Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
223 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
"Söyüdlü arx" İlyas Əfəndiyevdən oxuduğum ilk əsərdi amma son olmayacağına əminəm. Nə qədər də xarici ədəbiyyata üstünlük versəm, hərdən dönüb öz ədəbiyyatımızdan hər hansı bir əsər oxuyanda, digərlərində hiss etmədiyim doğmalığı iliklərimə qədər hiss edirəm. Hadisələr Güney qışlaqla Quzey qışlaq arasında cərəyan edir. Kitabın adı isə
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020767 okunma
312 syf.
·
Puan vermedi
·
5 günde okudu
Əvvəlcə onu qeyd edim ki, İlyas Əfəndiyevin bu romanı da "Söyüdlü arx" kimi sadə dildə yazılmış axıcı əsərdir (ilk dəfə incələmə yazmaq cəsarəti də bu sadəlikdən gəlir:)) Kitabın adı "Dağlar arxasında üç dost" olsa da əsərdə Səlimə və Şahların məhəbbəti ön plandadır. Digər iki dost Mikola və Qrişanı isə əsərdə çox az görürük.
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
Reklam
224 syf.
10/10 puan verdi
·
Beğendi
·
33 saatte okudu
"Üzü bəri baxan dağlar, Mənim sizdə nəyim qaldı?"
Bəzi kitablar vardır oxumaq istəyib də hər dəfə bir səbəblə oxumağı ertələyərsiniz və bir gün tam da onu oxumaq zamanının gəldiyini düşünüb başlayarsınız oxumağa. "Söyüdlü arx" da mənim üçün o kitablardan idi... Nə yaxşı ki, indi oxudum... Elə gözəl idi ki. Bitməsini istəməyəcək qədər gözəl... Və əminəm ki, daha əvvəl oxumuş olsaydım, bu qədər dərin təsir etməyəcəkdi. Məzmun? Təsirli bir eşq hekayəsi deyib susum... Əsər o qədər gözəl yazılıb, təbiət təsvirləri, kənd həyatı möhtəşəm şəkildə təsvir olunub və elə rəngarəng obrazlar yaradıb ki yazıçı; İmi, Cimi, Nəriman əmi, Murad, Qulu, Qərənfil bacı və s. Bu obrazlar oxuduqca oxucunu gah güldürür, gah da içini sızıldadır. Bir də Nuriyyə var, təbii... Əsas qəhrəmanımız... (Ah Nuriyyə, sən necə güclü, necə dözümlü idin...) Çox sevərək oxuduğum kitab oldu "Söyüdlü arx". Bəzi hissələri gülümsəyərək, bəzi hissələri qəlbimdə bir sızıltı və göz yaşlarımla oxudum... Nuriyyənin həyatından bəzi hissələr vardı, elə qəlbimə toxunurdu ki... Kitabı mənimlə birlikdə oxuyub, oxuduqca da qarşılıqlı şəkildə fikirlərini mənimlə bölüşdüyü üçün
Möcüzə
Möcüzə
yə təşəkkür edirəm. Bu kitabın mənim üçün yeri həmişə xüsusi olacaq... Hələ də oxumamısınızsa, tövsiyə edirəm. Kitabla qalın...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020767 okunma
224 syf.
10/10 puan verdi
Spoilər ola bilər, cavabdeh deyiləm:D
24 sərbəst iş yazmalı olduğum halda kitabı bitirəcəm deyə sərbəst işlərim qaldı:D Amma kitabın hər səhifəsinə dəyər deyə düşünürəm:) İlyas Əfəndiyevdən oxuduğum ilk kitab oldu. "Söyüdlü arx" 1958ci ildə yazdığı ilk roman olub. Kitabın mövzusu: Nuriyyə adlı yetim bir qızın həyatından və onun uzaq bir kənddə başına gələnlərdən bəhs olunur. Tələbəlik illərində gənc bir leytnantla tanış olur və onlar arasında ilk görüşdən böyük bir sevginin təməli qoyulur. Lakin tale onları ayırır. İllər sonra sevdiyi insanla qarşılaşır, amma onun evli olmasını öyrənən zaman Nuriyyənin bütün ümidləri qırılır... Kitabın mövzusu sıradan gələ bilər, lakin kitabın içərisində nakam sevgi ilə yanaşı, zəhmətkeşlik, əzmkarlıq, dostluq da aşılanır. Kitabın əsl məğzi, bir qadının öz sevgisi uğrunda nələrə tab gətirə biləcəyini, qadın sevgisini, eşq acısı və qısqanclığı zərif və gözəl formada oxucuya çatdırılır. Kitab da mənə ən çox təsir edən Nuriyyənin yaşadıqları oldu. Ömrü boyu əziyyət çəkmiş bu qız aktrisalıq edərək qəlbi ağlasa da ətrafındakılara gülüş bəxş edə, onlara nələrsə öyrədə bilirdi. Kaş ki, hər kəs bu qız kimi güclü, mərd, işinə can yandıran, tək öz mənafeyini düşünməyən insanlar olsa... "Mən özümü öz böyük eşqimə qurban verirdim. Mən cəfakeş bir eşqin ali səadəti ilə sevərək, gülümsəyərək ölürdüm. Mən, uğrunda həlak olduğum oğlanın xəyalını özümlə birlikdə əbədiyyətə aparırdım..." - Bu sətirlərə ürəyimi qoydum...♡ Bu alıntıdan sonra, artıq sözə ehtiyac yox deyə düşünürəm...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020767 okunma
185 syf.
10/10 puan verdi
·
4 saatte okudu
Salam. Söyüdlü axr kitabını iki gündür ki oxumuşam. Əsərlə bağlı fikirlərimi yazmadan əvvəl iki gün həzm etməyim üçün özümə möhlət verdim. İki gün sonra belə Nuriyyə mənə doğma gəlir. Çox canayaxın personaj idi. İndiyə qədər oxuduğum kitablar arasındakı ən yaxşı qadın obrazı məzh özüdür. Ümumən kitab çox ləzzət verdi. Bəzən ədəbiyyat oxumalarını
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959767 okunma
224 syf.
·
Puan vermedi
·
4 günde okudu
İlyas Əfəndiyev “Söyüdlü Arx”
İlk dəfədir ki, hansısa əsər haqqında uzun-uzun fikirlərimi paylaşacağam, ona görə də oxuyacaq olan insanlara öncədən təşəkkürümü bildirir, hansısa səhvə yol verərəmsə bunu mənə bağışlamağınızı rica edirəm. Ən çox əsərdəki obrazların mənə olan qatqıları, məndə oyatdığı hislər barəsində yazmaq istəyirəm. Çünki bu əsərdəki obrazlar oxuduğum əsərlər
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020767 okunma
Reklam
112 syf.
10/10 puan verdi
💔Kalbime bir hançer saplanmış gibi hissettim. Onu görebilecek olup görmediğim ve bir daha da asla göremeyeceğim düşüncesi, o acı düşünce karşı konulmaz bir ayıbın tüm gücüyle içimi yakıyordu. "O öldü!" diye tekrar ettim, otelin kapı görevlisine aptal gibi bakarak. Yavaşça caddeye çıktım ve nereye gittiğimi bilmeden yürümeye başladım. Tüm geçmiş günler birden zihnime süzülüp karşımda beliriverdi.💔 Salam dostlar..Tam da bugünün havasına uyğun kitabla geldim. Heyatda ilk mehebbetinin denizinde boğulan insan olaraq kitabı başqa gözle oxudum.. Vaxtile "Bilinmeyen Kadının Mektubu" ve yaxın günlerde de "Söyüdlü Arx" kitabını oxuyub bitirende ağlamışdım. Çünki men bu cür kitabları oxumuram, yaşayıram.İçimde uşaqlığımın mene miras qoyduğu bir yara var ve her bu mövzuda kitab oxuyanda o yara yeniden özünü "xatırladır". Bu seferki qehremanımız Vladimir 16 yaşlı bir yeniyetme oğlandır. O özünden böyük "Zinaida"ya vurulur ve onun sevgisini qazanmaq üçün mübarize aparır. Lakin Zinadia başqasına vurulur. Bu sevgi yolunda Vladimir ailesiyle qarşı-qarşıya gelse de yolundan dönmür. Heyat ona öz sert üzünü gösterir ve o bir gün sevdiyi qadını atasıyla görür.. İlk mehebbetin ağrısını içimizde hiss edeceyimiz daha bir romanı sizlere tövsiyye edirem..
İlk Aşk
İlk AşkIvan Turgenyev · Tutku Yayınevi · 20147,3bin okunma
224 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Çoox Fədakar olmaqda bədbəxtlikdir!!!
DİQQƏT spoyler var! Roman sevən biri deyiləm, amma bu kitab...
Vəfa Hafiz
Vəfa Hafiz
ilə birlikdə oxuduğum kitab. Bu haqda söhbət edərkən, kitab seçimin Vəfanın seçiminə buraxdım, güvənirdim Vəfaya. Və elədə oldu, Vəfanın seçiminə əmin idim, çox möhtəşəm olan bu kitabı tövsiyyə etdi və birlikdə oxuduq. Vəfayla birlikdə oxuyurdum deyə bir başqa zövq verirdi kitab, məhz elə Vəfa ilə oxuduğuma görə bu kitabdan alıntı paylaşmadım, qısqandım çünki. Mənə elə gəlirdi ki, bu kitab ikimizə aiddir, buna görə paylaşım etməyə qısqanırdım:). Obraz olaraq Qulunu çox sevdim, aşiq oldum ona. Muradla Nuriyyəyə qaldıqda isə, məncə Nuriyyə çox fədakarlıq edirdi, Murad Səadətdən boşanıb Nuriyyə ilə evlənsəydilər daha xoşbəxt olacaqdılar, zatən indi fərqli insanlarla evli olub da, amma qəlbləri yenə bir birindədir. Nuriyyə Muradın uşağın bəhanə edirdi, amma uşaq sevgisiz ailədə böyüməkdənsə atasız böyüsə ondan yaxşı idi. Bəzən cütlüklər övladları üçün məcburi bir evin içində iki yad insan kimi yaşayırlar, amma boşansalar daha çox xoşbəxt olacaqlar, həmçinin uşaqlarda. Mənim üçün evlənməkdə, boşanmaqda xoşbəxtlikdir, çünki boşananda xoşbəxt olmadığın üçün boşanırsanki xoşbəxt olasan. Məncə Murad Nuriyyəyə bu haqda deyəndə, Nuriyyə öz sevgisini etiraf etsə idi, Murad çoxdan boşanıb Nuriyyə ilə evlənərdi və xoşbəxt olardılar. Sevgiləri nakam bitdiyi üçün isə müəllif İlyas bəyə qəzəbliyəm...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020767 okunma
224 syf.
·
Puan vermedi
·
3 günde okudu
Bir müddət əvvəl fikir verdim ki demək olar ki Azərbaycan ədəbiyyatına aid heç nə oxumamışam bu vaxta kimi,bu məni kədərləndirsə də vaxt itirmədən oxuyacağım kitabları seçdim,və ilk olaraq "Söyüdlü arx"ı başladım oxumağa. Oxuduqca əsərin baş qəhrəmanının yerinə qoydum özümü. İfadə edə bilməyəcəyim hisslər yaşadım. Nuriyyənin şəhərdən kəndə gəlməsi,illər əvvəl sevdiyi insanla qarşılaşması, onun evli olduğunu bildikdə sevgisini bildirməməyi, bir sözlə özünü fəda etməsi.. Uzun sözün qısası mütləq oxunacaq bir əsərdir))
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020767 okunma
224 syf.
10/10 puan verdi
·
Beğendi
Eh Nuriyyə eh... O qədər gözəl əsərsən ki, cümlələr yanında sönük qalar. Nuriyyə romanın qəhrəmanı və onun 224 səhifəyə sığan nakam sevgisi. Əsər Nuriyyənin dili ilə nəql edilir. O, aktrisalıq üzrə təhsil almış və bir gün təyinatla Güney Qışlaq kəndinə mədəniyyət evində işləməyə gedir. Bu kənddə isə məktəb vaxtı gördüyü və ilk
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020767 okunma
Reklam
224 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Mən bədii əsər oxumağa İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri ilə başlamışam, hələ də ən sevdiyim əsərlər arasında olduğu üçün "Söyüdlü arx"ın da ən az onun qədər təsirli olacağına əmin idim. Düşündüyümdən daha çox bəyəndim, o qədər doğma idi ki obrazlar, ordakı həyat tərzi.. Bitməsini heç istəmirdim, eyni abu-havanı hiss etmək üçün "Körpüsalanlar"ı yenidən oxumaq fikrinə düşdüm :) Əsər Nuriyyə adlı yetim qızın keşməkeşli həyatından, saf eşqindən, işinə olan sevgisindən bəhs edir. Sevgisi üçün çox fədakarlıqlar edib bəzən səbrimi çox sınadı, amma olsun, hər gözəlin bir eybi var :) Gözləntilərimi artıqlamasıyla qarşıladı, oxumaq istəyən hər kəsə xoş mütaliələr.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020767 okunma
224 syf.
10/10 puan verdi
·
Beğendi
Ahhh Səriyyə .Sənin kimi qadınlar çox nadir gəlir bu dünyaya ...Sənin kimi:,sevgisini içində gizleyen,öz ayaglari üzərində duran,sevdiyi üçün uzaqlaşan və daha nələr ...Əsəri oxuduqca sanki özünə aşiq edir adamı.Nakam sevgiii
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020767 okunma
224 syf.
8/10 puan verdi
·
4 günde okudu
"Biz müasir həyatla bərabər, keçmişimizi də yaddan çıxartmamalıyıq. Gözəl ənənələrimizi həmişə yaşatmalıyıq." İlyas Əfəndiyev demiş, nə qədər müasirliklə həmrəng olmasaq da, yenə də keçmişimizi, kimliyimizi unutmağa haqqımız yoxdur. Kitab Nuriyyə xanımın həyatının bir neçə ilini təsvir edir, eyni zamanda xatirələrlə onun keçmişinə və təsvir olunanlardan sonrakı yaşayışına nəzər yetirə bilirik. Bəzi hissələrdə kitabı bağlayıb sual verməmək, özünü obrazın yerinə qoymamaq əldə deyil. Bütün olanlarla Nuriyyə və Səadət obrazları arasındakı dövr edən hadisələr əminəm ki, hər birimizin diqqətini çəkib və Nuriyyəni alqışlamaqla yekunlaşıb. Tək maraqlı an bu deyil, müəllif ayrı -ayrı yerlərdə maraq doğuracaq hadisələrlə oxucuda sual işarəsi yaradır və bundan sonra daha bu da diqqətlə oxunması üçün nəticələnir. İlyas Əfəndiyevin qələmindən oxuduğum ilk əsər oldu, burda dövrün ictimai-siyasi pəncərəsindən baxdım, Nuriyyənin həyatına, cavan leytenantı ilə bağlı hisslərini özüm yaşayırmış kimi yaşadım. İnanıram ki, timsalında çox oxucularda oxşar əhval-ruhiyyə yaradacaq bir əsərdir. Hər kəsə xoş mütaliələr!
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020767 okunma
185 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 saatte okudu
"Ax,leytenant...Mənim cavan leytenantım, sən haradan gəlib çıxdın? Yoxsa, bu, yuxudur?" Nuriyyə....Əsər onun dilindən oxuculara təqdim olunur.Universiteti bitirdikdən sonra Güney Qışlaq kəndinə mədəniyyət işçisi kimi təyin olunan Nuriyyə burada keçmişi ilə qarşılaşır. Leytenant olmuş Murad uzun illər öncə Nuriyyəni sevmişdi bəlkə də. İlk görüşdə -Biz heç vaxt bir-birimizdən ayrılmayacağıq.Elə deyilmi? -demişdi leytenant. Amma... İlyas Əfəndiyev insan psixologiyasına o qədər gözəl bələdçidir ki.Nuriyyənin eşqinə fədəkarlığı, həmçinin güclü qadın olub aktrisa olmaq yolunda çalışqanlığı məni sevindirdi.Çünki əksər əsərlərdə qadınlar məqsədinə ya çata bilmir ya da sentimentalizmin qurbanı olurlar. Amma qadın olmaq hisslərinin əsiri olmaq demək deyil.Başqasının ailəsini yarım qoymaq istəmiyən qəhrəmanımız öz eşqindən uzaqlaşır.Bu eşq əbədi dəfn olunur.Kaş Hümməti sevsəydi deyə düşündüm. Hümmət əsərdə sevdiyim obrazlardan oldu. Əsər müsbət sonluqla bitir.Amma kaş belə bitməzdi,- dediyim kitablardan oldu. Xüsusilə ruhunun iztirablarını heç kimə danışmayan Nuriyyənin dırnaq içində verilən fikirləri insan qəlbinin sarı siminə toxunur. "Nə üçün o mənə xanım deyirdi? Nə üçün sadəcə adımı söyləmirdi..." "...Sənin mənə göstərdiyin qayğıda hiss etdiyim bu yadlıq haradandır?" Əsər boyu o qədərdi ki, öz-özü ilə monoloqları.Ən ağrılıdı da hər zaman monoloqlar olar.Heç kimə söylənməyən sözlər, duyğular. Mütləq oxuyun. Öz ədəbiyyatımızı sevək, sevdirək.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959767 okunma
53 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.