Atlaz

Atlaz
computer science
Asoiu
23 Nisan
43 okur puanı
Ekim 2021 tarihinde katıldı
Bir adam öz qərarını iki səbəblə izah edirsə, deməli, üçüncü, gerçək səbəbi var və onu demək istəmir.
Sayfa 34 - Yay nəşriyyat·Kitabı okudu
1000Kitap
Puan vermedi·216 syf.··
2022 5. kitabı
·
10 günde okudu
·
Okunma: 02 Şubat 2022 13:43
"Saf və bəsit bir kişi, yaxud qadın olmaq ölümcüldür, hər ikisini özündə ehtiva etməlisən." Uzun zaman oxuma listimdə idi və Virciniya Vulfdan oxuduğum ilk əsəri idi. Oxuyarkən bəzən yarım buraxmaq istədiyim də oldu, amma yaxşı ki, davam etmişəm. Əsərdə həyata yalnız qadınların gözündən baxılmır. Bütün olanlara görə nə kişilər, nə də qadınlar günahlandırılmır. "Qadınlara yazmaq üçün şəxsi bir otaq və pul lazımdır" fikrinə necə gəldiyini izah edir. Bəli, günümüzdə artıq qadınlar həyatları üçün çalışmaqda daha azaddır və adını tarixə yazdıran qadınlar da çoxdur. Amma... ("bu sözü işlətmək heç yaxşı əlamət deyil") hələ də cəmiyyətin qurbanı olan, yalnız ad olsun deyə bir yaşa qədər məktəbə göndərilənlər və s. heç də az deyil. İnsanlardan soruşsan, cəmiyyətdə qadının rolundan, onlara necə dəyər verildiyindən danışacaqlar, amma xəbərlərdə və ətrafımızda gördüklərimiz onu demir. Yazdığım ilk cümlə kitabdan aldığım ən böyük nəticəni ifadə edir. Yəni, məncə qadınlarla kişilər bir problemi həll etmək üçün birləşəndə uğur qazanılacaq.
Şəxsi Bir OtaqVirginia Woolf · Teas Press Nəşriyyatı · 048,3bin okunma

Atlaz

, bir kitap okudu
Puan vermedi·216 syf.··
10 günde okudu
·
Okunma: 02 Şubat 2022 13:43
·
2022 5. kitabı
Virginia Woolf
8/10 · 48,3bin okunma
Beləcə, çox qəribə və mürəkkəb varlıq çıxır qarşımıza. Qadın xəyali aləmdə olduqca böyük önəm daşıyır, gerçək həyatda isə olduqca lazımsızdır. Poeziyanı sətir-sətir işğal edib, lakin tarixdə adı yoxdur. Ədəbiyyatda krallara, fatehlərə hökm edir, lakin gerçək həyatda ailəsi barmağına zorla üzük taxır, hansısa cavan oğlanın köləsinə çevrilir.
Sayfa 82 - Bunları hələ də bir çox qadın yaşasa da, artıq belə olmayan qadınların çoxaldığını bilmək məni sevindirir.·Kitabı okudu
Kadınlar
Elmin əksinə ədəbiyyatda təxəyyül çınqıl daşı kimi yerə atılmır, ədəbiyyat hörümçək toru kimidir, yumşaq, zərif olsa da, həyatla bağlılığı güclüdür.
Sayfa 78 - Teas press·Kitabı okudu
Edebiyat