Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

aliyva.n

aliyva.n
@tiny_okur
Həyatını çalışaraq qazanmaq məcburiyyətində olan bir qız ehtiyatlı davranmalıdır... Aqata Kristi #236337126 #239960636 #238819190
112 syf.
9/10 puan verdi
·
Beğendi
Mənə çox maraqlı gələn əsərlərdən biri idi və 1 gecədə oxuyub bitirdim. Yaşadığı şəhərin divarları ilə, küçələrlə dost olacaq qədər yalnız bir adam düşünün. Və bir gecə təsadüfən qarşılaşıb dost olduğu gənc qız–Nastenka...Yalnızlığına son vermək üçün adam Nastenkaya dost olmalarını təklif edir. Ona heç vaxt aşiq olmaması şərti ilə Nastenka bu
Beyaz Geceler
Beyaz GecelerFyodor Dostoyevski · Varlık Yayınları · 201674,3bin okunma
Reklam
220 syf.
10/10 puan verdi
·
Beğendi
Gülüşlərin altında yatan həqiqətlərlə dolu bir kitab desəm sizə tam yeridir məncə. Çünki oxuyarkən həm çox əyləndim həm də bəzi reallıqların fərqinə vardım. Məsələn Greg əslində heç də saf deyil. Sadəcə həmişə şanssız olduğunu düşünür və hər işində şans ondan qaçır. Bu mövzuda Greglə çox bənzər olduğumu düşünürəm təəssüf ki. Biz əslində hadisələri
Saftirik Greg'in Günlüğü 1
Saftirik Greg'in Günlüğü 1Jeff Kinney · Epsilon Yayınları · 20122,455 okunma
376 syf.
8/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
"Biz insanlar təhqir edilməyimizə dözə bilmərik"
Dostoyevskinin yaratdığı xariqələrdən birini daha oxuyub bitirdim. Adından məlum olduğu kimi əsərin əsas mövzusu həm maddi həm mənəvi cəhətdən təhqir edilən, alçaldılan insanlardır. Fərqli həyatlardan danışılması bir az "Səfillər" əsərini xatırlatdı mənə. Hər bir obrazın öz həyat hekayəsi var. Hər birindən də öyrənilməli çox şey var... Mən Nataşa obrazına sözün əsl mənasında qıcıq oldum oxuyarkən. Bir qadın bu qədərmi saf olar? Ağlı yox duyğuları ilə hərəkət edib ətrafındakıları düşünməz? Qarşılıq görmədiyi, aldadılıb alçaldıldığı bir sevgini necə qəbul edə bilər? Və hətta bütün bunlara doğru imiş kimi haqq qazandırmağa çalışar? Məncə özünə dəyər verən heç bir kəs etməməlidir bunu. Heç kim üçün hətta nə qədər çox sevsə belə. Digər tərəfdə isə Vanya...Sevdiyi qadın başqa birisi ilə bağlı xəyallar qurarkən, ağlayarkən ona təsəlli verməyə çalışması, sona qədər yanında olması qarşılıqsız sevgiyə əsl nümunədir. Əlbəttə rus ədəbiyyatının olmazsa olmazı cırıq paltolu, iflas etmiş, bir otaqlı kiçik, nəmli mənzildə yaşayan obrazımız da var idi əsərin giriş hissələri bu obraza aid idi. Onun həyatı isə çox uzun sürmür. Eynilə kiçik qızcığaz Nelli kimi...Nellinin uşaq yaşında yaşadıqlarına körpə qəlbi daha çox tab gətirə bilmir. Son səhnələrdə biz onun acı həyatının şahidi oluruq. Mənə görə əsərin ən təsirli səhnələri idi. Məncə çox uzatmağa ehtiyac yoxdur artıq. Çox gözəl, təsirli, mənalı bir əsər idi və oxunmağa dəyər. Xoş mütaliələr!
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Şərq-Qərb Nəşriyyatı · 200718,5bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
244 syf.
9/10 puan verdi
·
Beğendi
·
27 günde okudu
"Uşaq qəlbi unudar amma bağışlamaz" –Şəkər Portağalı Çoxdandır ki, bu əsər haqqında da incələmə paylaşmaq istəyirdim. Nəhayət, buna uyğun vaxt tapa bilirəm.
Umut  Bayrak
Umut Bayrak
Əvvəlcə sizə bir daha təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzu edirəm. Qələminizə sağlıq. Əsəri bu qədər bəyənəcəyimi gözləmirdim açıqcası. Amma bəyənərək oxuyub
Meyus Takvimi
Meyus TakvimiUmut Bayrak · İkinci Adam Yayınları · 202357 okunma
128 syf.
10/10 puan verdi
·
Beğendi
Aleksandr Belyayev elmi-fantastika mövzusunda bir sıra əsərlərin müəllifidir. "Amfibiya adam" onun ən çox tanınan əsərləri sırasındadır. Əsər qeyri-adi bir məzmuna malik olsa da olduqca maraqlıdır. Qısaca mövzusu haqqında danışım: Amfibiya adam" dedikdə yəni dənizdə yaşaya bilən insandan söhbət gedir. Qeyri-adi əməliyyatlar həyata keçirən, fərqli sahələrlə məşğul olan bir həkim bu adamı yaradır. Onun bəzi orqanlarını müxtəlif balıqların, suda yaşayan heyvanların orqanları ilə əvəz edir. Beləliklə də "balıq adam" yaratmağa nail olur. Dənizdə bu qeyri-adi varlığın peyda olması insanları maraqlandırır. Hər kəs amfibiya adamı tutmaq niyyəti ilə gəmilərlə yola çıxır, ekspedisiyalar təşkil olunur. Əlbəttə hər birinin məqsədi pul, şan-şöhrət və s. olur. Amma amfibiya adam sağ qalmaq üçün onlardan gizlənməlidir. Əsərin sonluğu oxucunun öhdəliyinə buraxılmışdı. Amfibiya adamın sonrakı taleyi, başına gələnər bilinməz olaraq qalır. Bu məncə əsəri daha da maraqlı edən xüsusiyyətidir. Amma mən inanıram ki, vəfasız və həris insanlardan çox uzaqlarda, dənizin dərinliklərində yaşamını davam etdirməyi bacara bildi. Buna inanmaq istəyirəm. Çox gözəl, maraqlı bir əsərdir. Kinosu da var amma çox uğurlu alındığını deyə bilməyəcəm... Íncələmə bu qədər. Oxumaq istəyən hər bir kəsə xoş mütaliəl
Amfibiya Adam
Amfibiya AdamAleksandr Belyaev · Altun Kitab · 03,502 okunma
Reklam
128 syf.
10/10 puan verdi
·
Beğendi
Uzun müddətdən sonra incələmələrə davam...
Hər zaman itlər insanların sadiq dostudur deyirlər. Bu əsər deyilən fikrin doğruluğunu bir daha sübut edir. Mənim oxuyub təsirləndiyim əsərlərdən biridir. Mövzusu, ideyası hər biri ayrı-ayrılıqda mükəmməldir. Mən bu kitabı 1 gündə oxuyub bitirmişdim. Həm hadisələr axıcı baş verirdi həm də maraqlı gəlirdi mənə sonu. Lessi varlı bir ailənin itidir. Ailə müflisləşdikdən sonra öz itlərini də satmaq məcburiyyətində qalırlar. Lakin Lessi öz "ailəsinə", balaca dostuna hər zaman sadiq qalır. Hətta təsəvvür edin ki, başqa bir ölkəyə aparılsa belə oradan qaçıb yenidən sahibinin yanında qayıdır. Bəli, hər nə qədər çətin olsa da sonda bunu bacarır. Həmçinin əsərdə yalnızca Lessinin sadiqliyindən danışılmır. Müəllif həmçinin bu yolla insanların sədaqətsizliyi, bir sıra haqsızlıqlar, ətrafındakılara qarşı paxıl olan bəzi insanların həzin sonu və s. bu kimi məsələlərə də toxunub. Bu haqda daha çox uzatmaq istəmirəm. Ínsana çox gözəl duyğular, fikirlər aşılaya biləcək bir kitabdır. Əgər maraqlı gəldisə sizə mən oxumağı məsləhət görərdim :) Xoş mütaliələr!
Lessi
LessiEric Knight · Altun Kitab · 0578 okunma
210 syf.
7/10 puan verdi
Kitabı mənə bir nəfər məsləhət görmüşdü. Oxumağa başladım və açıqcası özümə də maraqlı idi. Amma ilk səhifələrində kitabdakı necə deyərlər qəribəliyi, yadlığı hiss etməmək mümkün deyil. Kitabda yazıçı Norveçlə bağlı xatirələrindən, başına gələnlərdən danışır. Daha doğrusu bütün pis xatirələrindən... Öz-özümə deyirəm yaxşı ki, Norveçə getmək, orada yaşamaq kimi planlarım yoxdur. Yoxsa indi hamısı puça çıxmış olacaqdı oxuduqlarımdan sonra. Sevmədiyim xüsusiyyətlərdən biri kitabın dilinin qarışıq olması idi. Azərbaycan, türk, fars bütün dillər qarışıb sanki bir-birinə. Bir çox sözlər isə tamamilə bizə yad olan tələffüz forması şəklində yazılıb. Ədəbi dilin normaları deyilən anlayış bir sözlə sanki təhqir olunub. Oxuyarkən bu məni çox narahat edirdi. Bundan başqa aranızda əgər Norveç xəyalları olan birisi varsa bu kitabı oxumağın ona faydası olacaq yoxsa həvəsdən düşəcək deyə bilməyəcəm. Bütün kobud, yaramaz, soyuqqanlı Norveçlilər bizim bu yazıçımızın qabağına çıxıb. Əlbəttə hər kəs getdiyi ölkə ilə bağlı xoş təəssüratlarla dolu ola bilməz. Amma nədənsə bu qədəri də mənə çox səmimi gəlmədi. Nə vaxtsa qismət olar bəlkə özüm gedib tanıyaram Norveçliləri... Oxumasamda olardı dediyim kitablardan biri oldu amma bəzi faydalı məlumatlara da rast gəldim. Bəzi fikirlər var onları da alıntı kimi paylaşacam.
Norveç Yazıları
Norveç YazılarıAli Səbri Siyamək · Qanun Neşriyyatı · 20071 okunma
128 syf.
10/10 puan verdi
·
Beğendi
Şerlok Holmsu yəqin ki, hər birimiz tanıyırıq. Dünyada tanınan bu məşhur xəfiyyə obrazı Artur Konan Doylun əsərlərinin baş qəhrəmanıdır. Və siz indi bir Aqata Kristi heyranının bu kitab haqqındakı fikirlərini oxuyacaqsınız. Daha doğrusu ümid edirəm oxuyarsız :) Baskervillər dedikdə varlı bir ailə nəzərdə tutulur əsərdə. Bu ailənin sonuncu
Baskervillərin iti
Baskervillərin itiArthur Conan Doyle · Altun Kitab · 20179bin okunma
128 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Bəs siz görünməz olmaq istəyərdiniz?
Hər birimiz 1 dəfə belə olsa "Görəsən görünməz olsam nə olardı?" deyə fikirləşmişik məncə. Və ya görünməzlik hər birimizə maraqlı və bir o qədər uzaq olan anlayışdır. Herbert Corc Uells elmi-fantastika janrına böyük töhfələr vermiş ingilis yazıçısıdır. Bir neçə əsərini oxumuşam və bunların arasında ən sevdiyim "Görünməz
Görünməz Adam
Görünməz AdamH. G. Wells · Altun Kitab · 20147,8bin okunma
184 syf.
10/10 puan verdi
·
Beğendi
3-ü 1-də :)
Astrid Lindqren uşaq-fantastika janrında sevdiyim yazıçılardan biri olub. Hər bir əsərini maraqla bitirmişəm. Bu kitablar haqqında incələmə yazarkən sanki əvvəlki günlərimə geri qayıdıram. Hər birinin məndə oyatdığı duyğular olduqca fərqlidir. Ístədim ki, Lindqren yaradıcılığı, əsərləri haqqında bir incələmədə fikirlərimi bölüşüm. "Quldur
Mio Benim Mio'm
Mio Benim Mio'mAstrid Lindgren · Pegasus · 201845 okunma
Reklam
23 syf.
9/10 puan verdi
·
Beğendi
"29045"
Kitabı proqramda gördüm və adı mənə çox maraqlı gəldiyinə görə elə həmin gün pdf-ni yüklədim. Az olduğundan təxminən yarım saata oxuyub bitirdim. Qısa olmasına baxmayaraq çox maraqlı və insanı düşünməyə sövq edən bir əsər idi. Hər şey telefon butkasında təsadüfi bir nömrənin yığılması ilə başlayır. Sonra zaman keçdikcə yığdığı nömrənin sahibi Rüstəmə doğmalaşır, onu sevir bəzən də qısqanır. Bir müddət danışırlar lakin əlaqələrinə son verməli olurlar çünki Mədinə Seymuru seçir. Əslində mən Mədinədə bir günah görmədim çünki Rüstəm hər şeyi ona əvvəlcədən danışsaydı bu qədər yalanlara, oyunlara da ehtiyac qalmazdı. Əksinə məncə hər ikisi daha xoşbəxt olardı. Bilmirəm buna görə onların hansını günahlandırım: Rüstəmi yoxsa Seymuru... Bir az qarışıq hisslər yaradır insanda, qeyri-adi bir mövzuya malikdir. Oxunmağa dəyər bir əsərdir. Onsuz belə də vaxt aparmır və bu vaxta da dəyir məncə. Tələsik yazsam da ümid edirəm çatdıra bildim fikirlərimi sizə. Hər birinizə xoş mütaliələr!!
Mən, Sən, O və Telefon
Mən, Sən, O və TelefonAnar Rzayev · 0177 okunma
544 syf.
8/10 puan verdi
·
Beğendi
Elmi-fantastika janrının atası
Jül Vern çox sevdiyim yazıçılardan biridir. Bir çox tanınmış əsərlərini çox bəyənərək və maraqla oxumuşam. "20 000 lyö su altı ilə" əsərini də təzəlikcə oxuyub bitirdim. Bir çoxunda olduğu kimi bu əsərində də dəniz macəralarından bəhs edilirdi. Əsərdə ziddiyət dənizdə naməlum bir varlığın peyda olması ilə başlayır. Bu varlığ dənizçilər və insanlar arasında böyük qorxu yaradır və hər kəs onun nə ola biləcəyi ilə bağlı fərziyyələr iləri sürür. Həmçinin bu barədə fikirlərini söyləmək tanınmış elm adamı Aronaksa da təklif edilir. Hadisələrin gedişatında isə bu varlığı araşdırmaq üçün ekspedisiya təşkil edilir. Aronaks da öz ən yaxın adamı ilə birlikdə bu səyahətə qatılır. Daha sonra onlar təsəvvür edə bilməyəcəkləri hadisələrə şahid olurlar. Jül Vernin əsərlərinin qəhrəmanı Kapitan Nemo ilə tanış olurlar, onun sualtı gəmisində yaşamağa başlayırlar. Əslində "Kapitan Qrantın uşaqları", "Sirli ada" kimi əsərlərlə müqayisə etdikdə bu əsər daha geri qalır deyə düşünürəm. Amma Jül Vern bu əsərində də insanın xəyal dünyasına toxumağı, fərqli bir dünyanın qapılarını üzümüzə açmağı böyük bir ustalıqla bacarıb. Həmçinin əsərdə adı çəkilən sualtı gəmi "Natalius" tipli gəmilər günümüzdə mövcüddur. Hətta almanlar gəmilərdən birinə bu adı veribmiş. Bunlar hələ avtomobilin belə kəşf edilmədiyi dövrlərdə yazıçının dahiliyini, geniş xəyal dünyasını sübut edir. Jül Vern haqqında bir video linki də paylaşıram. Maraqlananlar baxa bilər: youtu.be/Sthla32UGAE?fea...
20000 Lyö Su Altı İlə
20000 Lyö Su Altı İləJules Verne · Qanun Nəşriyyatı · 06,2bin okunma
104 syf.
5/10 puan verdi
·
25 saatte okudu
"Ateistin ibadəti" 3 kiçikölçülü və ibrətamiz hekayədən ibarətdir. Hər bir hekayənin bir-birindən fərqli məzmun və ideyası var. Əsərlə eyniadlı birinci hekayə şagirdin öz müəllimini kilsəyə gedərkən görməsi ilə başlayır. Təəccüb doğuran məqam isə müəllimin ateist (inancsız) olmasıdır. Daha sonra müəllim şagirdinə bunun səbəbini açıqlayır. Hekayədə çatdırılmaq istəyən fikir budur ki, bəzi insanlar kənardan özlərini "dindar" göstərməyə çalışırlar. Əslində isə həqiqətdə o deyillər. Onun dediyi sözlər "Mən əksər ibadət edənlər kimiyəm: zahirən əsl mömin, batində isə sizin kimi, özüm kimi Allahsız" bunu təsdiqləyir. Digər bir hekayə isə "Nar bağı". Bu hekayədə övladlarını hədsiz məhəbbətlə sevən, onları təkbaşına böyüdən bir anadan bəhs edilir. Ana öz övladlarının tərbiyəsi ilə yaxından məşğul olur, onları cəmiyyətə faydalı bir şəxsiyyət kimi böyüdür. Daha sonra isə xəstəliyə tutulur və dünyasını dəyişir. Övladları artıq böyüyür, ali təhsilli insanlar olur. Və Nar bağında yerləşən evlərindən köçüb gedirlər. "Əmanət" hekayəsində isə həmin dövrlərdəki romantik, sevgi münasibətlərindən bəhs olunur. Əlbəttə, bu hekayələrin hər birində fərqli insan taleylərindən, hadisələrdən danışılır və insanda bir çox yeni fikirlər formalaşdırır. Amma mən bir süjet xəttinə malik olan əsərləri daha çox üstün tuturam. Yenə də, bunlara baxmayaraq, oxumağa dəyər bir kitabdır deyə düşünürəm.
Ateistin İbadəti
Ateistin İbadətiHonore de Balzac · Parlaq İmzalar Nəşriyyatı · 2020104 okunma
64 syf.
10/10 puan verdi
·
Beğendi
Məncə hər bir kəs 1 dəfə belə olsa Polyanna adını eşidib. Çoxları bunun bir əsər olduğunu bilsə də, bəziləri təəssüf ki, sadəcə eşitməklə kifayətlənirlər. Polyanna uşaq yaşlarında valideynlərini itirdikdən sonra xalası ilə yaşamağa başlayan kiçik və sevimli bir qızdır. Həyatında baş verən bütün çətinliklərə baxmayaraq Polyannanın hər zaman
Polyanna
PolyannaEleanor H. Porter · Timaş Yayınevi · 19979,2bin okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
Soğanlar ölkəsi :)
Bu kitabı kiçik bacıma oxumaq üçün almışdım. Məndən fərqli olaraq onun heç marağı yoxdur kitablara təəssüf ki. Buna görə də kitabın yarısından sonra özüm tək oxumağa başladım. Çippolinonun başına gələnləri oxuyanda çox xoşuma gəlmişdi. Kitab qalın olsa da əksər nağıllarda olduğu kimi hadisələr sürətlə baş verdiyini görə sıxıcı deyil. Bəs kim idi Çippolino? Balaca bir soğan. Bəli, səhv oxumadınız. Çippolino, onun ailəsi hətta yaşadıqları yerdə hər kəs soğan idi. Və elə nağılda da bir soğan ailəsinin başına gələn əhvalatlardan bəhs edilir...Müəllif həm də nağıl vasitəsilə real həyatda çoxunun qarşılaşdığı haqsızlıqları, yüksək təbəqənin sadə adamlara yuxarıdan aşağı baxması və s. bu kimi məsələlərə də üstüörtülü toxunub. Lakin bu cür pis əməllər törədən insanlar sonda öz cəzalarını çəkirlər. Və bu xeyirin şər üzərindəki qələbəsinin daimi olmasına işarədir. Düşünürəm ki, bəzən yorucu əsərlər arasında bu cür nağıllar insana çox yaxşı hiss etdirir. Məncə uşaqlar üçün bundan daha ibrətamiz, maraqlı bir nağıl ola bilməzdi. Ən sevdiyim nağıllardan olduğuna görə Çippolinoya da bir incələmə həsr etmək istədim. Gecəniz xeyrə qalsın
Çipollinonun Macəraları
Çipollinonun MacəralarıGianni Rodari · Qanun Nəşriyyatı · 201813 okunma
43 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.