Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Həyatdı bu həm gülər, Həmdə ki insan ağlar. Biri çəkər kədər ağlar, Biri çəkər hicran ağlar. Mənim ürəyim od tutar, Mənim ürəyim qan ağlar, Qürbət eldə şəhidin, Qəbri bombalananda, Qürbət eldə şəhidin Qəbri bombalananda……!!!!!
Vüqar Biləcəri
Vüqar Biləcəri
Fuzuli
Fuzuli
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim? İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim? Ləhzə-ləhzə surətin görsəydim ol şirin ləbin, Sən kimi, ey Bisütun, mən həmqərar etməzmidim? Nişə məhrəm eylədin şəmi, məni məhrum edib, Mən sənin bəzmində can nəqdin nisar etməzmidim? Dərdimi aləmdə pünhan tutduğum naçardır, Uğrasaydım bir təbibə aşikar etməzmidim? Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr, Tərki-qürbət eyləyib, əzmi-diyar etməzmidim? Vaizin bəzmin mənim rüsvalığımdan qıl qiyas, Onda sidq olsaydı, mən təqva şüar etməzmidim? Ol güli-xəndanı görmək mümkün olsaydı mənə, Sən tək, ey bülbül, gülüstanə güzar etməzmidim? Ey Füzuli, daği-hicran ilə yanmış könlümü, Laləzar açsaydı, seyri-laləzar etməzmidim?
Reklam
"Xoşbəxt adamı qürbət, bədbəxt adamı vətən çəkir".
Sayfa 341 - Kristofano AltissimoKitabı okudu
Tikan olub öz yurdumda bitim mən, Əlim çatsın, kol-kosunu tutum mən, Qoyma qürbət türbələrdə itim mən, Doğmalarım yatan yerdə dəfn elə!
Biz tacirlərin ömrü qürbət ellərdə keçir, torpağımızı torbada daşıyırıq ki, işdi, birdən yad yerdə düşüb ölsək, qəbrimizin üstünə öz torpağımızdan bir ovuc atılsın...
ƏSİR AZƏRBAYCANIM
Hanı məni gül qoynunda doğuran, Xəmirimi göz yaşıyla yoğuran, Beşiyimdə, « layla, balam » çağıran… Azərbaycan, mənim baxtsız anam oy… Neçə ildir həsrətinlə yanam oy…
Reklam
Həm camal, həm kamal aynasısan sən, Adına layiqdir toxunan şeir. Dünyada yaxşı da, yaman da sənsən, Eşqinə nəğmədir oxunan şeir. Güzarım hayana düşsə də fəqət, Burulur yollarım hey sənə doğru. Necə bir qəribi sıxanda qürbət, Çırpınar ürəyi vətənə doğru...
Niyaməddin Xalis
Niyaməddin Xalis
Səni tanımıram, ya da min ildi tanıyıram. Ruhum ruhunu qoxusundan tanıdı axı. Daha bədənlərimiz yaranmadan öncə, daha ruhlarımız qürbətə yollanmadan öncə. Mən səni yaxşı tanıyıram, axı... milyon illər əvvələ gedir bu tanışlıq. Daha bədənlərlə kirlənməmişdi ruhumuz, daha dünya bulaşmamışdı ürəyimizə. Bir ağacın altında söhbət etmirdikmi...yarpaqları sevgidən, kökü nurdandı o ağacın. Yarpaq- yarpaq oxuyurduq bir- birimizi. Orada çayların suyu bərrakdı, orada hamı pakdı. Bəlkə söz vermişdik, unutmayacağıq deyə. Ancaq araya dünya girdi. Araya dünya boyda kirli duyqular, dünya qədər əngəllər girdi. Orada bir birini tanımayan ruhlar burada qarşılaşa bilməzdi. Qarşılaşdıq..ancaq unutmuşduq özümüzü, verdiyimiz sözü. Mən səni tanımıram...tanıyıram axı.
Sən ki, günəşsiz soyuyan bir üfüq, Sən məni məndən ayıran xət kimi, Sən mənə əlçatmaz uzaq bir vətən, Sən mənə dost-doğmaca qürbət kimi.
Bu dünyada...
Biz görüşdük, uçdu çən də, duman da, Gözlərimdə dünya güldü bir anda. Fəqət yenə, yenə bildim mən onda Bu dünyada həm yaxınıq, həm uzaq. Çiçəklərdən çələng hördüm səninçin, O çələngi mən gətirdim səninçin. Əfsus olsun bilmədim ki, biz neçin Bu dünyada həm yaxınıq, həm uzaq. O gün bizdən bəxtəvəri kimdi, kim? Tale bizə sevinc verdi bir
Sayfa 100 - Şərq-QərbKitabı okudu
Reklam
Birinci Addım
Bu aralar kitab oxuya bilmirəm, düzü bütün hobbilərimdən uzaq qalmışam. Bu alışqanlıqlar həyatımızda o qədər önəmə sahibdir ki, uzun müddətdir özümü özümə yad hiss edirəm. Başqa sözlə desəm, hər gün musiqiyə qulaq asan mən, indi qürbət ölkədə, qarlı küçələrdə o musiqiləri açanda musiqini tam yaşaya bilmirəm. Bizlər bütün alışqanlıqlarımızı başqa alışqanlıqlarla fərqində olmadan bağladığımız üçün, bu bağlantının qopması bir natamamlıq hissi yaradır. Mən hər gün elmlərə eyni avtobus, eyni qatar, eyni küçələrlə gedəndə digər tərəfdən musiqi dinləyərdim. Düşünürəm ki, beynimiz birbaşa olaraq musiqini, gözümüzün gördüyü şeylərlə bağlamağa başlayır. Yəni mən “Ludovico-Experience” dinləyərkən başqa tərəfdən də gözlərimlə iki hobbini bir birina bağlayırdım, nəticədə mən musiqisiz çox yeriməyi, yerimədən də musiqi dinləməyi xoşlamırdım. Nəticə olaraq, mən indi yad küçələrdə eyni hobbidən çox daha az həzz alıram. (Müəyyən müddət sonra başqa bağlantılar qurduqca buna da alışacam) İndi mən, mən’in elədiyi heçnəyi eləmirəm, elə buna görə də, özümü özümə “yad” görürəm. Əvvəllər Rodionun həyatla savaşını isti otağında oxuyan mən, ordan müəyyən qədər birşeylər öyrənə bilirdimsə, indi tam əksinə Rodionun həyatını yaşayıram. Necə deyərlər, yaşamaq mübarizə aparmaqdır, buradan öyrəndiklərinizi kitablar yazmır, yazsa da anlaşılmır, anlaşılsa da yaşanmır. #
Kilsənin xorunda oxuyurdu qız, Qürbət diyarların miskinlərindən, Dənizdə qərq olan gəmilər haqda, Bir də bu həyatın küskünlərindən.
Aleksandr Blok
Aleksandr Blok
Uzaqlıq, qürbət sıxıntısı elə bir hissdir ki, geridə buraxdığın doğmalarla yanaşı, küçə, daş, ağac, həyətdəki canlılar üçün də darıxırsan.
Habil Yaşar, “Ədəbiyyat və incəsənət” Bu gün portalın oxucularına yazar Ulduz Qasım İmanova ilə müsahibəmi təqdim edəcəyəm. Kimdir o? Özündən soruşaq.
431 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Əsərdə Yunus Əmrənin şeirləri, eyni zamanda onun olduğu iddia edilən şeirlər, şair və yaradıcılığı haqqında dolğun məlumatlar və Yunus Əmrə haqqında yazılan yazılar yer alır Mən əsəri bəyəndim. Amma şeirlərin dilinin qəliz olması oxucunu yorur, əsəri anlamaqda çətinlik yaradır. Lakin Yunus Əmrə haqqında yazılanlar isə bir ədəbiyyatçı üçün çox dəyərli sayılır Şairin şeirlərinin mövzusu eşq, ölüm, təbiət, qürbət, ibadət, insan sevgisindən götürülmüşdür
Yunus Emre Divanı
Yunus Emre DivanıYunus Emre · Ötüken Neşriyat · 2021564 okunma
136 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.