George Orwell-“1984” haqqında düşüncələrim
9/10
·384 syf.··
Beğendi
·
2025 30. kitabı
·
7 günde okudu
·
Okunma: 29 Ekim 2025 20:57
Okeaniya adlı bir ölkədə hər şey qaydasında görünür amma bu qayda elə qurulub ki insanın nə düşünməsi nə hiss etməsi belə idarə olunur. “Böyük Qardaş səni izləyir” cümləsi kitab boyu elə bir atmosfer yaradır ki,oxuduqca insanın özü də izlənildiyini hiss edir.Əsərin əsas qəhrəmanı Smit mənə çox tanış gəldi. Hər şeyin səhv olduğunu bilib susan,amma,içində üsyan edən bir insandı. O,sistemə qarşı çıxmağa cəhd edir amma bunu gizlində,beynində,düşüncələrində edir.Onun bu daxili çəkişmələri,qorxusu bəzən ümidi,hamısı çox insani idi.Proletarların həyatına gəlincə onlar bəlkə də bu dünyanın ən azad insanları idi. Çünki heç kim onlara fikir vermirdi. Onlar sadəcə yaşayırdılar sistem üçün vacib sayılmırdılar,amma,elə bu səbəbdən də bir növ azad idilər.Smitin Culiyayla münasibətinə gələndə isə,onların sevgisi bir az da gizli üsyan kimiydi. Sadəcə iki insanın bir-birinə olan hissi yox həm də bizi insan edən şey hələ qalıb mesajı idi.Amma,bu sevgi də onların yaşadığı dünyada çox davam edə bilmədi.Sevgi Nazirliyində baş verənlər isə kitabın ən ağır hissəsi idi. Orada təkcə insanı cəzalandırmırlar onu sındırırlar,içindəki bütün müqaviməti silirlər. Və sonda Smit artıq öz istədiyi kimi düşünən biri olmur. Onu "düzəltdilər".O,son ümidini də itirəndən sonra sistemin istədiyi insana çevrildi. 1984 mənə bir şeyi çox açıq göstərdi,insanı məhv eləmək üçün onu öldürmək lazım deyil,sadəcə düşüncələrini əlindən almaq kifayətdir.Sənə öz dünyanı, düşüncələrini və azadlığını bir daha dəyərləndirməyi öyrədir.Fikrimcə,kitabı oxumağa dəyər. 1984 George Orwell
1000Kitap
1984George Orwell · Qanun Nəşriyyatı · 2019200,4bin okunma
Manipulyasiya Kölgəsində Üsyan
8/10
·383 syf.··
2024 4. kitabı
·
15 günde okudu
·
Okunma: 22 Mart 2024 00:00
1984 kitabı George Orwell tərəfindən 1949-cu ildə yazılmış distopiya və ya antiutopiya əsəridir. Kitab "Qara Dördlük"dən oxuduğum 3-cü əsər oldu. Əslində bu anlayış haqqında əvvəllər heç eşitməmişdim, sonra isə təsadüfən tanış oldum. "Qara Dördlük" müəyyən ədəbi çevrələrdə distopiya janrında olan 4 əsas klassika kitabına verilmiş addır. Bura, Biz , Cesur Yeni Dünya , Fahrenheit 4511984 əsərləri daxildir. 1984 kitabı da bu dördlüyə daxil olan digər kitablar kimi qadağan olunur, hətta məhkəməyə verilirdi. 1949-cu ildə Amerika və İngiltərədə, 1950-ci ildə isə Sovet İttifaqında qadağan edilmişdi. Stalinin kitabı qadağan etmə səbəbi isə tragikomik, eyni zamanda isə ironikdir. Stalin romanda satirikləşdirilən mövzunun öz idarəetmə sistemi olduğu səbəbi ilə kitabı qadağan etmişdir. "Totalitar rejimlərin özlərinə qarşı edilən tənqidə cavabları da bundan artıq ola bilməzdi", deyib keçirəm kitabın məzmununa: Əsərin baş verdiyi gerçəklikdə dünya 3 hissəyə bölünmüş vəziyyətdə idi: Avrasiya, Okeaniya və İstasiya. Baş qəhrəmanımız Winston Smith, Böyük Qardaş tərəfindən despotik rejim ilə idarə edilən Okeaniya bölgəsində yaşayırdı. Dövlət hərtərəfli şəkildə nəzarət altında saxlanılır və demək olar ki, hər künc-bucağa yerləşdirilən teleekranlar vasitəsilə vətəndaşların hər biri izlənilir. Təbii ki, prolları çıxmaq şərtilə. Prol sözs proletariat sinfini ifadə edir və onlar cəmiyyətin ən aşağı təbəqəsini təşkil edən işçi qüvvələr, bir növ kölələrdir. Amma bu təbəqədən olanlar partiyanın manipulyasiyasına daha az məruz qalırlar, buna görə də daha az şüurlu olurlar, öz hallarında yaşayırlar. Bundan başqa, nəzarətdə saxlanılan sadəcə xalqın özü deyil, həm də onların fikirləridir. Bunun üçün totalitar rejimin nəzarət və təbliğat mexanizmlərindən biri olan ikifikirlilik'dən istifadə olunur.
2024 Okuma Raporları
1984George Orwell · Qanun Nəşriyyatı · 2024200,4bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
İllüziyalı Reallıq
10/10
·372 syf.··
Beğendi
·
2022 1. kitabı
·
32 günde okudu
·
Okunma: 02 Eylül 2022 00:00
(Qeyd: Spoyler!) “Kitab yazmaq ikinci dərəcəli işdir. Mən faşizmə qarşı vuruşmağa gəlmişəm!” deyən yazıçının “1984” romanı (370 səhifə) amerikan dərgisi olan “Newsweek”in 2010-cı ildəki “Dünyanın on ən mühüm kitabı” siyahısında “Hərb və sülh” epopeyasından sonra ikinci yeri tutmuşdur. Totalitarizmə hüdudsuz nifrətdən yoğrulmuş bu əsər əsl qiyam şərqisidir. Üç hissədən ibarət olan romanın birinci hissəsində yeni dünya nizamı, o nizama şüurlu bir şüursuzluqla boyun əymiş Uinston Smit və onun çirkab dolu həyatıyla rastlaşırıq. Yeni dünya nizamı belə qurulmuşdur: tək planet, tək planetin üç hakim dövləti olan Okeaniya, Avrasiya və İstasiya (Şərqi Asiya). Kitabda Avrasiya və İstasiyaya haqlı səbəbdən ötrü geniş yer verilməyib. Hadisələr büsbütün Okeaniyada, İngiltərə - Londonda cərəyan edir. Burada sistem necədirsə, digər iki imperialist ölkədəki “vəziyyət də buna bənzəyir” yox, birbaşa bununla ekvivalentlik təşkil edir. Amerika və İngiltərəni özündə birləşdirən Okeaniya istibdad ölkəsinin sistemində üç təbəqə mövcuddur: Xarici Partiya, Daxili Partiya və Partiya üçün “fəqir həqirlər” sayılan proletariat. Piramidal strukturun başında virtual lider “Böyük Qardaş” dayanır, hansı ki, o, iqtidar partiya “İngsos”un yaradıcısıdır (düzdü, Böyük Qardaşın təbiricə desək, İngsos yaradılmayıb, o həmişə var olub). Sonra əhalinin iki faizini təşkil edən ali təbəqə gəlir: Xarici Partiyanın üzvləri - dövlətin varlı və inzibatçı nümayəndələri. Onlarda həmişə ən yaxşı məişət, ən yaxşı geyim, yemək, xırdavat olur. Lakin buna baxmayaraq, onlar da daim nəzarət altında saxlanılır. Ümumiyyətlə, partiya üzvləri hər zaman (24 saat), hər yerdə teleekranlar tərəfindən izlənilir. Günümüzün kameralarının sənə, mənə göz qoyduğu kimi. Sadəcə kameralardan fərqli olaraq, teleekranlar səni izləməklə
Edebiyat
1984George Orwell · Teas Press Nəşriyyatı · 2023200,4bin okunma
1984
10/10
·436 syf.··
Beğendi
·
2023 1. kitabı
1984 totalitar bir cəmiyyətin və onun hökmumətinin təsvir edildiyi distopik janırda yazılmış bir əsərdir. Kitabda 3 fövqəldövlət, 3 fərqli totalitar rejmin hakim olduğu yer mövcuddur: Okeaniya, Avrasiya, istasiya. Romanda hadisələr Okeaniyada cərəyan edir. Bu fövqəldövlətlər də hər birinin öz prinsipləri vardı, hansı ki mövcud prinsiplərin təhrif edilmiş halları idi. Məsələn Okeaniyanın əsas prinsipi ingsos - ingilis sosializiminin qısaltması idi. sosializmin təhrifə uğramış bu formasına görə dövlət insanların həyatının hər aspektinə söz sahibi idi və idarə edə bilərdi. Teleekranlar bunun üçün əsas vasitə idi. Əsər totalitarizm əleyhinə yazılmış bir kitab olduğundan uzun bir vaxt SSR-də qadağan edilmişdi. Kitabı müəyyən bir dövr sadəcə "ali" təbəqə, kitabda qeyd olunan şəkildə desək, "Daxili Partiya" üzrvləri oxuya bilirdi sadəcə. Bunun da məqsədi onların bu haqda məlumatlı olmaqlarını tənzimləmək idi. Kitab heç sıxılmadan oxunulacaq tərzdə bir kitabdır. Kitabda, diqqətimi çəkən bir neçə maraqlı məqam var idi. Yenidil və fikir cinayəti: Winstonun Saym adlı iş yoldaşlarından biri yenidil lüğəti üzərində işləyən şəxslərdən idi. Saym Yenidil haqqında danışarkən qeyd edirdi ki, sözlərin belə təcrid edilməsinin səbəbi insanların fikirlərini ifadə edəcək söz tapa bilməməkləridir, beləliklə, fikir cinayəti də törədə bilməyəcəklər. Əgər bir insan totalitar sözünü bilməsə, onda içində olduğu vəziyyəti ifadə edəcək söz tapmayacaq, və beləliklə, sistemə tabe olub gedəcəklər. peşmanlıq və əzab, ölüm yox tərbiyə : Winston ona niyə əzab verildiyini, Partiyanın niyə gücünü boşa xərclədiyini anlamırdı, çünki onun əsl fikirlərini dəyişə bilməyəcəkdilər. O əslində hər zaman beyninin bir küncündə o nifrəti, unutmalı olduğu xatirələri saxlayırdı. Partiya niyə onu öldürmürdü də
2023 Okuma Raporları
1984George Orwell · Qanun Nəşriyyatı · 2019200,4bin okunma
10/10
·383 syf.··
Beğendi
·
2021 41. kitabı
·
17 günde okudu
·
Okunma: 24 Aralık 2021 23:16
Kitab antiutopiya şəklində yazılmış əsərdir. Antiutopiya, həmçinin distopiya və ya kakotopiya - müəllif tərəfindən xoşagəlməz və ya qorxulu sayılan bir icmanın və ya cəmiyyətin təsviri. Dünya üçə bölünür: Okeaniya, Avrasiya və İstasiya. Hadislər Okeaniyada nəql olunur. Qorxunc olsa da o zamanda yaşadığımızı düşünək. Böyük Qardaş, teleekranlar, səsyazan mikrofonlar, ikifikirlilik, fikir cinayəti və.s. Əhali Partiya tərəfindən nəzarətdədir. Nəzarət teleekran vasitəsi ilə həyata keçirilir. O hər yerdədir. Mənzillərdə, idarələrdə, meydanlarda və.s. mövcuddur. Okeaniya amansız qanunlarla idarə olunur. Bir sözlə, insan hüquqları, şəxsi həyat anlayışı yoxdur. Əsərin baş qəhrəmanları Uinston və Culiya Partiyayanın əleyhinə çıxan, Böyük Qardaşa nifrət edən, Partiyaya sui-qəsd düşünən, təbliğat yaymaq istəyən şəxslərdir. Bütün həyəcan da məhz elə bundan sonra başlayır. Kitabı oxuyarkən orada yaşayırmış kimi hiss edirdim. Bu qədər təsirlənəcəyimi düşünməzdim. Oxumağa dəyər. Hər kəsə xoş mütailələr.
1984George Orwell · Qanun Nəşriyyatı · 2024200,4bin okunma
1984
10/10
·352 syf.··
2021 22. kitabı
·
15 günde okudu
·
Okunma: 26 Kasım 2021 11:51
İncələməyə başlamadan öncə kitabın "Portal" kanalındaki analizinin linkini qoymaq istəyirəm. Fikirlərimi sistemləşdirməkdə mənə çox köməyi oldu. youtu.be/vfVmgX1Jf1I Bu əsərdə totalitarizm, diktatura rejimi tənqid olunur. Okeaniya adlanan ölkədə elə bir rejim hökm sürür ki, insanlar hər an gözaltındadırlar- teleekran tərəfindən izlənilir və hər dedikləri yazılır. İnsanlar özləri də teleekran işi görürlər, bir-birlərini nəzarətdə saxlayırlar. Burada ən böyük günah fikir cinayətidir. Bu cinayəti işləyənlər nəinki öldürülür, hətta "ləğv edilirlər". Oxuyarkən tez-tez bu insanların niyə bu rejimə baş qaldırmadığını, hətta, əksinə, sevgi bəslədiklərini soruşurdum. Partiyanın bu barədə yenidil adlanan siyasəti var idi ki, lüğət tərkibini daraltmaqla yaxşı ilə pis arasındakı fərqi yox edirdi. Beləliklə, insanlar danışarkən bir-birlərinə fikirlərini ifadə edə bilməyəcəkdilər. Belə çətin şəraitə dözməyən Uinston təbii olaraq, yaşadığı həyatı sorğulayır və çıxış yolu olduğuna ümid edir. Oxuyarkən başım çox qarışdı.Sona yaxın gerçəklik hissini itirirdim. *Qeyd: Hələ kitab oxumaqda yeni olduğum və bu kitabın da başlanğıc üçün biraz ağır olduğunu bilərək demək istəyirəm ki, yazılarım şəffaf olmaya bilər. Yazıb-oxuduqca düzələcəyinə ümid edirəm :)
1000Kitap
1984George Orwell · Qanun Nəşriyyatı · 2019200,4bin okunma