İrqi ayrıseçkiliyə qarşı yazılmış bir kitabdır. "Bülbülü öldürmək". Əsərin adından belə çıxır ki, sənə zərəri dəyməyən, varlığı sənə toxunmayan canlılara dəyib dolaşmaq, öldürmək günahdır. Necə ki bülbülü öldürmək günahdır..
Balaca, 8 yaşlı qız uşağının dilindən yazılmasına baxmayaraq cümlələr, işarə edilən mənalar, hadisələrə kiçik uşağın gözü ilə baxmaq da çox maraqlı idi.
Əsas obrazlar Cim, onun kiçik bacısı Cin (İtigöz), onların vəkil atası Attikus, aşpazları qara dərili qadın - Kelpurniya və hər yay Meykomba gələn Dilldir. Uşaqlarının gözündə həmişə şərəfli bir insan olan Attikus bu dəfə də onların gözünün içinə dik baxmaq üçün əlindən gələni edir. Köməksiz qara dərili Tom Robinsonu hüquqi müdafiə edir. Tomu ağ dərili bir qızı zorlamaqda ittiham edirlər. Əslində isə bu şikəst bir qaradərili üçün imkansızdır. Bütün bunlar yəqin ki qızın atasının qurmasıdır.
Həmin gündən Bob Yuel( qızın atası) bizim qəhrəmanlara düşmən kəsilir. İki günahsız körpənin üzərinə hücum çəkilərkən isə sirli qüvvə onlara köməyə gəlir :) Hansı ki insanların ən təmizidir...
Çatdırılan ideya olduqca gözəl idi: nəyin ki sənə zərəri dəymir, onu axı niyə incidəsən? Niyə hədələyə, niyə qorxudasan?