Sərhəddən Cənubda, Günəşdən Qərbdə

Haruki Murakami

Yorumlar ve İncelemeler

Tümünü Gör
184 syf.
·
Puan vermedi
·
6 günde okudu
Kitabı 3 il əvvəl mənə kitab oxumağı sevdirən, dəyərli bir insan bağışlamışdı. İçimdə hər şeyi bu qədər gec başa düşmüşlüyün peşmanlığı var sadəcə... hər sətiri onun üçün daha diqqətli oxudum. Kitabda da deyildiyi kimi "ətrafımızdakı hər şey yoxa çıxacaq, amma bəzi hisslər əbədiyyən içimizdə qalacaq". Kitab, özünündə dediyi kimi "mənə necə dəhşətli dərəcədə çox vaxt itirdiyimi xatırlatmışdı. Geri qaytarmağa nə qədər çalışsam da, bacara bilməyəcəyim dəyərli illər. Zaman sadəcə orada, o yerdə mövcud idi". Artıq nəsə yazmaq mənasızdı,çünki bilmirəm ki, hiss etdiklərimi sözlərə çevirmək mümkündü ya yox, ya da hiss etdiklərimi sözlərə çevirməyin mənası var,ya yox. İndi sadəcə təkcə onu görə bilmək, onunla danışa bilmək mənə bəs edərdi.
Sərhəddən Cənubda, Günəşdən Qərbdə
Sərhəddən Cənubda, Günəşdən QərbdəHaruki Murakami · Qanun Nəşriyyatı · 20164,360 okunma
Reklam
184 syf.
6/10 puan verdi
·
8 saatte okudu
Anlatmaq istədiyi gözəl fikirlər var idi,həmçinin həyatda aid olduğu yeri tapa bilməyən, özünə qapanmış insan kitabda ona yaxın şeylər gördüyü üçün, özünü tapdığı üçün daha cəlbedici gəlir. Amma ümumilikdə baxanda, ibtidai sinifdə bəyəndiyi ayağı axsayan qızdan sonra, bütün həyatını ayağıaxsaq qızları takıntı halına gətirmiş obrazımızın həyatından bəhs edir əsər. Hətta o qədər dəlilik halına gətirir ki, həmin qız ayağını əməliyyat etdirəndən sonra da, yolda büdrəyərək yeriyən birini görəndə elə bilir odu (neyse bu qədər gömən olmamışdı yəqin bu kitabı). Çox güman ki, mən də kitabda özümdən bir az gördüm deyə qəbul etməkdə çətinlik çəkirəm, bilmək olmaz. Mənə görə, 200 səhifə bir insanın içindəki boşluqla boğuşmasını oxumaq, sonra bundan nəticə çıxarmadan, özü ilə barışmasını görmək əsərin sonunda elə mənim özümü boşluğa saldı Tərcümə: 9/10
Sərhəddən Cənubda, Günəşdən Qərbdə
Sərhəddən Cənubda, Günəşdən QərbdəHaruki Murakami · Qanun Nəşriyyatı · 20164,360 okunma
184 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
UNUDULMAZ ANLAR..!
Arzu hissi- mütərəddid və kəskin ağrı ilə yandıran. Belə arzular 17 yaşın məhsuludur. Əlaqəmiz ona da, mənə də lazim idi; bu tamamilə təbii görünür və heç bir şübhə doğurmurdu. Elə əvvəldən bu əlaqədə sevgiyə, günah hissinə, gələcək haqda düşüncələrə yer yox idi. - Çox sağol yaxşıyam .. Bu təbəssümü görən kimi boşluqla dolub daşan son üç ayı bir andaca unutdum...!
Sərhəddən Cənubda, Günəşdən Qərbdə
Sərhəddən Cənubda, Günəşdən QərbdəHaruki Murakami · Qanun Nəşriyyatı · 20164,360 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.