İlk öncə deyim ki, belə təsirli olacağını düşünmürdüm. Bu kitabı mən üç günə bitirə bilərdim, amma həqiqətən də balaca uşaq kimi sadəcə yavaş-yavaş, çeynəyərək həzz almaq istədim. Son 100 səhifəni bu gün saat 6-da kafeyə gəlib, qulaqcıqlarımı taxıb, bütün sətirlərə olan hörmətimlə oxuyub bitirdim. Bu kitabda hər şey var: siyasət, iqtisadiyyat, fəlsəfə, sevgi və bla bla bla.
Mütləq ki, nə zamansa ikinci, bəlkə də üçüncü dəfə oxuyacam. Əminəm ki, hər dəfə də eyni həzzi alacam. Bu kitab, vətən həsrəti çəkdikdə, başınızı başqa şeylərlə yormadan fikrinizi dağıtmaq üçün oxunacaq bir əsərdir.
Tək nüans: Cahandar yaxşıdır, yoxsa pisdir? Məncə, o dövr üçün yaxşı oğlan olub :D. Doğrudur, başqa qadın gətirməsinə razı deyiləm, amma açıq danışsaq, o dövr üçün pis də olsa, göz yumub yola verilən bir şeydir bu. Kişi sadəcə ağalığın verdiyi “hype” ilə bir az irəli getdi, amma bu, onun qadınını və ya ailəsini sevməsinə, onları qorumasına təsir etmədi (ki fikrimcədə o dövür üçün bu ən önəmli şeydir). Daim onları düşündü və iztirabında kiçildi. Mənim sevmədiyim tək cəhəti isə yargısız infaz etməsi idi. Atını və Şahnigarı öldürməsi bir az toxundu, amma bunu o zaman üçün və elə biri üçün başa düşmək olar.
Bu kitabı oxuyun, oxutdurun.