İnsan düşdüyü hər bir vəziyyətə uyğunlaşan bir varlıqdır. Eyni ilə buqələmun kimi....
Yazıçının kitaba buqələmun adı verməkdə məqsədi elə məhz mövzumuzun bu barədə ---uyğunlaşma,ayaqlaşma ilə bağlı olmasıdır.
Kitab, Ofelya adlı bir qadının başına gələnlərlə bağlıdır.
İslamı, Allahı, quranı tanımayan, inancı olmayan Ofelya, başına gələn hadisələrdən sonra qəlbində yaranan boşluğa çarəni Allahın hüzurunda tapır.
Və bir insanın ruhən necə dəyişildiyinin şahidi oluruq.
Sadə mövzusu var idi, kitabın.
Bir azərbaycanlı ailəsinə mənsub sadə hekayəsi....
Xəyanət edən yoldaş, boşanma, paralanma, dava-qırğın, uşaqlardan boşanma, şiddət ........
Ofelyanın sevdiyi adamı əlində saxlamaq üçün "dəridən-qabıqdan çıxması" hissəsini sevmədim. Səni itirməyi gözə almış, səni silmiş birinin getməsinə mane olmağa çalışmaqdansa, qapını açıb getməsinə kömək olsaydı ,daha yaxşı olardı.
Amma gün gəlib ,dövran dönmüşdü... Ofanın ahı yerdə qalmamışdı....
Çox açıqlama vermədən , üstüörtülü təhlil etməyə çalışdım. Oxuyanlara və oxuyacaq olanlara xoş mütaliələr.