Öncəliklə Albert Camus haqqında danışmaq istəyirəm. Albert əvvəl futbolçu olub, daha sonra bu işin daşını atır və filosof olur (çox maraqlıdır).
O deyir:
"Ahlak hakkında ne biliyorsam, bunu futbola borçluyum. Çünki, top hiçbir zaman beklediğim yerden gelmedi (o qapıçı idi).
Albert həyatın mənasının olmadığını irəli sürür:
"Hayatın anlamını aramayı sürdürdüğün sürece hiç yaşamayacaksın."
Mənə ən maraqlı gələn hadisə isə Albertin ölümüdür. Çünki, Albert maşın qəzasında ölmüşdür və elə Albertin qorxduğu şey də maşın qəzasında ölmək idi. Onun ölümü də düşüncələri kimi absurddur.
İndi isə keçək kitaba, baş qəhramanımız Merso həyatdan həzz almır, yaşamın mənasının olmadığını düşünür, dini inancı, nəsə isə marağı, kimə isə sevgisi olmayan, anasının dəfnində ağlamayan və üzüntü hissi keçirməyən biridir.
Ona edilən təkliflərə daim "fərqi yoxdur" deyir. Onun sevgilisi Mari yalnız şəhvət və ehtiyaclarını ödəmək üçün vardır. Hətta belə bir dialoq keçir aralarında:
"Axşam Mari gəldi və soruşdu ki, istəyirsənmi biz evlənək? Dedim, mənim üçün fərqi yoxdur, əgər sənin xətrin istəyirsə, evlənmək də olar."
Və bir gün Merso, Mari, Mason (Mersonun qonşusu, dostu deyə bilmirəm çünki, bunun bir fərqi yoxdur :)) və onun arvadı ilə dəniz kənarına gedirlər.
Orada yaşanan hadisədən sonra Mersonun həyatı alt-üst olur. Ancaq, bunun Merso üçün bir əhəmiyyəti yoxdur, çünki həyatın bir mənası yoxdur :)