Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Gəzsəm çəməni, Dolansam bağı, Gülün yanağı Andırar səni. Bir axar bulaq Görsəm, dalaraq, Yadıma, dilbər, Gülüşün gələr. Çıxıb seyrana, Bir şux ceyrana Rast gəlsəm əgər, Ey nazlı dilbər! Səni anıram, Dalğalanıram. Sənsən şux yarım, Səbrim, qərarım. Sən mənim ancaq - Bir alma yanaq, Körpə quzumsan. Dan ulduzumsan.
"Şəhid anası"
Ana qapılarda dilənir bu gün, Oğul şəhid olmuş , yoxsa , bununçün?
Sayfa 143Kitabı okudu
Reklam
Bizim məişətdə hər kəs üçün məcburi olan bəzi ictimai ayinlərdə bir çox yoxsullar, "başqalarından geri qalmamaq üçün" , həm də "məzəmmət" edilməsinlər deyə, var-yoxdan çıxır, bütün yığdıqları pulları son qəpiyinə qədər xərcləyirlər
Sayfa 404 - Şərq-QərbKitabı okudu
-Cəmiyyət sürgünlərlə, həbxsanalarla, məhkəmə müstəntiqlərilə, katorqalarla bol-bol təmin edilmişdir, - narahat olmaq niyə?Axtarın oğrunu tapın! -Axtarıb tapsaq, onda? -Cəzasını da verin. -Siz məntiqlə danışırsınız. Yaxşı, bəs onun vicdan məsələsi necə olsun? -Onun vicdanı ilə sizin nə işiniz var? -Belə də, insanpərvərlik cəhətdən. -Kimin vicdanı varsa, o əzab çəkəcək, - əgər səhvini dərk eləsə. Bu da onun cəzasıdır.
Şərq-QərbKitabı okudu
Sən su olsan, Mən səni Bir qurtumda içərdim. Ocaq olsan, İsinərdim istinə, Baxmazdım alovuna, Tüstünə. Yağış olsan Deyərdim; Yağ üstümə! Gül olsaydın, Dərib dəstə bağlardım, Dərdiyimçün qoxlayanda ağlardım.
bütün nağıl və seçilmiş əsərləri qeyd elədiyimə görə artıq rahatlaşa bilərəm:)
Reklam
"...lakin insan zəkası ürəkdən asılı olmayaraq yaşayır və çox vaxt insanın hissini təhqir edən, insana aydın olmayan, ona amansız görünən fikirlərə düşür".
Sayfa 187Kitabı okudu
"Mənə elə gəlir ki, üzün gözəlliyi deyilən şey təkcə bu təbəssümdə cəmləşmişdir: əgər təbəssüm üzün gözəlliyini artırırsa, bu üz qəşəngdir, əgər təbəssüm üz ifadəsini dəyişmirsə, o, adi bir üzdür, əgər sifəti korlayırsa, bu, pis üzdür".
664 syf.
10/10 puan verdi
·
Beğendi
·
77 günde okudu
Hər sətirdə sanki Cəlil Məmmədquluzadənin kədərini gördüm.Bu qəlblə görünən kədər idi.         Yazıçının nisbətən az tanınmış əsərlərinə toxunmaq istəyirəm.Və bu əsərləri arasında ən çox təsir edənlərdən biri " Sarı" hekayəsi  və " Lal" dramı oldu.   Lal dramında lakonikliklə  o dərəcədə kamil ideya irəli sürülüb ki...   
Əsərləri - I Cild
Əsərləri - I CildCelil Memmedguluzade · Öndər Nəşriyyat · 200466 okunma
256 syf.
·
Puan vermedi
·
Beğendi
·
15 günde okudu
Aqata Kristi əsərlərinin klassik qəhrəmanı Puaro «Şərq ekspresi»ndə səfərə çıxır və həmişəki kimi baş gicəlləndirən hadisəylə üz-üzə qalır. Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti aşkarlanır. Elə bu zaman qatar yolda qalaqlanmış nəhəng qar topası səbəbindən dayanmalı olur və hərəkət edə bilmir. Puaro bu qətl hadisəsini araşdırmaq
Şərq Ekspresində Qətl
Şərq Ekspresində QətlAgatha Christie · Qanun Nəşriyyatı · 202025,6bin okunma
Reklam
Ah, əvət, həp dəyişdi ruhi-bəşər, Hökm еdər şimdi başqa fəlsəfələr.
Sayfa 73 - Lider Nəşriyyat - Məzlumların için şərindənKitabı okudu
Cihan bir bataqlıq... insan adında Bir yığın möhtəris böcəklə dolmuş. Bir-birini yеyib yaşarlar onda, Hər kim gücsüz olmuş, həmən boğulmuş. Hər şеy yalan, güclü olmağa çalış Əzilməyə dеyil, əzməyə alış!
Sayfa 194
Qazancım həyatıma yön verdi...
Bütün ömrüm boyu arılar kimi Qəzetdən,kitabdan mən şirə çəkdim. Bilməyə çalışdım bilmədiyimi, Bunu bilmədim ki,mən bilməsəydim, Nəyi uduzacaq,itirəcəydim? Qazancım nə oldu? İtirdiyim nə? Qazancım dəyərmi itirdiyimə?
Sayfa 221Kitabı okudu
Yaşamaq-yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır Şam əgər yanmasa, yaşamır demək Onun da həyatı yanmağındadır.
128 syf.
10/10 puan verdi
·
4 günde okudu
Mirzə Cəlil XIX əsrin sonları XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mühiti, siyasi arenası, ədəbiyyatı, söz azadlığı, din və mövhumat arasındakı sərhəd və s. Kimi əsas mövzuları yığcam şəkildə qeyd etmişdir. Eyni zamanda "Şərqi-rus" qəzeti, "Qeyrət" mətbəəsinin yaranması, "Molla Nəsrəddin"in necə çap olunması haqqında müfəssəl məlumat əldə edirik. Cəlil Məmmədquluzadənin uşaqlığını, yaşayışını, əsərləri və insanların göstərdiyi şiddəti və bu kimi suallar, eyni zamanda niyə "atesit" damğası vurulduğunun da cavabını almış olacaqsınız...
Xatiratım
XatiratımCelil Memmedguluzade · Xan Nesriyyati · 201939 okunma
Geri199
1.500 öğeden 1.486 ile 1.500 arasındakiler gösteriliyor.