Salam,əziz kitabsevərlər.Bu mənim ilk incələməm olacaq.Doğru və ya yanlış bu kitab haqqında öz şəxsi fikirlərimi bildirmək istəyirəm.
S.Zweig"Şahmat" kitabı ilə mənim qəlbimdə çox ayrı yerdədir.Yazıçının hələ ki 3 kitabını oxumağıma baxmayaraq psixologiyasını çox sevirəm."Bilinməyən bir qadının məktubu" kitabı məni çox düşünməyə və şəxsən sevgi haqqında düşündüyüm fikirlərimi təstiqləməmə səbəb oldu.
Əsər platonik eşq hekayəsidir.Yəni, bir qadın 13 yaşından son nəfəsini verənə qədər bir insanı,həm də onu heç vaxt tanımayan bir insanı sevir.Çox oxucu bu qadının eşqini takıntılı, psixoloji bir durum kimi qəbul edir.Amma mən belə düşünmürəm.Mən həmişə belə düşünmüşəm ki,bir insan bir insandan çox,o insan üçün böyütdüyü öz sevgisini sevir və böyütdüyü bu sevgi sayəsində dünyaya tutunur.Buna görə bir insan yanında olmadığı,onu sevməyən bir insanı sona qədər, böyük bir tutqu ilə sevə bilər.Yoxsa bir qadın onun üçün heç bir əhəmiyyət daşınılmadığı,vaxt keçirdiyi bir sürü qadınlardan biri kimi heç yad belə edilmədiyi,onu tanımayan, xatırlamayan bir insanı necə bu qədər sevgi ilə sevə bilər?
R.-nin bu sevgiyə layiq olub-olmadığına gəlsək layiq idi, çünki yenə eyni fikrimə gəlirəm ki,o sevgi ona yox,qadına məxsus idi.O sevgi kimə verilməsindən aslı olmayaraq layiqli sevgidir.
Belə.İlk incələmə olduğu üçün fikirlərim bir az uzun oldu.Fikirlərinizi bölüşmək istəsəz,buyura bilərsiniz.Məncə,hər bir insan bir neçə saatını ayırıb bu gözəl,dərin mənalı kitaba şans verməlidir.
Xoş mütaliələr