerVictor Hugo · Koridor Yayıncılık · 202087,4bin okunma
Reklam
9/10 puan verdi
Öncəliklə uzun bir müddətdi oxuyub bitirəbilmədiyimə baxmayaraq, bildirmək istəyirəm ki, axıcı əsərdir və günümüzün bəzi reallıqlarını özündə əks etdirir. Bir kitab haqqındakı təəssüratlarımı ilk dəfədir bölüşdüyüm üçün böyük ehtimal ki, spoilerlər çox olacaq :) Əsər məncə özlüyündə xüsusi bir mövzuya fokuslanmayıb, bir-birinə axıcı şəkildə
Martin Eden
Martin EdenJack London · Sis Publishing · 201391,1bin okunma
288 syf.
4/10 puan verdi
·
4 günde okudu
Paulo Coelhonun digər əsərləri ilə nisbətdə bu əsər ürəyimcə olmadı…Bənzətmələr, mövzular çox uzadılmışdı. Hər nə qədər karavan həyatı ən böyük arzum olsa da, bu kitabda istədiyimi tapmadım :(
Hippi
HippiPaulo Coelho · Qanun Nəşriyyatı · 02,889 okunma
·
Puan vermedi
Bitirdikdən sonra boş divara baxdıran kitab...
Ah Martin, hüzünlü kekim mənim İlk olaraq onu qeyd etmək istərdim ki, 'Martin Eden' oxuduğum dünya klassikaları içərisində mənim üçün ilk top 5də yer alır. Eşitdiyimə görə kitab Jack Londonun avtobiyoqrafiyasını daşıyır ki, bu fakt məni 2 qat daha üzdü. Əsərimizin baş qəhramanı Martin adlı gənc, aşağı təbəqədən olan gəmiçi oğlandır. İlk
Martin Eden
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202391,1bin okunma
128 syf.
10/10 puan verdi
·
Beğendi
Aleksandr Belyayev elmi-fantastika mövzusunda bir sıra əsərlərin müəllifidir. "Amfibiya adam" onun ən çox tanınan əsərləri sırasındadır. Əsər qeyri-adi bir məzmuna malik olsa da olduqca maraqlıdır. Qısaca mövzusu haqqında danışım: Amfibiya adam" dedikdə yəni dənizdə yaşaya bilən insandan söhbət gedir. Qeyri-adi əməliyyatlar həyata keçirən, fərqli sahələrlə məşğul olan bir həkim bu adamı yaradır. Onun bəzi orqanlarını müxtəlif balıqların, suda yaşayan heyvanların orqanları ilə əvəz edir. Beləliklə də "balıq adam" yaratmağa nail olur. Dənizdə bu qeyri-adi varlığın peyda olması insanları maraqlandırır. Hər kəs amfibiya adamı tutmaq niyyəti ilə gəmilərlə yola çıxır, ekspedisiyalar təşkil olunur. Əlbəttə hər birinin məqsədi pul, şan-şöhrət və s. olur. Amma amfibiya adam sağ qalmaq üçün onlardan gizlənməlidir. Əsərin sonluğu oxucunun öhdəliyinə buraxılmışdı. Amfibiya adamın sonrakı taleyi, başına gələnər bilinməz olaraq qalır. Bu məncə əsəri daha da maraqlı edən xüsusiyyətidir. Amma mən inanıram ki, vəfasız və həris insanlardan çox uzaqlarda, dənizin dərinliklərində yaşamını davam etdirməyi bacara bildi. Buna inanmaq istəyirəm. Çox gözəl, maraqlı bir əsərdir. Kinosu da var amma çox uğurlu alındığını deyə bilməyəcəm... Íncələmə bu qədər. Oxumaq istəyən hər bir kəsə xoş mütaliəl
Amfibiya Adam
Amfibiya AdamAleksandr Belyaev · Altun Kitab · 03,503 okunma
Reklam
152 syf.
·
Puan vermedi
hər yaşında ayrı bi gözəllik yaratmak yücə bi kahramana ait olmalı….
belə əsərləri oxurkən insan bir anlıq anda qalır. tam o anda düşünürsən ki insanlıq hələ ölməyib. gərçəkdən gözəl insanı tanımak isdeyen tam bu eseri oxumalı. dünya hayla dönüyorsa demek hələ gözəl insanların ölmədiyi içindir…. zənnimcə hər qələmin yazdığında mütlək bir gerçək gizlidir…..
Sefiller
SefillerVictor Hugo · Dahi Çocuk Yayınları · 202087,4bin okunma
·
Puan vermedi
Diktaturaların qorxduğu iki əsas şey: ədəbiyyat və musiqi. İstər musiqidə, istərsə də ədəbiyyatda edilmiş istənilən yeniliyi despot quruluş özünə təhlükə olaraq görür. Ya atacağı addımları bu yeniliyə süni şəkildə uyğunlaşdırır, ya da bu yeniliyin səsini bir yolla batırmağa çalışır. Sözümün canı nədədir? Keçən yay Bulqakov qələmi ilə tanış
Köpek Kalbi
Köpek KalbiMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 201918,8bin okunma
·
Puan vermedi
"...Pikerinq siyasətçiləri müvəqqəti adamlar hesab edirdi. Şahmat fiqurları kimi, onlar taxtanın ağ və qara xanaları üzrə sürətlə keçib gedirdilər. Əsl oyunçularsa, onun özü kimi adamlar qalırdılar. Bir sözlə, siyasət qəddar biznesdir"... Klassik Den Braun əsəri. Onun əsərləri ola bilsin ki, sizin özünüinkişafınıza fövqəladə qatqıda bulunmasın. Amma yazarın sehrli qələmi olduğunu qeyd etməliyəm. 600 səhifədən ziyadə ölçüsü olan kitab ilk baxışda sıxıcı təsir bağışlasa da, heç də belə olmadığı tez bir zamanda bəlli olur. Birnəfəsə, həyəcanla oxunan triller düşünün. Əsərdəki hadisələr Yankilərin çox qədim bir məsəli ətrafında dövr edir desəm, yanılmaram: "Həqiqəti de və nə olur, qoy olsun!" Əsərdə prezident növbəti seçkiqabağı kampaniyasında uğursuzluğa düçar olduğu üçün sadə camaatı aldatmaqla böyükmiqyaslı hiyləyə əl atır. Onun tərəfində duran obrazlar isə bütün çətinliklərə rəğmən həqiqəti bütün dünyaya çatdırmaq uğrunda mübarizə aparır və qələbə qazanırlar. Çoxşaxəli bir əsər olmasına baxmayaraq olduqca axıcı və maraqlıdır. Dedektiv tipli romanlar oxuyanlar üçün məsləhətli bir əsər hesab etmək olar. 2021
İhanet Noktası
İhanet NoktasıDan Brown · Altın Kitaplar · 200513,3bin okunma
·
Puan vermedi
"...Pikerinq siyasətçiləri müvəqqəti adamlar hesab edirdi. Şahmat fiqurları kimi, onlar taxtanın ağ və qara xanaları üzrə sürətlə keçib gedirdilər. Əsl oyunçularsa, onun özü kimi adamlar qalırdılar. Bir sözlə, siyasət qəddar biznesdir"... Klassik Den Braun əsəri. Onun əsərləri ola bilsin ki, sizin özünüinkişafınıza fövqəladə qatqıda bulunmasın. Amma yazarın sehrli qələmi olduğunu qeyd etməliyəm. 600 səhifədən ziyadə ölçüsü olan kitab ilk baxışda sıxıcı təsir bağışlasa da, heç də belə olmadığı tez bir zamanda bəlli olur. Birnəfəsə, həyəcanla oxunan triller düşünün. Əsərdəki hadisələr Yankilərin çox qədim bir məsəli ətrafında dövr edir desəm, yanılmaram: "Həqiqəti de və nə olur, qoy olsun!" Əsərdə prezident növbəti seçkiqabağı kampaniyasında uğursuzluğa düçar olduğu üçün sadə camaatı aldatmaqla böyükmiqyaslı hiyləyə əl atır. Onun tərəfində duran obrazlar isə bütün çətinliklərə rəğmən həqiqəti bütün dünyaya çatdırmaq uğrunda mübarizə aparır və qələbə qazanırlar. Çoxşaxəli bir əsər olmasına baxmayaraq olduqca axıcı və maraqlıdır. Dedektiv tipli romanlar oxuyanlar üçün məsləhətli bir əsər hesab etmək olar...
Deception Point
Deception PointDan Brown · Pocket Books · 200613,3bin okunma
Reklam
672 syf.
·
Puan vermedi
·
Beğendi
·
24 günde okudu
Oxuduğum Elxan Elatlı əsərləri ichərisində deye bilərəm ki, ən möhtəshəmi idi. Sevgi, xəyanət, qısqanclıq, qadın duyğuları və ən əsası cinayət! Bunlarla yanaşı Ermeni obrazının yaradılması, o dövrdə yaşananlar əsərə başqa fon verir, bizim üchün oxunaqlı edir.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015683 okunma
168 syf.
10/10 puan verdi
Nerede olsa tanırım hüznü, bana mutluluktan bahset...
Bu kitabı 2 dəfə oxumuşam. Hətta yenə oxuya bilərəm. Hər dəfə oxuyanda göz yaşlarıma hakim ola bilməyəcəyim bir əsərdir. Sujet xətti o qədər axıcıdır ki, bir günə oxumaq mümkündür. Əsərdə məni özünə çəkən ən birinci personajlardan biri sevdiyim adı daşıyır. Əsəri oxuduqca özümü orda düz obrazların yanında canlandırırdim. Onların yanında insan özünü hiss etdikdə əsərə müdaxilə etmək istəyir ki, bu cür bitməsin... Nədəndir bilmirəm amma sonu mutsuz sonluqla bitən əsərləri sevirəm. Hətta yadımda daha yaxşı qalır. Bu əsərdə onlardan biri, mənim üçün isə ən birinci... Mükəmməl təsir bağışlayan mənə görə Şah əsər. Bir alıntı ilə incələməni yekunlaşdırmaq istəyirəm: "Büyük zorluklara göğüs germiş insanların hakkıdır mutluluk. Anlatmaya değer günlerin, içinden geldiği gibi yaşadığın bir hayatın olsun. Gözlerini kapatıp benimle konuşmak istediğin zamanlar için güzel anılar biriktir"
Bana Mutluluktan Bahset
Bana Mutluluktan BahsetEzgin Kılıç · Destek Yayınları · 20181,567 okunma
·
Puan vermedi
Müşfiq də bir günlüyə qayıda bilsəydi, görərdi ki, şeirləri dillər əzbəri olub, sevdiyi gözəl Bakı yaşıl donlu şəhər olub. Ürəyi fərəhlə dolardı. "Oxşayardı könlünü dillərdə, dodaqlarda gəzən Mikayıl imzalı nəğmələr!" İnanıram ki, bir gün onun səhər gələcəkli oxucuları heykəlini çiçəklərlə bəzəyəcəklər.. ~Qızılgül olmayaydı.
Seçilmiş Əsərləri - V Cild
Seçilmiş Əsərləri - V CildRəsul Rza · Öndər Nəşriyyatı · 20058 okunma
184 syf.
10/10 puan verdi
·
Beğendi
3-ü 1-də :)
Astrid Lindqren uşaq-fantastika janrında sevdiyim yazıçılardan biri olub. Hər bir əsərini maraqla bitirmişəm. Bu kitablar haqqında incələmə yazarkən sanki əvvəlki günlərimə geri qayıdıram. Hər birinin məndə oyatdığı duyğular olduqca fərqlidir. Ístədim ki, Lindqren yaradıcılığı, əsərləri haqqında bir incələmədə fikirlərimi bölüşüm. "Quldur
Mio Benim Mio'm
Mio Benim Mio'mAstrid Lindgren · Pegasus · 201845 okunma
372 syf.
·
Puan vermedi
Aysel Şıxlinskaya
Aysel Şıxlinskaya
xanımın ilk kitabı idi ki, şans verirdim. Və çox bəyəndim, sözün açığı gənc yazıçıların əsərləri çox da diqqətimi çəkməyib indiyədək. Amma
Qanadsız Mələk
Qanadsız Mələk
kitabı fikirlərimi dəyişdi, önyargımı bir kənara qoymağıma səbəb oldu. Roman sevgidən bəhs edir, məlum olduğu kimi. Əsəri oxuyarkən heç sıxılacağınızı sanmıram, çünki olduqca axıcıdır, yeni nəsil oxucular üçün düşünürəm ki daha da maraqlı olar bu romanı oxumaq. Xoş mütaliələr ( bu incelememdə də istədim ki, spoiler verməyim, oxumaq istəyənlər üçün kitabın sürprizi qaçmasın))
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0123 okunma
472 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.