O günlərdə ermənilər silahlandırılırdı. Amma
bizdəki ov tüfəngləri də yığışdırılırdı. Mən hələ o vaxt- 90-cı il, yanvarın 10-15-i arası gördüklərimin təsiri altında yazdığım şeirin bir yerində deyirdim:
Mərkəz dəyişdirir gündə rəngini,
Mərkəz məni görür, heç onu görmür.
Bizdən yığışdırıb quş tüfəngini
Amma erməninin topunu görmür.