Qəşəng dostumun hədiyyə etdiyi “Bel Ami” yazarla tanışlıq kitabım oldu. Başlayanda dostluqla bağlı əsər olduğunu düşünürdüm.Ancaq tam olaraq belə demək olmaz.Bu əsərdən bir çox dərs çıxarmaq olar. Əsərə “Gözəlliyə aldanan insanların faciəsi” , “Pul ugruna alçalan insan” , və ya ən yaxşısı “Nankor dost” demək daha uyğun olardı. Əsərin baş qəhramanı olduqca qəddar, ikiüzlü, nankor, manipulativ, pul üçün hər şeydən keçən bir insandır. Ona çətin vaxtlarında dəstək olanları özü müəyyən səviyyəyə çatdığı vaxt yada salmır. Qadınları özünə bağlayıb, onların saf məhəbbət hisslərindən istifadə edir. Jorj hər nə qədər mənsəb sahibi olsa da sevgisiz və şükürsüz idi. Sevgisiz daş qəlbli olması da onun faciəsi idi. Əsərin Jorjun ölümü və ya başqa bir hadisə ilə bitməsini gözləyirdim. Onun etdikləri cəzasız qalmamalı idi. Hər nə qədər insanı hövsələdən çıxarsa da kitab olduqca maraqlı irəliləyir, hər kəsə tövsiyyə edirəm. Əsərin əsasında film də çəkilib.Düşünürəm ki, kitab daha maraqlıdır. Filmi isə o qədər də bəyənmədim. Xoş mütaliələr.