Bəlkə də ona görə etmədi ki, xoşbəxtlik deyə xəyal etdikləri o xülyaya çatsalar əllərində heçnəyin qalmadığını anlayacaqlarını və bunun üçün heç vaxt bir-birlərini bağışlamayacaqlarını dəqiq bilirdi..
-Əgər bir adamın yüz qoyunu varsa və qoyunlardan biri itirsə, adam o bir qoyununun arxasınca gedər. Və əgər bəxti gətirib o bir qoyunu taparsa, həmin qoyun üçün digər doxsan doqquz qoyunundan daha çox sevinir...
-Bunun mənası nədir?
- Həyat belədir. Sahib olmadığımız şeylərin sayı az olsa belə kölgəsi böyük olur. İnsanlar günəşə ehtiyac duysa da hər zaman kölgə axtarır. Çünki kölgə qaranlıqdan gəlir. Qaranlıqsa bilinməzlikdir.
-Bilinməzliyin nəyi yaxşıdır? Bu insanı məhv edir...
-Bilinməzlik insanı yaşadan şeydir. Hər şeyin cavabını bilsən yaşamağa dözümün qalmaz. Havalanıb dəli olarsan.
Qaranlığın adı yoxdur. Qaranlıq elə qaranlıqdır. Bilirsən niyə bu qədər qorxudur səni? Çünki o dərinliyi ilə sənin dayazlığını məhv edir. Çünki o, hər şeyi aydınca yerində dayanarkən səni aldadıb heç nə yoxmuş kimi davrana bilir. Qaranlığın gücü bundadır - Əslində mövcud deyilkən var olmağı bacarır. Ətrafımzıda gördüyümüz hər şey işığın müəyyən bir nöqtəyə dəyib sınması və bu sınmadan əmələ gələn əksi ilə görüntü qazanır. İşığın özünü isə görə bilmirik... Aydınlıq bir yansımadır... Görürsən? Əminliklə güvəndiyimiz aydınlığımız da, qaranlığımız da açıqca bəlli olan bir illuziyadır. BƏS SƏN BÜTÜN BUNLARI BİLDİKDƏN SONRA HƏQİQƏTƏN VAR OLDUĞUNA, KAİNAT İÇƏRİSİNDƏKİ MÖVCUDLUĞUNA NECƏ ƏMİN OLA BİLƏRSƏN?