"Səbirsiz ürək" və ya "Acımaq"...
Oxuyanda bir çox sual adamın ağlında fırlanır, amma bunlardan ən böyüyü "sevməkmi, sevilməkmi?" sualı idi.
Psixoloji təhlillərin, qarışıq duyğuların dərinlərə nüfuz etməsindən danışılır kitabda. Hər zamankı Zweig kitabı; psixologiya qoxulu.
Leytenant Hofmillerin Kekesfalva villasına dəvət edilməsi ilə başlayır hekayə. Dəvət zamanı hər kəslə rəqs edən gənc leytenant Kekesfalvanın 17 yaşındakı qızı ilə də rəqs etmək istəyəndə aləm dəyir bir-birinə.
Kitabın tən yarısı leytenantla 17 yaşlı Edithin tanış olması və gün ərzində etdikləri yoldaşlıqdan bəhs edilir.
"Ürəyi ağrımaq", "yazığı gəlmək" ifadələri oğlanın mərhəməti, qızın ilk xoşlantısı və böyük bir mümkünsüzlük arasında sıxışıb qalır.
Kitabda elə statlar var ki, heç hekayəni oxumayan birisi belə o statla hər şeyi anlayar.
"Kişi her şeyden kaçabilir, yalnızca kendinden asla!" / "İnsanın vicdanı hatırladığı müddetçe, hiçbir hata unutulmuş değildir."