Tamerlan İsmayılzadə & Əziz Yaqubzadə - “Səndən Ötrü”
“Səndən Ötrü” iki gənc yazarın qələmindən çıxmış, duyğuların, hisslərin və həqiqətlərin səhifələrə töküldüyü fərqli bir kitabdır.
Elə şeylər var ki, insan onların həqiqət olduğunu bilir, lakin qəbul edə bilmir, bir növ dilinə gətirə bilmir. Özü-özünə belə etiraf etməyə cəsarətinin çatmadığı məqamlar yaranır. Bax, bu kitab həmin o gizli qalan həqiqətləri qarşımıza qoyur, üzümüzə vurur. İnsanın həm özünə, həm də başqalarına etdiyi nankorluqlar, səhvləri-doğruları, hissləri-duyğuları müəlliflər çox gözəl fikirlərlə ifadə ediblər. Bütün dəyər bilən və bilməzlərə tövsiyə edirəm.
Mən deyərdim ki, hər kəs bu kitabı açıb, bircə dəfə də olsa vərəqləsə, özü üçün çox faydalı olar. Çünki böyük ehtimalla, vərəqlərin içində gəzişərkən hər kəs ən azından bir cümlədə də olsa mütləq özünü tapacaq. Ya özünü, ya itirdiklərini..
Hə, bir də, içindəki məhəbbəti tanımlayacaq, ifadə edəcək fikirlər də çox gözəl idi. Əsl eşqin necə gözəl olduğunu, elə eşq qədər gözəl ifadə ediblər. Bu qədər..