Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Martinin yeganə təsəllisi poeziya idi... ... O, gözəlliyi sevirdi, həmin misralarda isə istənilən qədər gözəllik vardı.
·
Puan vermedi
Kitablar məni təqib edir¿?
Sizə əksər kitabların özünün gəlib məni tapdığı barədə məlumat vermişdim. Bu kitab da istisnalıq təşkil etmədi. Bu incələməmə ilk öncə kitabı hədiyyə edən, adını çəkməyəcəyim şəxsə təşəkkürumü bildirməklə başlamaq istərdim. Təşəkkürlər! Nə qədər müasir dövrdə durğunluq dövrünü yaşadığını düşünsəm də, həqiqətən Azərbaycan ədəbiyyatının mənim
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019278 okunma
Reklam
155 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
İnsanın Məna Axtarışı
“Görəsən, yaşadığımız həyatın mənası varmı?” sualının məngənəsində yeni həyata, özü də mənasının olub-olmadığını bilmədiyim həyata atılmağın təlaşı vardı içimdə. Bu sualım məni o kitaba apardı, yoxsa kitab özümü gəldi məni düz vaxtında tapdı, bilmirəm, hər halda mən məna axtarışı barədə yazılmış ən sanballı əsərlərdən biri sayılan Viktor Franklın “İnsanın məna axtarışı” kitabını məhz həmin dönəmdə oxudum. Elə ilk səhifələrdəcə beynimdə belə bir işıq yandı: “Bir kitab bu qədər mənalı ola bilirsə, həyat niyə mənasız olsun?" Davamı: ramidseyfullayev.com/2023/06/30/insa...
İnsanın Anlam Arayışı
İnsanın Anlam ArayışıViktor E. Frankl · Okuyan Us Yayın · 202335,1bin okunma
Əlbəttə, həmin hadisədən sonra mən sözəbaxan oldum, ancaq bununla belə, içimdə elə bil nəsə qırıldı.
Sayfa 14 - Qanun nəşriyyatKitabı okudu
yeri gəlmişkən, bu xasiyyətlərinin çoxu mənə də keçib, lakin sənin təbiətindəki ziddiyətlər məndə olmadığından həmin mirasdan yaxşı istifadə edə bilməmişəm.
Sayfa 11 - Qanun nəşriyyatKitabı okudu
Artıq bir yerdən sonra önəmi qalmır heçnəyin. Saçlarının uzunluğu, qısalığı artığ bir məna daşımır, daramaq üçün güzgü önünə həvəslə qacmırsan. Gözəl görünmək üçün səbəblərində tükənir "əşi əsas rahatlıqdı" deyib kəsib atırsan. Səhərlə gecədə itirir mənalarını. Yatmaq üçün gecəni, şirinçay içmək üçün səhəri gözləmirsən. Günün hər saatı eyni kədərə bürünür. Bir insan çoxmu, bir insan əksikmi heç dərd etmirsən. Varlarsa varlar, yoxlarsa yoxlar sloqanı ilə yaşamağa başlayırsan. Bir vaxtlar insan içinə qaçıb başını qatan, yada insanlardan sıxılıb təkliyə sığınan sən artıq o sən olmursan. Elə həmin yalnızlığı milyon içərisində yaşamağa başlayırsan. Ehtiyac qalmır qaranlıq səssiz otaqlara, çünki o qaranlıq artıq bütün hüceyrələrində yaşayır. Qaranlıq sən olursan. Həyəcanla, maraqla izlədiyin o filimlər artıq sıxıcı gəlməyə başlayır, kitablardakı cümlələr isə anlaşılmazlığını ən üst səviyəyə daşıyır. Yaşamağa səbəb axtardığın vaxtlar başlayır beləcə. Ümidlər hələdə olduğu yerdə qalır. Bəli ümidlər heç bir zaman ölməz. Amma bir zaman sonra onlar belə sıxılır bu yaşamdan sadəcə "olacağı varsa olsun" a sığışıb hədər olub gedir. Sonda bu boşluğun İçərisində "heç" olub gedirsən...
Reklam
Nə gözəl sözdür:
Deyir: Allah bəzən sıxıntılar üçün elə yerden qapı açar ki, həmin yerdə heç qapı olmayıb. Təvəkkül Allaha...
Onun bəzi otaqlarına heç vaxt daxil olmadığı, bu böyük, ikimərtəbəli mənzildə təkbaşına yaşaması xoşbəxtlikdirmi? Axı dörd vanna otağı onun nəyinə lazımdır? Bəs hər birini beş min dollara aldığı bu kostyumlar? Elə fikirləşmək olar ki, onları qızıl saplarla tikiblər. Yəqin, bahalı parçalardan tikilir, ancaq onlara verilən pulla bütöv bir ailəni bir neçə ay dolandırmaq olar... Yəni daha ucuz kostyumlar geyinmək olmazmı? Yoxsa sərvət insanlara öz qaydalarını diktə edir və əgər həmin sərvət milyard dollarlarla ölçülürsə, öz sahibini elə güclü bir təzyiq altında saxlayır ki, qəbul olunmuş qaydalara uyğunlaşmaq lazım gəlir?
Sayfa 119 - IX FƏSİLKitabı okuyor
23.04
Keçənlərdə yaxın dostumla söhbət edirdik(telefonda) Və həmişəki kimi, bir nöqtədən sonra bu söhbət mənim monologuma döndü(onunla bütün söhbətlərimiz belə bitir) Münasibətlərdən açıldı mövzu; Deyirəm ki, bilirsən də o qədim yunan əfsanəsini; Zevs’in yaratdığı insanlar əvvəl tək ruha sahib, 4 əlli, 4 ayaqlı, 1 başda 2 üzü olan, kürəkləri bir-birinə
SON...
O, qaranlıq bir uçuruma yuvarlanır və bunu anladığı həmin anda huşu həmişəlik onu tərk edir.
Sayfa 490 - TEAS PressKitabı okudu
Reklam
Mövcud olan şeyi nəinki yalnız doğru, həm də daha yaxşı şey hesab edirlər, hər hansı bir hadisənin olması faktının özünə həmin hadisənin qanunauyğunluğunun bir sübutu kimi baxırlar, bir də nəzərə alın ki, yalnız indiki şəraitdə yox, ümumiyyətlə, həmişə uzaq keçmişlərdən bəri belə olub. Əlbəttə, sıravi adam yalnız donuq nadanlığı üzündən bu cəfəngiyata inanır. Vayninger bu cür adamların təfəkkür prosesini çox gözəl təsvir etmişdir. Düşünməyi bacarmayanlar elə bilirlər ki, düşünürlər və odur ki, doğrudan da düşünə bilən adamların müqəddəratını həll edirlər.
Sayfa 321 - TEAS PressKitabı okudu
235 syf.
·
Puan vermedi
Bir neçə saatdır fikirləşirəm ki, birinci haradan başlayım, necə başlayım. Sadəcə onu deyim ki, kitabı bəyəndim və axıcı olduğuna görə rahat bir şəkildə oxuyub qurtardım. Ağlamadan bitirəcəm dedim, amma olmadı. Xüsusilə, Nemecsek obrazı ən sevdiyim kitab obrazları arasına daxil oldu. Pál küçəsində yaşayan həmin bu uşaqlar cəsarətləri ilə insana zövq verirlər. Hər zaman oyunlar oynadıqları bir torpaq sahəsini öz vətənləri kimi qoruyurlar. Başqa küçənin sakini olan uşaqlar bu sahəni ələ keçirmək istədikdə də, əllərindən gələn hər şeyi edirlər. Həmin bu torpaq sahəsi üçün cəsur, ədalətli bir şəkildə mübarizə aparırlar. Vicdanlı bir şəkildə necə qalib gəlmək lazımdır onu da oxuculara göstərmiş oldular. İnsanlar üçün vacib olan dəyərlər uğruna aparılan mübarizədə şərəfli bir şəkildə Boka, Nemecsek kimi obrazlar cəsarəti, dürüstlüyü, mərhəmətləri ilə seçilirdi. "Arkadaşlarımın düşmanlarıyla ittifak kurmaktansa, bir yıl bu soğuk suyun içinde kalmaya razıyım ben! Ne olmuş suya batırdınızsa? Geçen gün kendim düştüm bu göle." Bu cümlələr Nemecsek tərəfindən deyilmişdi. Nemecsek, sən necə mərhəmətli, cəsur, sadiq idin həqiqətən. Necə böyük və gözəl ürəyin var idi.♡ Uşaq ədəbiyyatı kateqoriyasında olsa da, bu kitabdan hər kəsin ala biləcəyi dərs olduğuna əminəm. Yaşları kiçik olsa da, ürəkləri böyük olan "Pál sokağı çocukları" ♡♡
Pal Sokağı Çocukları
Pal Sokağı ÇocuklarıFerenc Molnar · Yapı Kredi Yayınları · 201924,5bin okunma
XV əsrdə yaşamış Valentino hersoqu Sezar Borcianın imkanlı və gizli düşmənlərini aradan götürmək üçün müraciət elədiyi ən sevimli qətl üsulu "açar və ya əlcək" üsulu idi. Onun öldürmək istədiyi adama təqdim elədiyi açarın üstündə xırdaca iti uclu çıxıntı olurdu: guya ustanın diqqətsizliyidir. Gələn qonaqdan, sürpriz olaraq, həmin açarla müəyyən bir qapını açmaq xahiş olunurdu. Bu zaman zəhərli iynə barmağa batır və 2-3 gündən sonra həmin adam ölürdü. Sezarın əlcəyində də belə bir iynə olduğundan öldürülməsi lazım olan adamın əlini necə deyərlər, "dostcasına" bərk-bərk sıxmaq kifayət edirdi.
Sayfa 95 - Mayak NəşriyyatıKitabı okuyor
İllər sonra bildiyim, anladığım bu oldu: gərək öz həyatını başqasının insafına, mərhəmətinə, ixtiyarına buraxmayasan. Anan, atan, qardaşın, əzizlərin... Kim olur-olsun... Öz həyatının məsuliyyətini özün daşımalısan. Bax indi həmin o əzizlər xarabazara çevirdikləri bu ürəkdə əhəmiyyətsiz bir yük kimidirlər. Birini başqa birinə çevirmək olmaz! Olmur, alınmır. Bax mənə: nə özüm, nə də çevirmək istədikləri adam ola bilirəm; qalmışam ortalıqda girinc.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.