Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
424 syf.
·
Puan vermedi
·
Beğendi
Diqqət: kiçik spoiler var. Rövşən Abdullaoğlu yaradıcılığı ilə ilk tanışlığım idi. Bu kitabla tez-tez rastlaşsam da oxumaq nəsib olmamışdı. Üzv olduğum " Dərya Kitab Klubu" sayəsində bu kitabı oxudum. Daha çox Avropa,Amerika ədəbiyyatı oxumağı sevirəm və heç vaxt düşünə bilməzdim ki, milli yazıçılarımızdan hansınınsa əsəri məndə bu
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,060 okunma
318 syf.
7/10 puan verdi
·
11 günde okudu
Bir az spoiler var :)
“Semerkant, Dünya'nın ezelden beri Güneş' e çevirdiği en güzel yüz.” 1072-ci ildə Ömər Xəyyamın Səmərqənddəki həyatı və yaradıcılığı ilə başlayıb,1912-ci ildə,Ömərin ölümündən yüzlərlə il sonra Atlantik okeanında Titaniklə bitən tarixi roman-Səmərqənd.Ömərin rübaiyyatı ətrafında dönən 2 müxtəlif hekayə,müxtəlif insanlar və müxtəlif
Semerkant
SemerkantAmin Maalouf · Yapı Kredi Yayınları · 202061,9bin okunma
Reklam
416 syf.
8/10 puan verdi
Oxuduqca oxumaq istəyəcəyiniz bir kitab
Diqqət ● Aşırı doz Spoiler içeriyor● İndiyə qədər oxuduğum ən "akıcı" kitablardan hesab oluna bilər. 416 səhifə və 4 gün. Pis deyil. Əla olan isə kitabdakı zidiyyət idi. Öz-özümə düşünməyə başladım "Edmunds səhv eliyir,amma düz də deyir,amma səhvi var axı" Zaman keçdikcə ona haqq qazandırmağa başladım "Wolf ola bilməz ,amma Wolf çıxacaq qatil" deyə fikirləşəndə kitabın ləzzət elədiyini hiss etdim. Nəyisə, bunlar kitabın sadəcə çox kiçik bir hissəsidi.Əsas məsələ isə budur ki, 6 nəfər öldürülür və bədən üzvləri kəsilərək hər ölüdən bir üzv seçilərək bir "Kukla" adı verilən qorxunc cəsəd hazırlanır. Daha sonra isə qatildən gələn məktubda bildirilir ki, daha 6 nəfər də öldürüləcək. Və biz onların ölüm anlarını oxuyuruq. Səbəb? Onların ölüm səbəbləri nə idi? Hər şey "Kremasyon katili-Naguib Khalid" ilə bağlıdır. Kuklanın başı olaraq Naguib Khalidin başı seçilir. Ləqəbi Wolf olan dedektiv William Fawkes bu cinayəti araşdırır və əsl həqiqət keçmiş ilə bağlı imiş. Annabella Adams... "Qara magiya"... Kitabı oxuyanda nə demək istədiyimi anlayacaqsız.
Kukla
KuklaDaniel Cole · Pegasus · 2018149 okunma
617 syf.
10/10 puan verdi
·
26 günde okudu
Elə kitablar var ki, artıq kuliminasiya nöqtəsinə çatdığın anda onu iki, üç, hətta beş dəfə oxumaq iqtidarında olduğunu bilirsən. Qonçarovun ilk dəfə "Oblomovun yuxusu" olaraq yazdığı, sonra genişləndirərək 1859-cu ildə roman formasında yayımladığı "Oblomov" əsəri o qədər məşhurlaşmışdır ki, oxucularun çoxu Oblomovu tanısa da,
Oblomov
Oblomovİvan Gonçarov · İletişim Yayınları · 201939,5bin okunma
416 syf.
10/10 puan verdi
·
Beğendi
·
29 saatte okudu
Diqqət! Spoiler var!
Bəzi kitablar vardır, o qədər fərqli və qeyri-adi qurğuya sahib olarlar ki, onları oxumaqdan aldığımız zövq əsla bitməz.. "Marslı" kitabı da mənim üçün eynən bu tərz kitablardan biri oldu.. Kitabı indi bitirdim və yaşadığım hisslər o qədər qarışıqdır ki, fikirlərimi bölüşməyə haradan başlayım, necə başlayım bilmirəm.. 1 qrup şəxsin Marsa olan yolculuğundan bəhs edən bu əsərdə təbii ki, real həyatda olduğu kimi hər şey öncədən planlandığı kimi baş vermir.. Vəə Mark Watney Marsda tək və yalqız qalır. Onun əzminə, bacarığına və sonsuz inancına heyran olmamaq əldə deyil.. Kitabı oxuduqca, "görəsən neçə nəfərimiz onun yerində olsaydı, eynilə onun kimi durmadan çalışar və ümidini üzmədən mübarizə apara bilərdi?" Sualını düşünürdüm.. Məncə, çox azımız bunu bacara bilərdik.. Və məni ən çox heyrətləndirən bir başqa məqam isə onun mürəttəbatının digər üzvlərinin Mark'ı xilas etmək üçün ölüm bahasına belə olsa, mücadələ edib, öz həyatlarını bilərəkdən riskə atmağa bu qədər çox könüllü olmaları oldu.. Dostluq da tam olaraq belə bir şeydir.. Bu kitab dostluğun müqəddəsliyinin, inancın və ümidin heç vaxt boşa çıxmadığının bariz nümunəsidir.. Son olaraq, onu qeyd edim ki, Mark'ın da dediyi kimi "əksər insanlar ən çətin zamanlarda birlik olub bir-birilərinə yardım etməyi sevirlər və onların qəlbindəki yaxşılıq hissi əsl o zaman özünü büruzə verir.."
Andy Weir
Andy Weir
Marslı
Marslı
Marslı
MarslıAndy Weir · İthaki Yayınları · 20228,7bin okunma
110 syf.
8/10 puan verdi
·
Beğendi
Diqqət, spoiler var!
"Kitablar bir işə yaramır, insanın kiməsə ehtiyacı var, kiməsə yaxın olmaq istəyir."    Siçanlar ve adamlar Nobel ədəbiyyat mükafatı sahibi John Steinbeck tərəfindən yazılmış novelladır. ABŞda orta məktəbdə oxunması məcburi olan kitablar siyahısındadır. İncələməmə elə bu mövzuya toxunaraq başlamaq istəyirəm.   Bilindiyi kimi, kitab
Fareler ve İnsanlar
Fareler ve İnsanlarJohn Steinbeck · Remzi Kitabevi · 2012172,8bin okunma
Reklam
65 syf.
8/10 puan verdi
·
3 günde okudu
Spoiler yeməyəcəyiniz yeganə roman Tam da belə. Bir cinayət romanı düşünün ki, nə qatili, nə qurbanı, nə səbəbləri axtarırsınız. Elədir, çünki Marquez detektiv ya da triller roman yazmırdı. O məhz toplumun xarakterinin fərqli cəhətlərini üzümüzə vuran bir əsər yazırdı. Bir qız bakirə çıxmayıbsa, mütləq qan tökülməlidir. Bəli, qan o şəkildə
Kırmızı Pazartesi
Kırmızı PazartesiGabriel Garcia Marquez · Can Yayınları · 202178,1bin okunma
330 syf.
8/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
DİQQƏT! SPOİLER VAR! Eşq bəzən ağlı başdan alır. Ey eşq, sən nələrə qadirsən!? Etiraf edim ki, sonluğu belə gözləmirdim. Kədərləndim. Kitablarla dizayn edilmiş bir evdə yaşamaq mükəmməldir. Əsərin qəhrəmanının xəyal gücü heyranedicidir. Hələ " sevgili " adlı ixtira eşqin simvolik mövcudluğudur. Bir sözlə, yaxşı ki, oxudum.
Kardeşimin Hikayesi
Kardeşimin HikayesiZülfü Livaneli · Doğan Kitap · 2019105,7bin okunma
224 syf.
·
Puan vermedi
·
4 günde okudu
Diqqət! Spoiler var
Əsərin ən sonlarına qədər Frau Schmitzin bir çox hərəkətinin səbəbini nə qədər öz-özlüyümdə araşdırmış olsam da, bu səbəbin oxuma-yazmayla əlaqədar olması ağlıma belə gəlməmişdi. Bəlkə də əsərin məni bu qədər təəccübləndirməsinin səbəbi də elə bu oldu. Başdan sona qədər sonu necə olar deyə düşünüb durdum. Maksimum nə olabilərdi ki? Hələ hələ əsərin ən başlarında) düşünürdüm ki, yəqin ki, “aşkın yaşı yok” teorisi ilə ya evləndirilərlər, ya da Michael əsl sevginin bu olmadığını düşünüb ayrılmağı seçər. Kim deyərdi ki, məsələ bu yerlərə gələcək.. Əsərin filminin çəkilməsi çox düzgün yanaşma olub məncə. Tam da filmi çəkiləcək bir əsər ərzəyə gətirib yazıçı. Qürur, şəxsiyyətin alçaldılma qorxusu, əsl dəyərlər kimi mövzulara hədsiz həssaslıqla yer verilib. Sevərək oxudum, filmini də sevərək izləyəcəyəm
Qiraətçi
QiraətçiBernhard Schlink · Qanun Nəşriyyatı · 20113,235 okunma
29 öğeden 21 ile 29 arasındakiler gösteriliyor.