Professoru günahlandıra bilmərəm. O, sadəcə, başa düşmür ki, insanın özünü dərk etməsi üçün yalnız keçmişi yox, gələcəyi də vacibdir, təkcə olduğu deyil, olacağı yerlər də önəmlidir. Mən, sadəcə, kimsə deyiləm, həm də bu kimsənin varolma üsuluyam - saysız-hesabsız üsullarından biriyəm və mənə yalnız getdiyim yolu deyil, bütün mümkün yolları bilmək lazımdır.