Mahbud Siracinin “Tehranın damları” əsəri ilk baxışda bir sevgi romanı kimi görünür. Lakin romanın dərin qatlarına endikdə onun əslində bir gəncin yeniyetməlikdən yetkinliyə keçidini, həyatın sərt həqiqətləri ilə qarşılaşmasını və daxili dəyişimini görürük.
Əsərin baş qəhrəmanı Paşa, romanın əvvəlində Tehranın damlarında dostu Əhmədlə birlikdə gələcək haqqında xəyallar quran, həyatın gözəlliyinə inanan, məsum və xəyalpərəst bir gəncdir. Tehranın damları onun üçün sadəcə bir məkan deyil, azadlığın, ümidin və insanın özünü sərbəst hiss etdiyi bir dünyanın simvoludur. (Mənə görə Dam məfhumu burda göy üzü ilə yer arasındaki o boşluğun gətirdiyi xoşbəxtliyi simvolizasiya edir)
Paşanın həyatı Zariyə duyduğu sevgi ilə yeni bir rəng qazansa da, onun həqiqi dəyişimi qarşılaşdığı ağır sınaqlarla başlayır. Doktorun siyasi səbəblərlə həbs edilməsi və ölümü Paşanın dünyaya baxışını dəyişir. O, ilk dəfə anlayır ki, dünya hər zaman ədalətli deyil və bəzən yaxşı insanlar da siyasi sistemin və ictimai şəraitin qurbanına çevrilə bilirlər.
Romanın ən təsirli hissələrindən biri xəstəxana bölməsidir. Mənə görə, Paşanın həqiqi böyüməsi məhz burada başlayır. O, yalnız bədənindəki yaralarla deyil, daxilindəki günah hissi, kədər və itki duyğusu ilə də mübarizə aparır. Nənəsi ilə olan söhbətləri vasitəsilə həyatın hər zaman insanın istədiyi kimi davam etmədiyini, bəzi itkilərin qəbul edilməli olduğunu və insanın bütün ağrılarına baxmayaraq yoluna davam etməli olduğunu anlayır.
Əsərdə məktəb mühiti də diqqət çəkən məqamlardandır. Məktəb cəmiyyətin kiçik bir modeli kimi göstərilir; burada güc münasibətləri, qaydalar və insanın öz fikrini ifadə etmə mübarizəsi görünür. Bu təcrübələr də Paşanın ədalət anlayışının formalaşmasına təsir edir.
Mənim fikrimcə, “Tehranın damları”nın ən