Dünyada hiçbir kavmin lisanı bizim dilimiz gibi sûnî müdahaleye mâruz kalmamıştır. Dil, yüzyıllar süren zaman zarfında ancak halk tarafından oluşturulur. Onu kanun ve kararlarla atıp, yerine uydurma kelime koymakla kısır hale getirenler en başta bu halka ihanet etmiş olurlar.
Sayfa 70 - Erkam Yayınları, İstanbul, 2006·Kitabı okudu
Dünyada 2 tip insan var: Tolstoy və Dostoyevskiçilər. Hansı tipdən olduğumu bəlli eləməsəm də (qəti) Tolstoy yaradıcıllığından oxuduğum ilk kitaba görə qat-qat yaxşı idi. Kitaba qarşı məni bağlayan nüanslardan ən önəmlisi o idi ki, kitaba adını verən Anna Karenina personajıyla yanaşı, yazıçı bizi digər personajların da daxili dünyasına səyahətə aparır. Və beləliklə oxucular demək olar ki, bütün xarakterlərlə empatiya qura bilir. Əsərdə tək sevmədiyim personajın Anna Karenina olduğunu deyə bilərəm. Mənə görə Konstantin Levin bütün romanı öz çiynində daşıdı. Anna personajı həyatda nə istədiyini bilməyən, mənəvi rifahı olmayan, ailə-dəyər bağından yoxsun 'köksüz nilufər'dir. O, yüksək vəzifə sahibi Aleksey Aleksandroviç ilə evlidir və Seryoja adında bir oğulları var. Bir gün qardaşının ailəsindəki problemi həlletmək üçün Moskvaya gəlir, burdaysa qraf Vronsky ilə tanış olur və ona aşiq olur. Bir müddət sonra onlar davamlı olaraq görüşməyə başlayırlar, Aleksey Aleksandroviç bu hadisədən xəbər tutsa da Annaya qarşı mərhəmətli davranaraq ona hərşeyi düzəltməsi üçün şans verir lakin heç nə gözlədiyi kimi olmur. Anna uşağını da ataraq Vronsky ilə Peterburqa qaçır. Zaman keçdikcə Vronskynin ona qarşı olan sevgisinin dəyişdiyini, dəyərdən düşdüyünü görən Anna bunu özünə yedirdə bilmir və bu zamandan sonra artıq onun daxili çatışmaları başlayır. Hamının heyran olduğu gözəlliyi ilə hamını əldə edə biləcəyini düşünən Annaya bu sevgisizlik və dəyərsizlik sillə kimi çırpılır. Annanın intiharı da mənim fikrimcə dəyərsizlik duyğusundan irəli gəlir. Heçnə ilə qane edə bilmir özünü, həmişə daha artığını istəyir. Onun ölümündən sonra Vronskidən olan balaca qızına da Aleksey Aleksandroviç baxır. Əslində Annanın intiharı həm də özünü cəzalandırmağı idi. Çünki onu bu həyatda qarşılıqsız
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 202555,7bin okunma