- Ürəyin sıxıldısa, dəyişdirim.
- Sıxıldı,- dedim,- Sıxıldı, amma mahnıya görə yox. Çıxıb bir az gəzəcəyəm. (Kitabları işarə edərək) Bunları bir yerə qoy.
- Pencəklə çıxma, donarsan. Arxaya keç, həm kitabları qoy, həm də mənim paltolarımdan birini götür.
....
"Çingizin paltolarından birini götürmədiyimə görə peşman oldum, amma geri dönmək də istəmədim".