Çelkaş - Maksim Qorkidən qısa, amma dərin, təsirli bir hekayə.
Əsərin əsas qəhrəmanı mərd oğru Qrişa Çelkaşdır. Çelkaş ziddiyyətli təbiətə malik bir xarakterdir. Onun simasında xain, nankor, pis niyyətli, eyni zamanda yardımsevər, mərd bir insan görürük. Çelkaşın xarakterində alçaqlıq, nəciblik, mərhəmət və s. əks keyfiyyətlər bir arada mövcuddur.
Əsərin ikinci qəhrəmanı kəndli, yoxsul gənc Qavriladır. Bu iki qəhrəmanın yollarının kəsişməsi ilə hekayənin əsas hissəsi başlanır.
Əsərin ana xəttini pul ehtiyacı, səfalət təşkil edir. Gənc Qavrila hörmətin, əyləncənin, xoşbəxtliyin pulda olduğunu zənn edir və hekayənin sonuna doğru onun simasında bir insanın pula görə necə alçala bildiyini, sadə bir kəndlinin necə cinayətkara çevrildiyini müşahidə edirik.
Çelkaş isə nə qədər səfil, oğru, sərsəri olsa da, mərd idi. O, pul üçün özünü alçaltmayacağını düşünürdü. Xeyr, o heç vaxt belə bir vəziyyətə düşməyəcəkdi...