Faust
Bilinmir müqəssir kimdir, haqlı kim?!
Cani arxalanır hakimə bəzən,
Hakim günahkara çıxır havadar.
Ədalətsizlik hökm edir, bir də görürsən:
Müqəssir haqlıdır, haqlı günahkar!
Sönür həqiqət də, saf düşüncə də.
Mən bir lövhə çəkdim dəhşətli, qara…
Lakin daha pisdir həyatın özü.