Aruoba bu kitabda mənə elə gəlir ki, nəinki məsafəni, elə məhz məsafənin içində olduğumuz anı göstərmək istəyir. Yox, o bizə yaxınlığı öyrətmək üçün uzağı anlatmır. Əksinə: o deyir ki, bəlkə də əsil həqiqət elə bu uzaqlığın özüdür.
Oxuyanda adam özünü tənha bir otaqda, pəncərədən çölə baxan kimi hiss edir. Hər şey var – işıq, kölgə, səs, sükut – amma heç nə tuta bilmirsən. Kitabın “Tavşan Besleyene Kılavuz” və “Özlem Çekene Kılavuz” kimi iki hissəyə bölünməsi məncə sadəcə başlıq deyil. Bu, iki fərqli yalnızlıq formasıdır. Birincisi: sevmək, sahiblənmək, baxmaq – amma yenə də əslində heç kimi əhliləşdirə bilməmək. İkincisi: itirmək, yoxluğu hiss etmək, səsləri xatırlamaq.
Oruç Aruobanın dilini sevirəm, çünki o, heç vaxt çox danışmır. Bir neçə sözlə böyük boşluqlar yaradır. Məsələn “Özlem, görememenin yoğunluğudur” dedikdə, adam dayanıb düşünür: bəs bəlkə də görmək zənn etdiyimiz şey əslində görməməyin özüdür? Bəlkə də biz yalnız uzaq olanda həqiqətən yaxın ola bilirik?
Mənə elə gəlir ki, Aruoba varoluşçu filosoflarla – xüsusilə Nietzsche və Wittgenstein ilə – sakit bir söhbət edir, amma onlardan fərqli olaraq soyuq bir sistem qurmur. Onun fəlsəfəsi daha çox nəfəs kimidir: içə çəkirsən – boşluq, çıxarırsan – səs. Kitabda nə hekayə var, nə qəhrəman, nə də ki, axıcı bir hadisə. Ancaq elə bu da onun gücüdür: insan ilişkisiz bir dünyada öz ilişkisini necə qurur?
Bəzi yerlərdə kitab adamı qəribə şəkildə incidir. Çünki o, sənə heç bir təsəlli vermir. “Hər şey yaxşı olacaq” demir. Əksinə, deyir: “Uzaqsan. Bəli, uzaqsan. Və bu, düzəlməyəcək.” Amma bəlkə də təsəlli elə buradadır? Bir problem həll olunmayanda, onu adı ilə çağırmaq artıq rahatlıqdır.
“Uzak”, məncə, sevgi kitabı deyil. Ümid kitabı da deyil. O, yarımçıq sözdə dayanmağı öyrədən bir kitabdır. Səni qucaqlamaq