"Bütün heyvanlar bərabərdirlər, lakin bəzi heyvanlar
basqalarindan daha çox bərabərdirlər'"
Həqiqətən çox əla əsərdir, hamının oxumalı vacib olduğu bir əsərdir.
Kitabın adından sonunun xoşbəxt bitməyəcəyi məlum idi ama bu cür sonluqda heç gözləmirdim... Hər şeyin o məzarlıqda başlaması və orada bitməsi, Orxanın anasına hər gün yazdığı məktublar, bu sayədə tanış olmaları...
İndi Orxanın orada, o soyuq məzarda yatması və Fərəhin hər gün ona məktublar yazıb aparması...
"Mən hələ sənə səni sevdiyimi belə deməmişdim axı."
Deyəsən bu vaxta kimi E.Elatlının bəyənmədiyim kitabı bu oldu, çox həvəslə başlamışdım ama sonlara doğru sırf qurtarmaq xətrinə oxudum. O qədər artıq yerlər, artıq mövzular vardı ki kitabda mənə görə, dedektiv janr olmaqdan çıxmışdı kitab. Təkcə o iki uşağa (Elmir və İnci) yazığım gəldi...
"Söyüdlü arx"
Bu artıq romanı 3-cü oxuyuşum idi. Bilirəm ki, romanı yenə oxuyacam və hər dəfəsində sanki ilk dəfə oxuyurmuş kimi həyacanlı olacam...
Əsər o qədər gözəl və maraqlı bir süjet xətti üzərində qurulub ki, buradakı hadisələr sizə heç də uzaq deyil. Obrazlar, onların yaşadığı duyğular bizdəndi. Romandakı hər bir obrazın, ama daha çox Nuriyyə obrazının mənim üçün çox xüsusi və özünəməxsus yeri var. Bu gənc qızın Murada, onun "Gənc Leytenantı"na qarşı hissləri o qədər təmizdir ki, ona heyran olmamaq əldə deyil. Əsərin məndə xüsusi bir yeri olduğu üçün haqqında bəlkə saatlarla danışar və yaza bilərəm... Məncə hər kitab sevərin ən azı bir dəfə oxuması gərəkli olan bir kitabdır "Söyüdlü arx"
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,303 okunma