g

Gül Şiir

2 üye
Səbr elə
Eşitmişəm, gözün yolda qalıbdır, Ürəyini qüssə, kədər alıbdır. Atəşlərə səni, de, kim salıbdır?!. Xəyalını qurban vermə sən yelə, Narın-narın yanma oda, səbr elə. Ömür keçir, bir adətdir əzəldən, Çatdıq yaşa, gənclik gedir tez əldən... Yalvarıram hey ağlayan gözəldən, Göz yaşını, gəl döndərmə bir selə, Keçsin bulud, çıxsın Günəş, səbr
Sayfa 475Kitabı okudu
Küsəyən...
Eşqin özündədir Qəribə sirlər, Məgər şirin sözdən Küsərmi insan? Artar küsəyənin Payı, - deyirlər. Sənə sevgim artır Sən küsən zaman!
Sayfa 238 - LiderKitabı okudu
Reklam
Hardan bilərdim?
Mən hardan bilərdim sevərəm bir gün, Həsrətdən alışıb yana bilərəm?! İsti nəfəsindən külə çevrilib, Soyuq baxışından dona bilərəm?! Mən hardan bilərdim dəli olaram, Görərəm hər gecə yuxumda səni?! Özüm itirərəm həsrət yolunda, Sonra axtararam çoxunda səni?! Mən hardan bilərdim ürəyim səndə, Gözlərim ömürlük yolda qalacaq?! Bütün xəyallarım öndə gedəcək, Bütün arzularım dalda qalacaq?! Mən hardan bilərdim sənli günlərim, Sənsiz günlərimin xatirəsidir?! Dəli deməsinlər adıma mənim, Desinlər sadəcə eşq xəsdəsidi. Mən hardan bilərdim, hardan bilərdim, Sənin son gedişin əcəlim olar?! Yaşadım, xəbərin olmadı məndən Bir gün yaşamaram, xəbərin olar!
Sayfa 80 - Şəfaqət ƏləsgərovaKitabı okudu
Nəyi pisdi?
Sən hər gecə göylərdə gümüş ay kimi parla, Mən şöləsi titrək çıraq olsam, nəyi pisdi? Sən incə zərif duyğuların məskəni cənnət, Mən orda xəyalən qonaq olsam, nəyi pisdi? Sən bir kitab ol, zövqü olanlar oxusunlar, Mən rəngi saralmış varaq olsam, nəyi pisdi? Sən nur ələyən hər yana büllur saray ikən, Mən torpağa yatmış otaq olsam, nəyi pisdi? Sən çay kimi ax, bəndləri sındır yolun üstə, Mən sadə ve səssiz bulaq olsam, nəyi pisdi?. Sən ruhunu azad ele zülmət qaralıqdan, Mən yarı qara , yarı ağ olsam, nəyi pisdi? Sən zirvəyə yüksəl ki, əlin göylərə çatsın... Mən də sənə hərdən dayaq olsam, nəyi pisdi?
Parlaq imzalarKitabı okudu
Sən nə gözəl unudursan adamı...
Könlüm küsdü sevgilərin dadından, Çoxmu gördün sən mənə bir salamı? Elə gözəl çıxıram ki, yadından, Sən nə gözəl unudursan adamı... Necə sevdim, necə gəldin xoşuma, Ötən günlər xatirədir bir udum. Mən haranın külün töküm başıma, Heç bilmirəm səni necə unudum. Hələ ki, səbrimin daş tərəfisən, Hələ ki, yaramda duz saxlayıram. Sən mənim ömrümün qış tərəfisən, Səndən ürəyimi buz saxlayıram. Könlüm küsdü sevgilərin dadından, Çoxmu gördün sən mənə bir salamı? Elə gözəl çıxıram ki, yadından, Sən nə gözəl unudursan adamı...
Sayfa 110 - Vasif ZöhraboğluKitabı okudu
Külək
Yenə payız gəldi qonaqlar kimi, Soldu məhəbbətim yarpaqlar kimi, Ürək pıçıldayır dodaqlar kimi, Külək, niyə belə əsirsən, külək? Niyə ümidimi kəsirsən külək? Sevgilim görüşə çağırmış məni, Mən necə unudum olub-keçəni? O deyir astaca: "Sevmirəm səni..." Sən niyə sözünü kəsirsən, külək? Külək, niyə belə əsirsən, külək? O ürək ağrıtdı, ürək incitdi, Bir eşqin sevimli nəğməsi bitdi. Sanki məhəbbətim xəyaldı, getdi... Külək, niyə belə əsirsən, külək? Səndəmi sevgimi gəzirsən, külək?
Sayfa 155 - LiderKitabı okudu
Reklam
152 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.