Yaşasa da bu millət lap dilənçi kökündə,
Yoxsul güzəranından danışmadı bu gün də.
Daxmalarda yaşadı, özünü sındırmadı,
Meydanlarda "mənzil" - deyə bir dəfə qışqırmadı.
Qara qızıl çıxartdı yerin yeddi qatından.
"Nədir bunun qiyməti?" sormadılar heç ondan.
Onun qızıl neftini qızıla da satdılar,
Qızılın sahibini söz ilə aldatdılar.
Bu millətin sərvəti özünə düşmən oldu,
Becərdiyi pambığı əyninə kəfən oldu.
Sayfa 277 - Öndər Nəşriyyat, Bakı - 2004 / "Şəhidlər" poemasından.Kitabı okudu