Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Əsir Düşərgəsi

Vüsalə Məmmədova
Bu, Lent.az-da yayımlanmış "Əsir düşərgəsi" layihəsi əsasında tərtib olunan ikinci kitabdır. Burada toplanan doqquz hekayət Qarabağ müharibəsində ermənilərin əsir və girov götürdüyü insanların üzləşdikləri işgəncə və zorakılıqdan, yaşadıqları dəhşətlərdən bəhs edir. "Cəhənnəmdə böyük çığırtı" adlı birinci kitabda olduğu kimi, burada da hekayətlər əsir və girovların öz dilindən qələmə alınıb. Kitabın məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə daha bir addım atmaqdır. Müharibənin günahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğaları yenidən cəmiyyətə göstərmək, erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir. Bir çox faktlar geniş ictimaiyyətə ilk dəfədir ki, çatdırılır. Kitabda 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından, eyni zamanda, 1995-ci ildə Şuşa həbsxanasında saxlanılan əsirlərin məruz qaldığı işgəncələrə etirazını bildirmiş Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi, əsirlərin öz aralarında "qoruyucu mələyimiz" adlandırdığı İsveçrə vətəndaşı Pyer Reyçelin göstərdiyi fədakarlıqdan da söhbət açılır.
Yazar:
Vüsalə Məmmədova
Vüsalə Məmmədova
Tahmini Okuma Süresi: 6 sa. 41 dk.Sayfa Sayısı: 236Basım Tarihi: 2020Yayınevi: Teaspress Nəşriyyatı
ISBN: 9789952513899Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
236 syf.
·
Puan vermedi
·
7 günde okudu
Xocalıya Ədalət! - 26.02.1992-26.02.2022
İnsan tarixini unudarmı? Unutmamalı, unutdurmamalı. Bu sadəcə kitab deyil, oxuduqca bizə dəhşətləri xatırladan, bəzən qanımızı donduran, gözümüzü yaşardan, ürək döyüntümüzü artıran acı dolu həyatları bizə xəbərləyir. Yaşı 18 və daha çox olanlara oxumağı tövsiyə edirəm. Kitabda yazılanlar Birinci Qarabağ müharibəsində əsir düşən insanların həyatlarını əks etdirir. Yazarın qeyd etdiyi kimi, müsahibə götürdüyü insanların danışdıqlarının hamısını yazmayıb, ancaq onların icazə verdiyi qədər əks etdirib. Oxuduqca, " Bu qədər əzab, işgəncə, zülmdən başqa daha nələr ola bilər ki?!" deyə düşünürdüm. Bugün 2022-ci il 26 Fevraldır. Tarixin qanlı, dəhşətli, amansız Xocalı Soyqrımından artıq 30 il keçir. İllər keçsə də, o yara xalqımızın ürəyindədir və heç sağalmadı. O torpaqda öz doğma xalqım yaşayana qədər, ədalət bərpa olmuş sayılmır, mənə görə. Qarabağ müharibəsində baş verənlərə qarşı "3 meymun" rolunu oynayanları şiddətlə qınayıram!
Əsir Düşərgəsi
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202030 okunma
Reklam
236 syf.
·
Puan vermedi
·
Beğendi
·
5 günde okudu
Bu il müharibə dəhşətlərinə aid oxuduğum artıq ikinci kitab oldu. Hər iki kitabın da müəllifləri qeyd etmişdi ki, danışılan hekayələrin sadəcə onların icazə verdiyi hissələri dərc olunacaq. Onlar yaddaşlarına ömürlük silinməz izlər buraxan acı xatirələrini danışarkən hələ də həmin günə, həmin bir dəqiqəsi bir ömrə bərabər olan anlara qayıdır, eyni
Əsir Düşərgəsi
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202030 okunma
236 syf.
8/10 puan verdi
·
33 saatte okudu
Fevralın iyirmi beşini iyirmi altısına bağlayan gecə özümü dərk etməyə başladığım gündən bu günə daim boğazımın düyünləndiyi, boğucu günlərdən biridir. Biz 29 ildir ki, Xocalıya ədalət axtarışındayıq. Vüsalə xanım, Əsir Düşərgəsi kitabında 1ci Qarabağ müharibəsi zamanı amansız düşmənin əlinə keçmiş ah-naləsi, ağrı-acısı Allahdan da o tərəfə qalxmış günahsız, əliyalın yurddaşlarımızın yaşadığının qələmə alınmış çox kiçik bir hissəsidir. Həyatımda oxuyarkən səsimin titrədiyi, dözməyib kitabı bağladığım, göz yaşlarımı saxlaya bilmədiyim, nəfəsimin ağırlaşdığı ikinci belə bir kitab olmayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsirlərə törədilən işgəncələrə, amansız rəftarlar göz yumması, hər şeyini itirmiş insanların hələ də ümidini itirməyərək çırpınışları, düşmən əlinə keçməkdənsə ölümü üstün tutan gəlin-qızlarımızın cəsarəti, gözü önündə işgəncələrlə öldürülən qocaların ah-naləsi, meyitlərin arasında ata-anasını axtarıb isti nəfəsə ehtiyac duyan körpələrin cavabını kim verəcək, necə verəcək? Kitabın ilk cümlələrindən biri mənim bu məsələdəki mövqeyimi çox gözəl izah edir: "müharibəni unutsan, mütləq geri qayıdacaq!" Xocalı, Qarabağ bizim qan yaddaşımızdır. Biz bunu unutmamalı, unutdurmamalı və heç yorulmadan ədalət axtarışında olmalıyıq.
Əsir Düşərgəsi
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202030 okunma
236 syf.
10/10 puan verdi
Bir kitabı da oxuyub bitirdim amma ürək ağrısı ilə.Vüsalə Məmmədovanın "Əsir düşərgəsi"kitabından çox çox təsirləndim, insanın damarında qanı donur, özümü onların yerinə qoymağa çalışıram,nece dözüblər olanlara? Onların yerinə mənim atam,anam,qardaşlarım, özüm olsaydı düşüncəsi belə adamı dəli edir.Başlarına gətirilən müsibətlər dözülməz
Əsir Düşərgəsi
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202030 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.