Qəribə hislərlə bu incələməni yazmağa çalışacağam.
İlk öncə deyim ki, əgər yazarın Martin Eden kitabını oxumağa risk edə bilməyənlər varsa-içi mən qarışıq-rahatca bu kitabdan başlaya bilərlər.
Romantik kitabları çox sevmirəm və bu janrda kitabları çox da oxumamışam, amma əminəm ki Joe və Genevievein sevgisi indiyə qədər oxuduğum ən real sevgi idi. Real, bir o qədər zərif və qırılğandır. Real deyərkən nə həddən artıq dramatik, nə də həddən artıq mükəmməl olmayan sevgini nəzərdə tuturam.
Nə desəm təsirsiz qalacaq hislərimin yanında.
Bəzən kitabların xəyal dünyasına qapılıb gedirik, həyatın gerçəklərindən, ağrı acılarından uzaqlaşırıq sanki yoxmuş kimi. Həyatın gerçəklərini isə demək olar ki çox vaxt yalnız bioqrafiya tipli kitablarda oxuya bilirik. Amma bu kitab.. Nə deyə bilərəm ki..
Səhifə sayısı azdır, 1,5 saat içərisində rahatça oxuyub bitirə bilərsiniz. Bir kitabı bitirəndə o kitabın təsirindən çıxmayasınız deyə başqa bir kitab oxumağı istəməmək halı sizdə olub mu? Mən hal-hazırda beləyəm. Bu kitabı sindirmək lazımdır.