- Əmin, çox qısqancsan.
- Qısqanclıq sevginin poeziyasıdır, əzizim. - İnsan niyə qısqanar ki, Əmin?
- Kişinin qısqanclığı üç səbəbdən ola bilər: ya özünə olan etimadsızlığından, ya xanımına olan güvənsizliyindən, ya da başqalarına olan inamsızlığından. Məni, bax, bu üçüncü səbəb narahat edir. Bir gün mənə ehtiyacın olan yerdə sənə kömək edə bilməyəcəyimdən çox qorxuram...