- Bunu içən heç vaxt susuzluq hiss etməyəcək - xəyalət əlindəki qədəhi uzadaraq dedi.
Camaat diksindi, dəhşət içində donub qaldı.
Biri cəsarət etdi, addım atdı. O, qədəhi götürdü, son damlasına qədər içdi və boğazını tutaraq yıxıldı. O, bir az qıvrıldıqdan sonra sakitləşdi.
Birdən izdiham ah-vay etdi, kabus sönməyə başladı.
- Məgər mən yalan dedim?- tüstü duman içində yox olaraq qəhqəhə çəkdi.