Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
© Nüsrət Kəsəmənli.
Sənin xəyalındır həsrətlə baxan, Adındır hər saat qarşıma çıxan. Qarışıb şəklinə gözümdən axan, Yağışı, selləri unudam gərək. Sinəmdə peşiman ürəyim qaldı, Uçdun əllərimdə lələyin qaldı. Nələri itirib, bax nəyim qaldı, Nələri, nələri unudam gərək.🌾
Nüsrət Kəsəmənli " Dəli bir ağlamaq keçir könlümdən".
Yüyürüb, yüyürüb dərə boyunca Düşüm çəmən üstə qoy üzüqoylu Öpüm bu torpağı, öpüm doyunca; Üzümə üz qoysun bu soyuq daşı, Qoy şehə qarışsın gözümün yaşı... Qurumuş bulaqlar içir könlümdən, Dəli bir ağlamaq keçir könlümdən.
Reklam
Bəlkə də dünyaya bir anlıq baxmağa gəlmişdim, Kiminisə tələsinə ilişdim. Allahım, axı, mən Belə bir həyatı İstəməmişdim. Nüsrət Kəsəmənli
Hansı məhəbbətdən danışırıq biz?!
Təbəssümlər saxta, söz qiymətlidir, Yalanı yalanla alqışlayırlar. Çoxları könüldən səxavətlidir, Hər qıza bir könül bağışlayırlar... Elə məhəbbətdən yazırıq, ancaq Elə sətirlərdə alışırıq biz. Məhəbbət olubdur oyun-oyuncaq; Hansı məhəbbətdən danışırıq biz! Hamısı Sevgidəndir, Nüsrət Kəsəmənli
Nüsrət Kəsəmənli - DÜNYA KÖHNƏ DÜNYADI
youtu.be/3YtuwkDKSFM Dünya köhnə dünyadı, Sevgiləri təzədi. Görüşə gedəni var, Görüşdən gələni var. Kövrəlib ağlayanı,
Mən səni unuda bilmirəm axı
Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam, göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək! De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə Yuxuma gəlirsən mənim hər gecə... Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan Adındır hər saat qarşıma çıxan Qarışıb şəklinə gözümdən axan Yağışı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı, Uçdun əllərimdə lələyin qaldı... Nələri itirib, bax nəyim qaldı Nələri, nələri unudam gərək! Nüsrət Kəsəmənli.
Reklam
Nə səndə məhəbbət qara pul deyil.. Nə mən dilənçiyəm,əl açım sənə.. Getmək istəyirsən... O yol, o da sən... Bir cüt göz baxacaq arxanca sənin. Getdinmi... Nə vaxtsa dönmək istəsən Tikanlı yastığa dönəcək yerin. #Nüsrət Kəsəmənli
Nüsrət Kəsəmənli
Bu sevgidən sən qorxursan, eybi yox Mən sevǝrǝm ikimizin yerinə. Bu eşq üçün bir gün dara çəksələr, Mən gedərəm ikimizin yerinə. Min əzabdır sənsiz keçən hər günüm, Unutmuşam yaxşı-yaman fərqini Bu sevginin dağ əridən dərdini, Mən çəkərəm ikimizin yerinə.
Sayfa 127Kitabı okudu
Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli:
Sevda şairin həyatında onun məhǝbbətini qazanmış bir insan olub, əgər sevgiləri baş tutmayıbsa, buna görə onları qınamaq düzgün deyil. Bir-birlərini hədsiz çox istəyiblər. Qızın da hisslərinin sonradan şahidi oldum. Sevdanı görmüşdüm. Şəkil məsələsinə gəldikdə isə, tutaq ki, o şəklin evə gəlməsinə narazılıq elədim, cırıb atdım, Nüsrətin ürəyindəki hissləri necə qoparacaqdım?
Nüsrət Kəsəmənli.
Təsadüf qəribə işlər görürmüş, Bir səhər bir eşqin əvvəli imiş. Ürək sevməz dedim, demə, sevirmiş, Məhəbbət ağıldan qüvvəli imiş.
Reklam
Özünlə aparmısan, Günlərimin rəngini. Kədər mənə bənzəyir, Qəm kövrəlir sən kimi. İndi başa düşmüşəm, Sənsiz hər şeyim hədər; Səndən sonra heç kəsi, Sevmədim sənin qədər.
Necə deyib "Nüsrət Kəsəmənli" : _ Qiblə olsan , sən tərəfə boylanmaram bu gündən...
Oxunub qurtarmış kitab deyiləm, Götürüb qoyasan kitab rəfinə. Arabir təkrarçın karına gələm, Açıb oxuyasan başqa birinə. Nə də simi qırıq köhnə bir taram, Evin bir küncünə asasan məni. Bir gün tənha qalıb darıxan zaman Sim salıb köksünə basasan məni. Səninçin deyiləm bayram paltarı, Şənlikdən - şənliyə yadına düşəm Gözləyə bilmərəm bi bayramları, Durub gözləməyi öyrənməmişəm. Saxlaya bilməzsən ehtiyyat kimi Məni həmişəlik ehtiyyatda sən. Heç kim verə bilməz mənim yerimi, Çətin başqasını əvəz edəm mən. Nüsrət Kəsəmənli
"Atalıydı, analıydı uşaqlar, Bizim evdə biri vardı, biri yox." Nüsrət Kəsəmənli
Bəlkə də dünyaya bir anlıq baxmağa gəlmişdim, Kiminisə tələsinə ilişdim. Allahım, axı, mən Belə bir həyatı İstəməmişdim. Nüsrət Kəsəmənli
121 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.