Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Katibənin "Necəsiniz, doktor?" sualına heç bir tərəddüd etmədən "Yaxşıyam, sağ olun", cavabını verdi. Biz həmişə öz zəifliyimizi gizlətmək istəyəndə ölüm ayağında olsaq da, ürəyimizi yeganə özünəməxsus dəmirçi-kardioloq proseduru olan dəmir qurşaqla çəkib bağlasaq da, "yaxşıyam, sağ olun" deyirik.
-Yox, mən yaxşıyam. Niyə hamıya belə deyirdi? Özü də bilmirdi. Bəlkə də, ömrü boyu bu qədər pis olmamışdı.
Reklam
Məktub
İntihar məktubunun sonu "Narahat olmayın, Mən yaxşıyam."
Sayfa 143Kitabı okudu
Sabahattin Ali
Bəzən insan "Mən yaxşıyam" deyəndə gözlərinin içinə baxıb " Yaxşı deyilsən, bilirəm" deyəcək birinə çox ehtiyac duyar...
Kitabı oxuyandan sonrakı hiss...
Yaxşıyam? Yoxsa pisəm? Kədərliyəm? Bəlkə xoşbəxtəm? Axı mən necəyəm? Bilmirəm. Nə hiss keçirdiyimi bilmirəm. Məni nə kədərləndirəcək, nə xoşbəxt edəcək, bilmirəm (səhər şəfəqindən başqa). Ən pisi də necə olduğunu bilməməkdi. Mənim hisslərim, duyğularım məhv olub. Həyatım bombozdu. Gənclik bağçalarımdakı ağacları, çiçəkləri qırıb yerində asfalt çəkmişəm sanki. Həyatıma nə maraq qata biləcəyini düşünürəm. Mənə verilən həyat payını belə mənasız xərcləmək istəmirdim.
"Sadəcə yaxşıyam dedi, yaxşı olmadığını bildiyi halda. İzah etməyə əziyyət çəkmədi, onsuz da anlamayacaqlardı."
Reklam
Habil Yaşar, “Ədəbiyyat və incəsənət” Çağdaş türk ədəbiyyatında xüsusən tineycerlərin sevə-sevə oxuduqları bir yazardır Esra Gül Karagülle. Onunla əlaqə saxlayıb portalımız üçün müsahibə istədik, o da TÜRKSOY tərəfindən İlin media ödülünü almış bir portala məmnuniyyətlə müsahibə verəcəyini bildirdi. -Salam Esra xanım! Necəsiniz? Zəhmət
Qovuşa bilmir...
Yağır ömrümüzə taleyin qarı, Bir olsaq ayrıyıq, ayrılsaq birik. Biz ki bu dünyanın bəxtiyarları, Biz ki bu dünyanın bədbəxtləriyik!.. Köksümdən bir sevgi ümmanı keçir, Sən baxsan görməzsən sahillər donub. Ürəyim ən isti sözləri seçir, Dilim pıçıldayır ən soyuğunu. Baxışım döşənir getdiyim yola, Üz-üzə gəlirik, dayanır zaman. Ürəyim səninçin kül ola-ola Söhbət başlayırıq bir ayrısından. Elə bil qor dolur ürək yerinə... Məni qanadında uçurur bu yol. "Sənsiz nə yaxşılıq"? demək yerinə Deyirəm: Yaxşıyam, yaxşıyam, sağ ol!" Ah, sənə sevilmək necə yaraşır, Əllər yadırğayıb yovuşa bilmir. Göydə iki ulduz çoxdan barışıb Yerdə iki insan qovuşa bilmir.
Dostoyevski deyir ki; "Artıq insanlar maraqlı gəlmir. Onlarla söhbət etmək, nəyisə bölüşmək istəmirəm. Çünki söhbətlərin hamısı-"Necəsən"? , "Yaxşıyam sən necəsən?", "Məndə yaxşıyam"- deyə başlayıb bitir. Bu artıq heçdə cəlbedici gəlmir. Yeni insanlar tanımaq istəmirəm. Hamısının sonu eyni cürdür. Sonuna qədər davam etmir- sevgilər, dostluqlar... İndi həyatımda olanları 5-10 il sonra görə bilmərəm və buna üzülürəm desəm yalan olar. Gedənləri saxlamaq kimi bir fikrim yoxdur, hətda çoxlarına özüm qapını açıram..."" 👤 Fyodor Dostoyevski
Reklam
Axşamınız xeyir 1K istifadəçiləri, necəsiz?🌼 Həmd olsun Allaha mən yaxşıyam😇 təkcə kitablardan uzun müddət uzaq qalmaq məyus edir insanı 😢 Bu müddətdə kitabların mənə nə qədər çox şey qatdığının daha çox fərqinə vardım✨Yenidən kitablı günlərin gəlməsini səbirsizliklə gözləyirəm. Hər birinizə xoş mütaliələr 🌼🤔✨
Bizə hərşeyi düşünməyimizə icazə vermədən əzbərlədiblər
Niyə kimsə "necəsən?" sualı verəndə heç fikirləşmədən, yaxşı hiss etməsək belə "yaxşıyam" deyirik? Bu həyatda hərşey uşaqlığımızdan başlıyır.Çünki bizə o vaxtdan necə olacağımızı qəlib formada şüuraltımıza yeridiblər.Ən adi bir misal, inglis dilini öyrənəndə belə "how are you?" sualına ilk cavabı "i am fine" ilə öyrənirik.Necə olduğumuzu düşünmədən... Və indi də ətraf saxta "i am fine"-lar ilə doludu.Nə isə, "fine" olun ya da olmayın,bu heç kimin vecinə deyil😇
Katibənin "Necəsiniz, doktor?" sualına heç bir tərəddüd etmədən "Yaxşıyam, sağ olun", cavabını verdi. Biz həmişə öz zəifliyimizi gizlətmək istəyəndə ölüm ayağında olsaq da, ürəyimizi yeganə özünəməxsus dəmirçi-kardioloq proseduru olan dəmir qurşaqla çəkib bağlasaq da, "yaxşıyam, sağ olun" deyirik.
120 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.