Bir Sürgünün Xatirələri Əziz Nesinin ilk oxuduğum kitabıdır.Bu kitabı oxumamışdan qabaq elə düşünürdüm ki,burda yer alan hadisələr çox kədərli olacaq,amma tam tərsinə,elə deyilmiş...Burda çox gülməli hadisələr var,lakin insanı uzun müddət düşünməyə vadar edən,insanın qəlbini sızladan hadisələrdir,bir növ satirik gülüşdür.Kitabın ən təsirli hissələrindən biri də əhalinin sürgün Əziz Nesinə olan qəribə münasibətidir,əfsuslar olsun ki,elə düşünürlər ki,o sürgündür,deməli,
pis biridir,ondan qorxurlar,onunla ünsiyyətdə olmaq istəmirlər,bu da onsuz da çətin olan sürgün həyatını daha da çətin edir.Digər bir məqam isə Əziz Nesinin sürgün yoldaşı Ustad obrazının ona etdiyi hiylələr,onu aldatmağı,yalan danışmağıdır.Bu obrazla şahid oluruq ki,insan bəzən heç gözləmədiyi birindən zərbələr alarmış.İlk başlarda Əziz Nesin bunun fərqinə vara bilmir,zaman keçdikcə anlayır. Bir sözlə,hər birimizin sürgün həyatının necə olduğu barədə müəyyən təsəvvürlərimiz var,bu kitabla sürgün həyatına bir az da yaxından şahid olmaq olur.