Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Dorian Qreyin Portreti

Oscar Wilde

Dorian Qreyin Portreti Gönderileri

Dorian Qreyin Portreti kitaplarını, Dorian Qreyin Portreti sözleri ve alıntılarını, Dorian Qreyin Portreti yazarlarını, Dorian Qreyin Portreti yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
·
Puan vermedi
İncəsənət və reallıq... Utopiyanın həzzverici möhtəşəmliyi və gerçəkliyin əzabverici eybəcərliyi... və əxlaq – heç şübhəsiz, bunlar həyat adlı böyük rəsm əsərinin elementləri, biz isə bu rəsm əsərində yer alan personajlarıq. Reallıqla yaşadığımızı söyləsək də, absurd yalanlara özümüzü inandırırıq. Məsələn, bizə elə gəlir ki, keçmiş arxada qalıb və
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Altun Kitab · 072,7bin okunma
128 syf.
10/10 puan verdi
·
Beğendi
Bu kitabın adını bəlkə siz də eşitmisiz. Son günlərdə o qədər məşhur olub ki, demək olar hər gün qabağıma çıxır. Mən bunu çox əvvəllər oxumuşdum. Və deyim ki, bu qədər tanınmağı həqiqətən haqq edir. Elə kitablar var, onları bitirdikdən sonra bir müddət oturub boş-boş divarı izləyirsən. Bax bu kitab onlardan biridir. Kitabda Dorian adlı çox yaraşıqlı bir gəncdən bəhs edilir. Bəli çox yaraşıqlı çünki elə bütün başına gələnlər də bu yaraşığa görə olur. Dorian günlərini kef məclislərində keçirir, pullarını əyləncələrə xərcləyir. Və özünü həddindən artıq bəyənir. Bir gün ona portreti hədiyə edilir. Kimin hədiyə etdiyi dəqiq yadıma gəlmir amma bir rəssam dostu idi səhv etmirəmsə. Dorian portretə baxır və ona heyran olur. Evinin ən gözəl guşəsində qoyub hər gün ona baxır. Bir müddət keçdikdən sonra bir şey fərq edir. Portretin üzündə kiçik qırışlar görür. Buna əvvəlcə əhəmiyyət vermir amma portret hər keçən gün qocalır. Dorian buna dözə bilməyib portreti malikanəsinin ən qaranlıq otağına aparıb gizlədir. Üzərini də örtür. Bir gün Dorian portretə baxmağa gedir və çox qəribə bir şey görür.... Əsərdən çox yaxşı nəticələr əldə etmək olar. Ínsanın içindəki eqoistlik, özündənrazılıq bundan daha gözəl təsvir edilə bilməzdi. Mən oxumağı hamıya tövsiyə edərdim. Xoş mütaliələr!
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Altun Kitab · 072,7bin okunma
Reklam
"Dünyanı qazanmağın nə xeyri var, əgər insan öz ruhunu itirsə?"
Sayfa 119Kitabı okudu
Əzizim, unutmayın ki, biz riyakarların arasında yaşayırıq.
Bir insanın necə həyat sürdüyünü üzündən görmək olar.
Reklam
Hər vicdanlı adam adının təmiz qalmasında maraqlı olmalıdır.
Qurdlar meyitin bədənini yeyən kimi, günahları Dorianın ruhunu gəmirəcək, murdarlayacaq, rüsvay edəcək. Buna baxmayaraq, portret əbədi yaşayacaq.
Saçları ağaracaq, sifəti solacaq, işlətdiyi hər günah gözəlliyini korlayacaq...
Reklam
Elə zəmanədə yaşayırıq ki, insanlar hər şeyin qiymətini bilirlər, əsl dəyərlər haqqında isə təsəvvürləri belə yoxdur.
– Vicdan və qorxu, mahiyyət etibarı ilə, eyni şeydir, Basil. Vicdan qorxunun rəsmi adıdır, vəssalam.
Tale insanla haqq-hesab apardıqda onun adını borc dəftərindən heç vaxt silmir.
Özünə əzab vermək, özünü alçaltmaq bəzən insana həzz verir. Özümüzü günahkar çıxaranda, başqa heç kəsin bizi günahlandırmağa haqqı olmadığını hiss edirik.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.