Vaktiyle bir “benliğim” vardı; artık sadece bir nesneyim...
Kitab pessimist yaşamın qısa bir özəti, əsrlər boyunca var olan qnostik fikirlərin nihilist bir kolleksiyasıdır deyə bilərəm. İnsanlığın inkişafı, dini fanatizm, fəlsəfə, varoluş və ölüm kimi dövrün vacib mövzularına toxunur, insanlıq tarixi baxımından günün dünyası ilə üzləşir. Cioran’ın insanı şübhə edən, tərəddüdləri olan, bildiklərini, gördüklərini daima sorğulayandır. Nəticə etibarı ilə Tanrının varlığına, inancın çöküşünə və varoluşun melanxolik təməlinə deyinən Cioran düşüncələrini aydın və acımasız dürüstlüklə açıqlayır, son dərəcə pessimist, ancaq eyni zamanda həssas, canlı və qalıcı bir kəsinlik sərgiləyir.
Sonda yazardan varoluşun səbəblərini sorğulayan iki mühüm sual: Nerede tükettin ömrünü? Iz bırakmadan kayıp gittin; senin rüyan neydi peki?